ƏHALİYƏ XƏBƏRDARLIQ! Bakıda 9 bal gücündə zəlzələ gözlənilir - VİDEO
Respublika Seysmoloji Xidmət Mərkəzinin alimləri Bakının Səbail rayonunun seysmik risklərini tədqiq edərkən belə qənaətə gəliblər ki, ərazidə 8-9 bal gücündə zəlzələ baş verə bilər.
Xanim.az oxu.az-a istinadən xəbər verir ki, Mərkəzin şöbə müdiri Tahir Məmmədlinin sözlərinə görə, Azərbaycanda indiyə qədər baş verən zəlzələlərin heç biri 7 baldan yuxarı olmayıb.
Tədqiqatlar zamanı o da məlum olub ki, paytaxtın seysmoloji baxımdan ən aktiv zonası Səbail rayonunun "20-ci sahə" və "Bayıl yamacı" adlandırılan əraziləridir.
Layihə çərçivəsində Səbail rayonu ərazindəki tikililərin özüllərinin vəziyyəti və onların zəlzələyə davamlılığı da öyrənilib. Məlum olub ki, rayonda bir neçə tip bina var. Onlar müasir hündürmərtəbəlilər, 2-3 mərtəbəli villalar, köhnə həyət evləri, tarixi tikililər, sovet dövründə tikilmiş beşmərtəbəli və doqquzmərtəbəli binalardır.
Gözlənilən zəlzələ zamanı sürüşmənin olacağı da istisna edilmir. Xüsusən də rayonun "20-ci sahə" və "Bayıl yamacı" faktiki olaraq zəlzələ zamanı aktiv şəkildə sürüşməyə məruz qala bilər.
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz