Əməkdar artist evlənməyə qız axtarır
Əməkdar artist Səlim Abbasov subaylığın daşını atmaq niyyətindədir.
Axşam.az-ın məlumatına görə, "APA TV"-nin "Show time" verilişinə qonaq olan skripkaçı bildirib ki, ailə qurmaq üçün qız axtarır:
"Anam mənə deyir ki, hamını evləndirdin, özün subay qaldın. Evlənmək üçün anam, xalam bir neçə variantlar deyirlər, amma mən mıs-mıs adam deyiləm. Ola bilər ki, gözləmədiyim bir xanımla da ailə qura bilərəm. Bu qismət işidir. İndi sual verirlər ki, müğənni ilə, televiziya işçisi ilə ailə qurarsan? Buna yox deyə bilmərəm. Çünki elə adamlar var ki, açıqlama veriblər ki, şou-biznesdə olan xanımla ailə qurmaram, amma elə alınıb ki, aldığı qız elə şou aləmində olub. Sənətdə müəyyən uğurlarım var, əməkdar artistəm, evim, maşınım var. Bircə ailə qurmağım qalıb. İnşallah evlənəndən sonra uğurlarımın ardı gələr".
S.Abbasov bildirib ki, onunla ailə quracağı qıza kiçik şərtləri də var:
"Kaprizli biri deyiləm. Bir xanımda görmək istədiyim əsas xüsusiyyətlər bunlardır: mənə, valideynlərimə hörmət eləsin. Bunlar mənim üçün şərtdir. Sonra insan ailə quranda nökər almır. Bir də istəyərəm ki, atasına, anasına hörmət edən biri olsun".
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Yuxusuz gecədən sonra bunu edin