Əməkdar artistdən Manafa: 'Sahibin başı belə cılız musiqilər haqqında danışmaq üçün deyil
"Sənə kim ixtiyar verib ki, efirdə məni təhdid edib, ünvanıma hədə-qorxular səsləndirirsən. Mənimlə harada görüşəcəkdin?"
azxeber.com xəbər verir ki, bu sözləri Əməkdar artist Sahib İbrahimov "Tarixin bir günü" verilişində deyib.
Sənətçi, ötən həftə sözügedən verilişdə Manaf Ağayevin onun ünvanına səsləndirdiyi fikirlərə cavab verib:
"Mən tənqidlərə açıq adamam, amma qərəzli olaraq ünvanıma deyilən sözləri qəbul edə bilmərəm. Manaf hansı ixtiyarla burada oturub mənim ünvanıma təhdidlər səsləndirir? Deyir mən Sahiblə kənarda danışacağam. Mənimlə harada görüşüb, danışmaq fikrin var? Deyirsən ki, Sahib kimdir. Mən sənə xatırladaram mən kiməm...
Sahib Birinci Qarabağ müharibəsi iştirakçısı və qazisidir, 27 yaşında Azərbaycan Dövlət Muğam teatrının solisti olmuşam, mənim 2000-ci ildə Almaniyada böyük ustadlarımızla "Sarı gəlin" adlı diskim çıxıb və Avropada böyük tirajla satılıb. Mən səhlənkar olmuşam bu işlərimi qabardıb göstərməmişəm. Deyirsən ki Sahibin başı üçün deyil... Bəli, Sahibin başı belə cılız musiqilər haqqında danışmaq üçün deyil".
Aysel









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?