"Elə qızlar var ki, sevdiyi oğlana qan içirib, ərə gedirlər " - Ekstrasens Aqildən ŞOK FAKTLAR
Rusiyada və Azərbaycanda fəaliyyət göstərən ekstrasens Aqil Məhərrəmovla müsahibə:
-Ailədə sizdən başqa kimsə bu işlə məşğul olur?
-Anamın həm anası, həm atası seyid olub. Amma atam tərəf vergili olub. Anamın əlində bioenerji olub. Amma o bu işlə məşğul olmayıb.
-Ailədə bildiyim qədər tək övladısınız?
-Deməli məndən başqa iki ögey bacım var.
-Bəs onlarda vergi varmı?
-Yoxdur.
-Niyə son zamanlar ekstrasenlər evlərində müəmmalı şəkildə öldürülür?
-Ekstrasenslər deməzdim, afiristlər, "maşennik"lər deyərdim. Peşəkarların başına bu iş gəlməz. Çünki yalan ayaq tutar yeriməz. Qarşına elə adam çıxa bilər ki, düşünərsən ki, onu aldadım, amma sonu sənin üçün pis nəticələnə bilər. Hər bir peşəkar ekstrasens ölümünü bilir. Harda necə olmasını bilməsədə neçə yaşında öləcək bilir. Bilmirsə deməli ...
-Peşə etikası var ən azı ... Həmkarlarınızı belə yıxıb-sürümək düzgündürmü?
-Azərbaycandakı bəzi ekstrasenslər üz qarasıdır, həddlərini çox aşıblar. Əməlli başlı fırıldaqçılıq edib, külli miqdarda pul alıb, iş də görə bilmirlər. Deməmək olmur, sussan elə biləcəklər sən də onlardan birisən.
-Bəs arxanızca danışan ekstrasenslər olan zaman söz sizə çatanda nə edirsiniz?
-Arxamca üzümə gülən insanlar danışır. Düşmən münasibətdə olduqlarım heç danışmır. Aqilin 2 il ərzində Azərbaycanda əldə etdiklərini onlar illərdir çalışırlar amma qazana bilmirlər. Məndən artıq verilişlərə çıxıblar, yaşda da məndən böyükdürlər amma hal-hazırda yoxdurlar. Çünki işlərində dürüst deyillər.
-İşinizdəki dürüstlüyü necə sübut edirsiniz?
-Təbii ki, işimlə. Yanıma gələn insanlar özləri nəticəni görür.
-Ekstrasenslər niyə lazımdır ?
-Ekstrasenslər xüsusi hissiyatlı insanlardır. Biz adi insanlardan seçilmişik və müəyyən travma alandan sonra bizlərə vergi, xüsusi bacarıq verilib. Biz insanlara (pis çıxmasın-red) düzgün yol göstərib, dəqiq və konkret məsləhət vermək, lazimi kömək etmək üçün lazımıq.
-Sizin əlinizdəki aksessuarlar ...
-Aksessuar yox köməkçi vasitə deyək.
-Əlinizdəkilər sizə necə kömək edir ki?
-Düzdür məndən sonra hər kəs əlinə bir neçə üzük taxmağa başladı. Amma məndəki üzüklər 40 gün qəbirsanlıqda basdırılıb. Onlar müəyyən ritual keçib ki, mənimlə ruhlar arasında əlaqə qurula bilsin. Mənim arxamda kimlər və nələr dayanıb bunu ekstrasenslər əla bilir.
-Kim dayanıb ki?
-Ruhlarla işlədiyim üçün bilirəm ki, onlar. Amma 1,2,3 ruh yox... Yəni qohumlarımın ruhları yox, onlar çoxdular.
-Oyuncağa iynə batırmaq, nə bilim qurd yağı, menstruasiya qanı və s. bu kimi lazımsız bir şeylər... Ən təhlükəli cadu hansıdır ?
-Əslində o oyuncaq deyil, xəmirdən düzəldilməlidir. Amma Azərbaycanda kuklalara iynə batırırlar, onun təsiri elə də güclü olmur. Bu "Vudu" deyilən magiyadır, Afrikada məşhurdur. Əvvəl o magiya ilə insanları sağaldırdılar. Sonradan pis əməllər üçün tətbiq olunmağa başladı. Amma çox dərin magiyadır. 10 ilini Afrikada yaşamalısan ki, o magiyanı tam biləsən. "Vudu" ilə insanı sevdirmək, şikəst etmək, öldürmək olur. Dualar latın dilində olur. Onların ruhları ancaq o dildə anlayır.
-Sidiklə cadu batil olur?
