"Əməkdar artist" adını alan Xumar Qədimova: "Müxtəlif sahəni təmsil edən qadınlarımızın içərisində tək sənətçi olaraq mənim..."
"Cənab prezidentin sərəncamı mənim üçün bir sürpriz və unudulmaz 8 mart hədiyyəsi oldu."
Bu sözləri unikal.org-a tanınmış müğənni Xumar Qədimova bildirib.
O deyib:
"Müxtəlif sahəni təmsil edən qadınlarımızın içərisində tək sənətçi olaraq mənim "əməkdar artist" fəxri adıyla təltif olunmağım məni duyğulandırdı. Mənə və təltif olunan bütün qadınlarımıza bu gözəl sevinci bəxş etdiyinə görə ölkə başçısına təşəkkürümü bildirirəm.
Bu təltif Azərbaycan musiqisinin, mədəniyyətinin təbliğində bundan sonra daha çox enerjiylə çalışmağıma bir stimuldu. Bir daha cənab prezidentə minnətdarlığımı bildirir və məni sevən, təbrik edən bütün insanlara təşəkkürümü çatdırıram".
Xatırladaq ki, dünən prezident İlham Əliyev 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Tanınmış müğənni Xumar Qədimova "Əməkdar artist" fəxri adına layiq görülüb.
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Hər iki ailəm xəyanətə görə dağılıb' - Aysun
Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər
Fillip Alla Puqaçovanın kukla kolleksiyasını yığır
Eldəniz Məmmədov baba oldu
Nuranın "Avroviziya" arzusu
Siqaretdən 10 qat daha zərərli: Hər evdə var
Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ
Məşhur azərbaycanlı aktrisa ana olacaq
Avropa İttifaqı Timatiyə sanksiya tətbiq etdi - SƏBƏB
Böyrək çatışmazlığına səbəb olan 6 QİDA
Kanye Vest Türkiyədə dünya rekordu qıracaq