Elza Seyidcahanla İlhamə Quliyevanın davası pik həddə çatdı

Elza Seyidcahanla İlhamə Quliyevanın davası pik həddə çatdıƏməkdar artist Elza Seyidcahan xalq artisti İlhamə Quliyevanın onun deputat olmaq istəyi haqda fikirlərinə münasibətini bildirib.

E.Seyidcahan Axşam.az-ın əməkdaşı ilə söhbətində bunları deyib:

"Onun sözləri mənə təsir etmədi. Bilsəydim ki, mənə canıyanan, məntiqli biri məsləhət verir, o zaman qulaq asardım. Onu məhkəməyə vermək üçün lazımi qədər dəlilim var. Ağıl yaşda yox, başdadır. Bundan əvvəl də haqqımda çox sözlər danışıb. Azərbaycan bayrağını təhqir edən, məşəli qəlyan adlandıran birini məhkəməyə vermək lazımdır. Qəlyan qadına yaraşar? Heyvanların qorunması üçün konsert vermişəm deyə, məni meymun adlandırır. Bu cinayətdir. Hər bir Azərbaycan vətəndaşının millət vəkiliyinə namizədliyini irəli sürmək haqqı var. Mənə deyəndə filankəs millət vəkilliyinə namizəd olub, cavab verirəm ki, "uğurlar".

E.Seyidcahan İ.Quliyevanın da bir vaxtlar millət vəkili olmağı arzuladığını iddia edib:

"Nəsimi rayonunun ərazisində yaşayıram, neçə il bundan əvvəl İlhamə Quliyeva qapı-qapı gəzib insanlardan səs toplayırdı. Millət vəkili olmaq, parlamentdə oturmaq onun ən böyük arzusu idi. Alınmadısa, mən nə edim? Mən şou-biznes adamı deyiləm. Həmişə ciddi əsərlər yazmışam. Zamanın nəbzini tutan biriyəm. Qapı-qapı gəzib dayımdan, əmimdən, qonşularımdan pul yığıb övladlarımı böyütməmişəm ki… Toylara da, şou-proqramlara da getmişəm, halal pulumu qazanmışam, bacı-qardaşıma, övladlarıma baxmışam. Əlimdən gəldiyi qədər imkansızlara kömək olmuşam. Bunları reklam etməyə ehtiyacım yoxdur. Qazandığım pulla mahnılarımı aranjiman etdirmişəm. İlhamə xanıma qarşı heç vaxt hörmətsiz davranmamışam. Yeri gəlib, xəstələnəndə onun ayaqlarını da yumuşam, bahalı hədiyyələr aparmışam. Ona görə yox ki, başqaları kimi ondan qorxuram. Üzünə gülüb, arxada qeybətini etmirəm. Çünki mən ailə tərbiyəsi almışam. O insan hörmət, yaxşılıq bilmir. Özü diliylə deyir ki, mənə pislik edin. Onun bu tələbini etməyəcəyəm. Müdrik olacağam. Millət vəkili seçilsəm, sülh yaradacağam".

E.Seyidcahan özünü şou-biznesdə görmədiyini də bildirib:

"Mənim layihələrim şou xarakterli olmayıb. Onu İlhaməkimilər şoulaşdırır. Çıxır efirdə nə gəldi danışır. Arxivdə Elzanın da, İlhamənin də çıxışlarına baxın. Mən nəinki özümü, heç pişiyimi də təhqir etmələrinə icazə vermərəm. Onu keçirdiyim "Uğura doğru" konsertimə çağırdım. Müsahibə verdi ki, səviyyəsiz yerdə nə işim var. Əgər mən səviyyəsizəmsə, evimdə, oğlumun toyunda nə işi var? Mahnımı ("Ağ çiçəyim" – red.) niyə oxuyursan? Məndən nə istəyir? Mən də başqaları kimi çıxım efirdə deyim ki, "o, xanım yox, İlhamədir?" Sonra da gəlsin desin ki, "Səninlə duet oxumaq istəyirəm". İlhamə xanım, sizi təhqir etmək istəmirəm. Amma bu sözlərin cavabını verəcəksiniz. Əməkdar artisti, iki uşaq anasını təhqir etmək nə deməkdir? Mən İlhamə xanımdan fərqli olaraq sənət dostlarım arasında mehriban biri kimi tanınıram. Yığır başına müğənniləri, böyüyü kiçiyin üzünə, kiçiyi böyüyün üzünə ağ edir. Bir-birinin ardınca pis sözlər dedizdirir, ortada qoyur. Siz sülh nədir bilmirsiniz. Allah şəfa versin".

Qeyd edək ki, İ.Quliyeva deputat olmaq istədiyini açıqlayan Elza Seyidcahanın fikirlərinə sərt reaksiya vermişdi:

"Çox ayıb olsun ona. Heç nə demirəm. Getsin, onun heyvanları, qoşunları var, onlara konsert versin. Başına məşəl yerinə qəlyan qoyub. Meymunoynadan kəslər millət vəkili olmaq istəyirlərsə, vay o Milli Məclisin, deputatların halına. Elzanın bu fikrini pisləyirəm. Getsin mahnılarını yazsın, heç oxumasın. Oxumağı da ayıbdır. Savadlı musiqiçidir, bəstəkardır, buna sözüm yoxdur".

Xəbərlər     Baxılıb: 3425   Tarix: 11 sentyabr 2015
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

.

5 ədəd badam yeyib idman et, gör NƏ OLUR

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər.  xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmadan danışarkə

.

Aspirin xərçəng riskini azaldır?

Aspirin uzun illərdir əsasən ağrıkəsici və qan durulaşdırıcı kimi istifadə olunsa da, onun xərçənglə bağlı mümkün təsirləri də alimlərin diqqət mərkəzindədir. xəbər verir ki, "University of Oxford"də aparılan bəz

.

"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız

"Ət yeyən bakteriya" kimi tanınan infeksiya nadir hallarda rast gəlinməsinə baxmayaraq, sürətlə inkişaf etməsi və ağır nəticələrə səbəb olması ilə diqqət çəkir. . xəbər verir ki, xəstəlik vaxtında müdaxilə olunmadıqd

.

Bu dərmanlar qarın ağrısı yarada bilərlər

Qarın ağrısı və ishal hər zaman qida zəhərlənməsi demək deyil. Bəzən səbəb tam gözlənilməz ola bilər.  xəbər verir ki, qastroenteroloq Kristin Li bildirib ki, bu cür narahatlıqlar bəzi vitamin və mineral əlavələrinin qəbul

.

Qabığında elə faydası var ki

Yerfındığının qabığı adətən atılır, amma əslində müəyyən faydalı xüsusiyyətləri də var. O, tam olaraq bir şəfa mənbəyidir. xəbər verir ki, onu çay kimi dəmləyib içə bilərsiniz. . 1. Antioksidant mənbəyidir Qabıqda polifenolla

.

Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?

Marketlərdən paketlənmiş toyuq əti alarkən çoxumuzun diqqət etmədiyi kiçik bir detal, əslində sağlamlığımız üçün ciddi xəbərdarlıq siqnalı ola bilər. Qida təhlükəsizliyi mütəxəssisləri qablaşdırmanın dibində yığılan çəhray

.

Gözlərinizi ovuşdurarkən bir daha düşünün

Göz ovuşdurma vərdişi korneanın quruluşuna birbaşa təsir edərək görmə qüsurlarına zəmin yaradır.  xəbər verir ki, gözə edilən sərt və davamlı təzyiq, gözün ən ön təbəqəsi olan kornea toxumasının zamanla incəlməsinə və dikləşərə

.

Həddindən artıq yuxu niyə təhlükəlidir?

Yuxu rejimi ilə bağlı yeni araşdırma diqqət çəkən nəticələr önə çıxarıb. xəbər verir ki, "PLOS One" jurnalında dərc olunan tədqiqatda qeyd edilir ki, həm yuxusuzluq, həm də normadan artıq yatmaq sağlamlıq üçün ris

turlar.az

toy makiyaji sekilleri gozel gorunmek makiyaj etmek qaydalari qadin ehtirasi artiran dermanlar laminat parket goyemin faydasi geyim kombinasiyalari kosmetika olumu novruz bayramına aid hakıştalar pomidor tərəzi eqreb