-Sidiklə cadu batil olmur, mundar şey mundarla təmizlənməz, daha da güclənər. Azərbaycanda səhv istifadə edirlər. Qızların menstruasiya zamanı oğlanlara yedirtdiyi və ya içirtdiyi qan isə çox təhlükəlidir. Qızlar bunu oğlan onları sevsin deyə edirlər. Amma anlamırlar ki, həmin oğlan şikəst ola, möhkəm xəstələnə, havalana bilər və ya sevib, həmin qızdan əl çəkməyə də bilər. Onun ritualı var. Bir də anlamaq lazımdır ki, həmin şeyi xəstəliyin 1-ci və axırıncı günü etmək lazımdır. Orta günlər mundar günlər hesab edilir.
-Bəs cadunu necə batil etsinlər?
-Müsəlmançlıqda nas, fələq, ixlas oxunur. Amma tam təmizlənmir. Tam batil olmaq üçün professional insan sizin energetik çakralarınız təmizlənməlidir.
-Anadan uşağa cin keçə bilər?
-Yox. Əgər ana hamilədirsə ve anada cin varsa uşaq doğulanda cin anadan usağa keçə bilər.
-Siz cinlərlə işləmirsiniz. Cinlərlə işləyənlər daha güclü olur ya ruhlarla?
-Mən daha güclüyəm! O insan güclüdür ki, həm cinləri, həm ruhları, həm mələyi, həm də ki, şeytanı əlində saxlaya bilsin.
- Siz bunları bacarırsınız?
- Bacarmasaydım bu gün bu qədər xəstəliklərlə üz-üzə qalmazdım. 3 dəfə xəstəxanada yatmışam, 2 dəfə əməliyyat keçirtmişəm.
- Cadu çıxardırsınız?
- Vaxtilə Azərbaycanda bir nömrəli ən təhlükəli caduları çıxartmışam. Amma indi çalışıram etməyim, zaman çox aparır. Mən dayandığım yerdən belə cadunu təmizləyə, basdırıldığı yerdə onu təsirsiz edə bilirəm. İnsana nəticə maraqlıdır. Hansısa qıfıla cadu edilib, mən qıfılı təmizləsəm, adi qıfıl sizə nəsə edə bilər?! Təbii ki, yox.
- Olubmu ki, hansısa ekstrasensin öhdəliyinə götürməyidi işi siz öhdəliyinizə götürmüsünüz?
- Rusiyada belə bir kriminal hadisə olub. Dediyim sözü əməlimlə sübut etmişəm. Rusiyanın bir şəhərində motosiklet uşağı vurmuşdu, ikiyə bölmüşdü, uşağı vuranları tutmamışdılar. Səbəb də o olub ki, uşağı motosikletlə vuran şəxs pul ödəyərək məsuliyyətdən azad olub. Mən həmin şəxsin tutulmasına yardımçı oldum.
Bakıda isə bir dəfə 2006-2007-ci ildə gənc qız özünü Xəzər dənizinə atmışdı. Qız vəzifəli adamın qızı idi. Qızın anası yanıma gəldi. Baxıb dedim ki, qız sevdiyi oğlana görə intihar edib. Sevdiyi oğlan isə həddindən artıq vəzifəli bir şəxsin oğlu idi. Dəlil, sübut və səbəbləri açdım, qızın anasına söylədim, işlərini bildilər.
- Sizin özünüzə nə vaxtsa cadu ediblər?
- Ediblər və edirlər də... Amma mənim orqanizmimdə cadu 3 gün qalır.
- Bilirəm dəyişiklik var. Bəs indi daha çox kimlər sizə müraciət edir?
- İndi vəziyyət tamam dəyişib. Daha çox kişilər mənə müraciət edir. Özüm də dəhşətə gəlirəm. Gün ərzində 5 müştəri gəlirsə, 4-ü kişidir. Deyəsən qızlar ərə getməkdən vaz keçiblər ( red-gülür).
- Ölmüş insanların ruhlarını çağırırsınız?
- Çağırmıram, özləri gəlirlər. Bir insan yanıma baxdırmağa gəlibsə, onun əziz qohumlarının ruhu ona nəsə demək istəyirsə, özləri gəlirlər.
- Bəs mənə kimsə indi nəsə demək istəyir?
-(red. diqqətlə bir neçə saniyə baxır) Atanızın ruhu sizdən inciyib. Çoxdandır qəbr üstünə getmirsiz. Sizə qarşı qəzəblidir.
(susuruq – red)
Əlaqə üçün: Aqil Məhərrəmovun qəbuluna getmək üçün istəyənlər bu nömrə ilə əlaqə saxlaya bilərlər: 055 223 66 13
İnstagramda isə:ekstrasens_agil_magarramov
azxeber.com