Ekspert 51 yaşlı Cennifer Lopesin gənclik sirrini açıqladı - VİDEO

Ekspert 51 yaşlı Cennifer Lopesin gənclik sirrini açıqladı - VİDEOBu il "Jlo Beauty" adlı dəriyə qulluq kosmetika xəttini təqdim edən 51 yaşlı Cennifer Lopes gənclik sirrini izləyiciləri ilə paylaşıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ideal bədən ölçülərinə malik olan ulduz bütün müsahibələrində idmanı, düzgün qidalanmanı, affirmasiyaları və onlardan əldə etdiyi effektləri mütəmadi olaraq təbliğ edir. Ceylonun sözlərinə görə, gəncliyi qorumaq üçün heç vaxt botoks və ya digər kosmetoloji müdaxilərdən istifadə etməyib. Onun gözəlliyi daxildən gəlir. Zeytun yağına əsaslanan serumlar və gellər dərinin yaxşılaşdırılmasına kömək edən əsas vasitələrdir. Bu üsuldan həm nənəsinin, həm də anasının istifadə etdiyini deyir. Lakin Lopesin təbii üsullardan sitifadə etməklə gənc qaldığına inanmayanlar da var.

Ceylonun instaqramda paylaşdığı videosundan sonra bəzi izləyicilər onun dürüstlüyünü şübhə altına alıb. Yeni məhsulun reklamını edən müğənni serumdan sonra dərisinin daha hamar və parlaq olduğunu, sanki 10 yaş cavanlandığını qeyd edib. Ancaq bəzi istifadəçilər qaşlarının və alnının qətiyyən tərpənmədiyini yazaraq məşhuru ifşa edib. Bəziləri müğənninin botoks etdirdiyini, bəziləri isə plastik cərrah möcüzəsi olduğunu iddia edib. Haqqında səsləndirilən ittihamlara susmayan müğənni bildirib ki, deyilənlərin heç bir doğru deyil:
"Bu gülməlidir! Öz üzümdür! 500 milyonuncu dəfə izah edirəm ki, heç botoks etməmişəm, iynə də vurdurmamışam, əməliyyat da etməmişəm. Gözəlliyin sirri bax budur: həyatınızı daha şən notlarda keçirin, mehribanlıq içində yaşayın və başqalarını ruhlandırmağa çalışın. Başqalarını alçaltmaq üçün vaxtınızı itirməyin. Gənc və gözəl qalmağınıza kömək edəcək. Hər kəsə sevgilər..."
Tanınmış kosmetoloq Alyona Saromıçkaya Ceylonun etdirdiyi prosedurlara aydınlıq gətirib. Mütəxəssisin sözlərinə görə, Cennifer Lopezin heç bir kosmetoloji prosedur etmədiyini demək doğru olmazdı:
"Sağlam həyat tərzinə çox diqqət yetirir, qidalanmasına nəzarət edir, idmanla məşğul olur. Şayiələrə görə, ulduz müstəqil klinik tədqiqatlarla sübut olunmuş gənclik genlərini aktivləşdirən BBL FOREVER YOUNG prosedurunu çox sevir. Stanford Universitetində aparılan bir araşdırma BBL texnologiyası yaşlanma prosesini ləngidir. Prosedura hüceyrələrin yenilənməsini və kollagen sintezini stimullaşdırır, bunun nəticəsində dəri elastikliyi artır, qırışlar azalır. Əlbətdə ki, genetikası da güclüdür, bu məsələdə şanslıdır, lakin elm adamlarına görə, bədən quruluşu və görünüşün yalnız 15% -i bundan asılıdır. Epigenetika, yəni həyat tərzi sağlamlığın və dərinin keyfiyyətinin qalan 85% -nə cavabdehdir. Cennifer idmana çox diqqət yetirir, əla fiziki formaya malikdir. Hamının bildiyi kimi çəkiyə nəzarəti ptozis (dəri sallanması) əleyhinə əsas metodlardan biridir".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2227   Tarix: 19 yanvar 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

turlar.az

toy makiyajlari həkim məsləhəti gözəllik məhsulları qizil sozler qaşların formalari hakişta geyim dəbləri kosmetika efsaneler nagillar qızlıq pərdəsi xocali bayraq