Elmdə belə şeylər olub ki, kiminsə dırnağını, saçını, spermasını bu məqsədlə saxlayıblar - Azərbaycanlı alimdən ŞOK

Elmdə belə şeylər olub ki, kiminsə dırnağını, saçını, spermasını bu məqsədlə saxlayıblar - Azərbaycanlı alimdən ŞOK"Yəhudilər genofond məsələsində ana xəttinə daha çox üstünlük verirlər. Yəni anası yəhudi olmayanı onlar özlərindən hesab etmir. Əslində bunun elmi əsası var".
Bunu Azərbaycan Milli Elmlər Akademiyasında yeni yaradılmış Molekulyar Biologiya və Texnologiyalar İnstitutunda genomun quruluşu və ekspedisiyası laboratoriyasının əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov bildirib.
O bildirib ki, hüceyrənin daxilində nüvə genomundan başqa mitoxondri genomu da var. Bu, hüceyrənin enerji mənbəyidir. Çünki orqanizm üçün lazım olan ATF enerjisi orada formalaşır:
"Bu isə yalnız ananın yumurta hüceyrəsi ilə gələcək nəslə ötürülür. Spermatozoiddə mitoxondri toplanan quyruq hissəsi mayalanmada iştirak etmir, qırılıb qalır çöldə. Ona görə də deyə bilərik ki, gələcək nəslə daha çox gen anadan keçir. Çünki hamımızın mitoxondri genomumuz ana xəttimizdən gəlir. Bunun özü də elə bil ki, təbiət tərəfindən verilən bir siqnaldır. Bu məsələ məhkəmə tibbi ekspertizasında da xüsusi rol oynayır. İnsanın ana xətti ilə qohumluğunu bu vasitə ilə müəyyənləşdirmək çox asanlaşır. Mən özüm də uzun müddətdir ekspert kimi işləyirəm. Mübahisəli atalıq və analıq məsələlərini beləcə rahat müəyyənləşdirmək mümkündür".
Ə.Məmmədov genofond məsələsində daha çox qadınların iştirak etdiyini vurğulayır. Onun sözlərinə görə, əgər məsələyə genlərin sayı baxımından yanaşsaq təbii ki, qadınların rolu böyükdür. Analardan övlada daha çox gen verilir: "İdman genetikası deyilən elm sahəsi çoxdan inkişaf edib. Biz də Azərbaycanda bu istiqamətdə yeni nələrsə etməyə çalışırıq. Əsasən sürət, dözümlülük, güc məsələsinə diqqət yetirilir. Bu üç keyfiyyəti formalaşdıran ayrıca genlər var. Hələ mikrobiologiyanın inkişafından əvvəl elmdə ata və anası idmanda nailiyyət göstərən idmançılarla, valideynlərindən yalnız biri idmançı olan və heç biri idmançı olmayanları müqayisə ediblər. Müəyyən edilib ki, 1-ci variantdakı cütlüklərin övladları o birilərinə nisbətən 70 faiz üstünlüyə malikdir. Hətta bu uşaqlar valideynlərindən də yüksək nəticələr əldə edə bilirlər. Yəni hibrid həmişə valideynə nisbətən daha güclü olur. Sağlam genlər bir genomda cəmləşir və nəticə daha da yüksək olur".
Mütəxəssis ölkədə xüsusi qabiliyyəti olan insanların, Azərbaycanın tarixində öz sözünü demiş şəxslərin nəsillərinə genlərinin sıradan çıxmaması üçün daha diqqətlə yanaşmaq mövzusuna da toxunub:
"Elmdə belə şeylər olub ki, kiminsə dırnağını, saçını, hətta spermasını saxlayıblar. Yəni bu görkəmli insanların genlərini o ehtimalla saxlayıblar ki, nə vaxtsa onlar klonlaşdırılacaq. Bu, bir neçə il əvvəl daha geniş vüsət almışdı. Təbii ki, lazımlı hesab etdiyimiz insanların genomu dediyimiz xromosomlarını dondurub saxlamaq mümkündür. Bu, artıq çoxlarına məlumdur ki, bəzi zəngin insanlar sağalmaz xəstəliyə yaxalanıblar deyə, özlərini dondurub saxlatdırıblar ki, həmin xəstəliklərin müalicəsi tapılan vaxt onları ayıltsınlar".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1550   Tarix: 23 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

turlar.az

hamiləlik gözəllik məhsulları geyim seçimi toy gecesi silikon sinə ev dizaynlari qonaq otagi murebbelerin hazirlanmasi kosmetika rus dili 2ci ders gözəllik gülməli hakıştalar cekc pornuxa ariqlamaq