Əhaliyə ŞAD XƏBƏR: pensiyalar artıb - NAZİRDƏN AÇIQLAMA

Əhaliyə ŞAD XƏBƏR: pensiyalar artıb - NAZİRDƏN AÇIQLAMAƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) "Məlumat mübadiləsi saatı" keçirilib.

Xanim.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, "Məlumat mübadiləsi saatı"nın növbəti iclası pensiya təminatı və dövlət məşğulluq xidmətləri sahələrində ayrı-ayrı ölkələrlə təcrübə mübadilələrinin aparılması sahəsində görülən işlərə, nazirliyin nümayəndələrinin "Qlobal reallıq şəraitində pensiya təminatı sisteminin maliyyə sabitliyi" mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak etmək üçün Qazaxıstana, müvafiq tvinninq layihələri çərçivəsində Fransa və Litvaya səfərlərinin yekunlarına həsr olunub.

İclası giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin əmək və sosial müdafiə sisteminin qabaqcıl dünya təcrübəsinə uyğun təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına əsasən son illərdə mühüm islahatların həyata keçirildiyini vurğulayıb: "İslahatların bir istiqaməti kimi, hələ 2006-cı ildən sosial sığorta, fərdi uçot və pensiya təminatı üzrə funksiyaların vahid mexanizm əsasında bir-birini tamamladığı müasir sığorta-pensiya sistemi qurulub. Dövlət başçısının müvafiq sərəncamları ilə bərabər bu sistemin yaratdığı imkanların nəticəsi olaraq, ötən dövrdə pensiyaların mütəmadi artımı müşahidə olunub. Hazırda ölkə əhalisinin 13,5%-i (1 milyon 330 min nəfər) əmək pensiyası alır və pensiyaların orta aylıq məbləği cari ilin əvvəlinə nisbətən 5,2 faiz artaraq 203,2 manata, o cümlədən yaşa görə pensiyanın orta aylıq məbləği 226 manata çatıb. Cari ildə növbəti islahat olaraq pensiya qanunvericiliyində edilmiş son dəyişikliklərlə tam sığorta əsaslı pensiya təminatı sisteminə keçilməsi işləyən əhalinin gələcək layiqli pensiya təminatı hüquqlarının formalaşmasında iştirakının aktivləşməsinə, bununla da etibarlı maliyyə dayaqları üzərində bu sistemin uzunmüddətli inkişafına yönələn uğulu addım olub. Bu sahədə bizim islahatlarımız, eləcə də pensiya təminatına əsas verən sığorta kapitalının toplanmasında vətəndaşlara öz fərdi hesablarına əlavə vəsait daxil edə bilmək imkanının yaradılması və s. beynəlxalq qurumlar tərəfindən də müsbət təcrübə kimi yüksək dəyərləndirilir. Cari ilin sentyabr ayında Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası tərəfindən Qazaxıstan Respublikasında təşkil olunmuş beynəlxalq konfransda da ölkəmizdə müvafiq sahədə aparılan islahatlar barədə məlumatlar böyük maraq doğurub".

Nazir bildirib ki, Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti çərçivəsində "Azərbaycanda pensiya sistemi islahatının həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək" adlı yeni tvinninq layihəsi icra olunur: "Bu layihə də bizə ölkəmizdə pensiya və sosial müdafiə sistemində elektron audit sisteminin yaradılmasında, büdcə tərtibatı prosesinin institutsional və texniki aspektlərinin təkmilləşdirilməsində, məcburi və könüllü sosial sığortalanma sisteminin strateji planlaşdırma mexanizmlərinin inkişafında və s. dəstək verir. Layihə bu sahələrdə gələcək islahatlarla bağlı Avropa ölkələrinin qabaqcıl təcrübələrini öyrənməyə imkan yaradıb. Fransanın müvafiq qurumları ilə əməkdaşlıqda artıq müvafiq işlərə başlanılıb və bununla əlaqədar nazirliyin əməkdaşlarının Fransa təcrübəsinin öyrənilməsi üçün ötən ay bu ölkəyə səfəri təşkil olunub".

S.Müslümov diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2016-cı il tarixli Fərmanı ilə məşğulluq xidməti əməkdaşlarının işçilərinin say həddinin ümumilikdə 2,5 dəfə artırılması, beləliklə, ölkədə əhalinin sayına nisbətdə məşğulluq xidmətinin kadr potensialının beynəlxalq normaya uyğunlaşdırılması məşğulluq xidmətləri sisteminin inkişafına yüksək səviyyədə önəm verilməsinin növbəti təsdiqidir: "Hazırda məşğulluq orqanlarının fəaliyyətinin modernləşdirilməsi və səmərəliliyinin, əmək bazarında rolunun artırılması, institusional potensialının gücləndirilməsi, məşğulluq xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, əmək bazarının inkişafı üzrə vahid informasiya məkanının formalaşdırılması və s. qarşıda duran əsas vəzifələrdir. Eyni zamanda, əmək bazarının monitorinqi və proqnozlaşdırılması ilə bağlı təkmil sistemin, peşəyönümü sahəsində yeni xidmətlərin yaradılması, kvota sistemi ilə paralel olaraq, əmək bazarına inteqrasiyada çətinlik çəkən insanlar üçün səmərəli aktiv əmək bazarı proqramlarının hazırlanması aktual məsələlərdir. Ötən ay təqdimatı olan "Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək" adlı yeni tvinninq layihəsi bizə həmin sahələr üzrə qabaqcıl Avropa təcrübəsi ilə yaxından tanışlığa, bu məqsədlə Litvanın müvafiq qurumları ilə əməkdaşlığa şərait yaradıb".

İclasda "Qlobal reallıq şəraitində pensiya təminatı sisteminin maliyyə sabitliyi" mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirakla əlaqədar nazirliyin nümayəndələrinin Qazaxıstana səfərinin yekunu barədə təqdimat edilib. Həmçinin, nazirliyin nümayəndələrinin "Azərbaycanda pensiya sistemi islahatının həyata keçirilməsində ƏƏSMN-nə dəstək" adlı tvinninq layihəsi çərçivəsində Fransaya və "Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində ƏƏSMN-nə dəstək" adlı tvinninq layihəsi çərçivəsində Litvaya səfərlərinin nəticələri ilə bağlı təqdimatlar olub. İclas təqdim olunan məlumatlar əsasında müzakirələrlə davam edib.

Xəbərlər     Baxılıb: 6923   Tarix: 03 noyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

turlar.az

makiyaj etmek qaydalari qadin dunyasi gelinlikler qis salatlarinin hazirlanmasi qadin dunyasi.az pnevmoniya xesteliyi bürclər və illər kosmetika sekisler tapmaca oğlaq yutube veten