Əllərdə qabıqlama nəyin əlamətidir?

Əllərdə qabıqlama nəyin əlamətidir?Əllərdə qabıqlama ən çox rast gəlinın dəri problemlərindən biridir. Əsasən qadınların üzləşdiyi bu problem hansı səbəblərədn yaranır?
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, əllərdə qabıqlama şikayəti ilə dermatoloqa tez-tez müraciətlər olur. Əldə qabıqlanma problemi olan pasientlərdə adətən qızartı və qaşıntı şikayəti də olur. Lakin, bu hər zaman belə olmur. Bəzi xəstələrdə heç bir qaşıntı, qızartı şikayətləri olmadan sadəcə, dəridə qabıqlanma problemi yarana bilər. Əksər hallarda əllərdə qabıqlanma ovuc içərisində meydana gəlir.
Xəstəlik daha şiddətli formadadırsa əldə qabıqlanma barmaqarası, dırnaqətrafı, əlin üstündə də meydana gələ bilər. Əsasən dəmrov xəstəliyi əllərdə qabıqlanma, qaşıntı, qızartı verir. Lakin, dəmrov xəstəliyi probleminin müxtəlif varinatları vardır. Dermatoloq həkimin vəzifəsi ovucda qabıqlanma verən dəmrovun növünü təyin etməkdir. Əllərdə qaşıntılı, qabıqlı, qızartıların mənşəyini təyin etmək üçün dəri həkimi xəstədən əlavə laborator, mikrobioloji, sitoloji, patoloji testlər istəyə bilər. Dəmrovun bütün növləri bir-birinə bənzədiyi üçün dəqiq diaqnoz üçün əlavə müayinələrə ehtiyac olur.
M.İskəndərli qeyd edib ki, əllərdə qabıqlı qızartılar ən sıx allergenlər ilə təmasdan sonra yaranır. Əsasən evdar xanımların əlləri daima müxtəlif mənşəli allergenlərlə o cümlədən sabun, yuyucu vasitələr, deterjanlar, kosmetik vasitələr və s. daima təmasda olduğu üçün əldə qaşıntılı qabıqlı qızartılar yarana bilər.
İnfeksioz mənşəli dəri xəstəlikləri də əllərdə soyulma yarada bilər. Əsasən dərinin göbələk xəstəlikləri əllərdə qabıqlanma yaradır. Qabıqlanma ilə paralel şəkildə qaşıntı, qızartı, çatlar, göynəmə və su qovuqcuqları da meydana gəlir.
Dermatoveneroloq qeyd edib ki, səbəbi nə olursa olsun əllərdə qabıqlı qızartılar ilə özünü göstərən istənilən dəri xəstəliyinin 100% dəqiqliklə diaqnozunu qoyaraq müalicə etmək mümkündür. Səbəbi aşkar edildiyi təqdirdə hətta xəstəliyi tamamilə aradan qaldırmaq da mümkündür və əllərdə qabıqlanma tam sağala bilər. Odur ki, ovuçlarında qabıqlanma olan xəstələrə ümidsiz olmamalıdırlar. Əllərdə qabıqlı qızartılar verən istənilən dəmrov xəstəliyi probleminin həlli var.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1346   Tarix: 03 oktyabr 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

turlar.az

geymler 2026 geyim və ayaqqabılar yaz geyimleri 2026 azadqadin baliq qulagi displaziya cinsi münasibətlər kosmetika babasil azerbaycanli is adami amerikada gullelendi bir arzum var qurd xəstəliklərinə qarşı mualicə sirin qogal