Elza Seyidcahandan "QOCA" ilə bağlı İNANILMAZ AÇIQLAMA: " Oğlum da... "
Əməkdar artist Elza Seyidcahan Fədayə Laçınla "Qoca" ləqəbli avtoritet Etibar Məmmədova balet həsr edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Yenicag.az-a açıqlama verən sənətçi sevginin böyük qüvvə olduğunu bildirib: "Fədayənin həbsə düşməsi xəbəri məni çox sarsıtdı. Sanki onunla bərabər mən də həbsdəyəm. Mən o "Qoca" deyilən avtoritetin videolarını izlədim. Fədayə ona sarılmışdı. Görünür ki, mərd, sözünü deyən oğlan imiş. Əsl kişiymiş. Fədayənin də mərd kişiyə ehtiyacı olub deyə, onu sevib. Əslində, bəlkə də, Fədayə onu bir ana, bir bacı kimi qorumaq istəyib. Kaş ki, Etibar heç həbsdən qaçmayaydı, vaxtını gözləyəydi. Bəzi kişilər var, sevdiyini darda qoyur, qaçır. Amma qadınlarımız hər zaman sevgilərinin arxasında dayanır. Fədayə də, bəlkə, onu qorumaq üçün belə edibmiş. Artıq Etibar yoxdur, Allah Fədayənin də qapısını açsın. Oğlum da onu çox istəyir. Uşaq vaxtı deyirdi ki, ana, böyüyəndə çoxlu pulum olsa, Fədayə Laçına sponsorluq edəcəm. Mən bu sevgiyə həsr olunmuş balet yazdım, adı da belədir: "Etibarda əfsənəyə dönmüş Qoca Fədayənin fədası".
Bəs görəsən, Elza özü nə vaxtsa avtoritetə aşiq olardımı?
Sənətçinin cavabı belə oldu: "Heç kim heç nədən sığortalanmayıb. Hər qadın ağ atlı oğlanı gözləyir. Və o oğlan gələndə gözübağlı atın tərkinə minib gedir, baxmır ki, o adam avtoritetdir, quldurdur, yoxsa oğrudur. Fədayə də o atın tərkinə minib getdi".









Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin