Əl və ayaqlarınız çox üşüyürsə... - MÜTLƏQ OXUYUN!

Əl və ayaqlarınız çox üşüyürsə... - MÜTLƏQ OXUYUN!Əl və ayaqlarda dəri rənginin müxtəlif olması, qan damarlarında daralmadan irəli gəlir. Siqaret, stress və soyuq havanın təsiri nəticəsində bu xəstəlik şiddətlənə, hətta revmatizmin yaranmasına gətirib çıxara bilər.
Qadınsaytı.az Publika.az-ın sağlamlıq bölməsi xəbər verir ki, damar daralması "Raynaud Fenomeni" adlanan damar xəstəliyi olaraq qəbul olunur. Bu xəstəlik əksər hallarda revmatizmin ilkin əlamətlərinə aid edilir. Daha çox əl və ayaqlarda qan dövranın azalması və ya ləngiməsi səbəbilə bu orqanlarda üşümə, ağrı, göyərmə, həssaslıq, soyuqluq kimi hallar müşahidə olunur. Qan damarları soyuq havalarda orqanizmin öz istiliyini saxlaması üçün daralır, amma bu proses bəzi insanlarda xəstəliyə daha çox uzanır.
Ağır stress qan dövranını zəiflədir
Siqaret, ağır emosional stress və soyuq hava xəstəliyi şiddətləndirən səbəblərdir. Bununla yanaşı, uzun müddət istifadə edilən müxtəlif dərmanların əks təsiri də bu xəstəliyə səbəb ola bilər. Xüsusilə bəzi miqren, baş ağrısı dərmanları və bəzi ürək dərmanlarından istifadə xəstəliyin inkişafına gətirib çıxara bilər.
Adətən bu şikayətləri olan xəstələr gənc yaşında olur. Çətin imtahan və iş stressi yaşayan gənclər, hətta bəzən uşaqlarda da görülə bilər. Qan damarlarının daralması xəstəliyindən adətən soyuq bölgələrdə yaşayan, soyuq mühitlərdə işləyən insanlar daha çox əziyyət çəkir.
Damar xəstəliyini həm cərrahi, həm müalicə yolu ilə, həm də bəzi qabaqlayıcı tədbirlərlə sağaltmaq mümkündür. Tədbirlərə baxmayaraq, şikayətiniz davam edirsə, ən qısa zamanda ürək-damar həkiminə gedib müayinə olunun.
Məsləhətlər
1. Vərdişləri dəyişdirin: Siqaret və tütün məhsullarının istifadəsindən imtina edin, dumanlı mühitlərdən mümkün qədər uzaq durun.
2. Həyat tərzinizi dəyişin: Soyuqdan və soyuq mühitlərdən mümkün qədər uzaqlaşın. Soyuğa çıxmazdan əvvəl əlcək və qalın corab geyin, soyuq su ilə təması azaldın, soyuqdan qoruyucu yağ əsaslı kremlər istifadə edin. Paltarları əllə yumayın, əgər paltaryuyan maşın yoxdursa, mütləq əlcək taxın. Əgər yaşadığınız rayon çox soyuqdursa, daha mülayim iqlimli əraziyə köçün.
3. Psixoloji vəziyyəti bərpa edin: İnsanın özünü hədsiz kədərli, həyəcanlı və qorxaq hiss etməsi stress yaradır. Stress isə birbaşa bu xəstəliyə təsir göstərir. Yüksək əhval-ruhiyyəni qorumağa çalışın. Bunun ən yaxşı yolu idmandır. Ancaq stresslə təkbaşına mübarizə apara bilmirsinizsə, psixoloqla məsləhətləşin.
4. Həkimə gedin: Şikayətlərinin əsl mənbəyinin damar daralması olduğunu, yaxud müşayiət revmatizm xəstəliyi olduğunu öyrənmək üçün həkim müayinəsindən keçin.

Xəbərlər     Baxılıb: 1473   Tarix: 05 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

turlar.az

maskalar toy gecesi geyim necə seçməli sifahi xalq ədəbiyyatı növləri sifahi xalq ədəbiyyatı roya ayxan qara noqteler ucun uz maskalari kosmetika hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz gozellik mikayıl abdullayev haxista hakışdalar