Əməkdar artistə mayın 25-nə qədər vaxt verdilər: "İntihar edəcəm"

Əməkdar artistə mayın 25-nə qədər vaxt verdilər: "İntihar edəcəm""Mayın 25-nə qədər mənə evimi boşaltmağa vaxt veriblər".

BiG.AZ xəbər verir ki, bu sözləri lent.az-a əməkdar artist Firuzə İbadova deyib. O bildirib ki, mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirova görə Badamdardakı yaşadığı evdən çıxarılır: "Allah heç kimi mənim günümə salmasın. Lombarda girib, Orxana bir iş üçün 7 min pul verdim. O da ilk əvvəl işi həll edəcəyini deyərək, məni ümidləndirdi. Amma daha sonralar bu işin qeyri-ciddi olduğunu görüb, pulumu geri istədim. Vallah indi Orxana görə borc içində üzürəm, pis vəziyyətdəyəm. Evin borcunu verə bilmirəm. Ona görə də evimdən çıxarırlar. Bu artıq 4-cü evimdir. Buradan da çıxarırlar. İnsafın olsun, ay Orxan! Pulumu qaytar! Elə bil mənim alnıma yazılıb, hamı məni aldadır. Pulumu almayana qədər ondan əl çəkməyəcəm. Orxan pulumu qaytarmasa, gedib evlərinin qarşısında "palatka" qurub, çöldə yaşayacam. Vallah, bu adam məni çox pis hala salıb, artıq dözə bilmirəm. (ağlayır) Bunların əlindən intihar edib, özümü öldürəcəm".

O.Nadirovun dostu Vüqar Bəkirov da müsahibə verərək, F. İbadovanın fikirlərini dəstəkləyib: "Orxan Firuzə xanımın qızını işə düzəltmək istəyirdi. Məhz buna görə də ondan 7 min pul aldı. Həmin pul da mənim yanımda İlhamə xanımın sözünə görə Orxana verilib. O pulun 2 minini Orxan mənə verdi ki, apar Firuzə xanıma ver, bir az vaxt istə. Mən həmin pulu Füruzə xanıma qaytarmışam. Mən tutulandan sonra Orxan qalan pulu mənim boynuma qoyub. Guya ki, bu pul mənə verilib. Amma həmin pulu Yasamal rayonunda Rabitə bankın qarşısında Firuzə xanım qızı ilə Orxana təqdim etdilər. Lombardı da Orxan tapmışdı. Firuzə xanım mənə yeni sənəd verdi. Bu vərəqdə qeyd edib ki, pulu yalnız Orxandan tələb edir. Məndən yox. Bu gün də Firuzə xanımın pulu olmadığına görə evindən çıxardırlar. Pulu yoxdu ki, gedib borcunu ödəsin. Qızıllarını lombardda qoydu"

Xəbərlər     Baxılıb: 3517   Tarix: 13 may 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yatmazdan əvvəl çimənlərin nəzərinə! - Mikrobioloq xəbərdarlıq etdi

Bəziləri üçün səhər duş qəbul etmək ayılmaq və təmiz başlanğıc deməkdirsə, digərləri üçün axşam çimdikdən sonra yatağa girmək rahatlığın rəmzidir. nypost-a istinadla xəbər verir ki, ABŞ-də aparılan araşdırmalara görə böyükləri

.

Qadın 140 saat fasiləsiz yemək bişirərək Ginnesin Rekordlar Kitabına düşüb

Onun qeyri-adi bir məqsədi var idi. Avstraliyalı aşpaz Evette Quibia 140 saat 11 dəqiqə 11 saniyə fasiləsiz yemək bişirərək dünya rekordu vurub. xəbər verir ki, Evette əhalinin 30%-nin yoxsulluq həddinin altında yaşadığ

.

Bu şəxslər çiyələk yeməməlidir - SƏBƏB

Yaz fəsli gəldikdə təbii ki, çiyələk bu mövsümün ən sevilən meyvələrindən biridir. Ətri və parlaq qırmızı rəngi ilə insanı özünə çəkən bu giləmeyvə, həmçinin sağlamlıq üçün də bir çox faydalı təsirə malikdir. Tərkibində bo

.

Soyuq duş bədənimizə necə təsir edir?

Soyuq suya məruz qalma təkcə immunitet sistemini gücləndirmir, həm də stressin öhdəsindən gəlməyə kömək edir. -ın xəbərinə görə, həkimlər soyuq duşun sağlamlığa əhəmiyyətli faydalarını qeyd edirlər. Tədqiqatlar göstərir ki

.

2025-ci ildə Yer kürəsini 50-yə qədər maqnit fırtınası gözləyir

2025-ci ildə yüksək Günəş aktivliyi səbəbindən planetimizi 50-yə qədər maqnit fırtınası bürüyə bilər. Bu barədə Rusiyanın Dövlət Maarif Universitetinin fizik mühəndisi Roman Kuçerov xəbərdarlıq edib. xəbər verir ki, onu

.

Varikoz damarlarının qarşısını necə almaq və gecikdirmək olar?

Qadının ayaqları tez-tez diqqət çəkir, amma kişinin ayaqları da göz oxşaya bilər. Ayaqlarınızı belə gözəl və sağlam saxlamaq üçün varikoz damarlarının qarşısını almaq vacibdir. Ayaqları və damarları optimal şəkildə necə qoruma

.

Yeməkdən dərhal sonra yarım stəkan için - Dəyişimə inanmayacaqsınız

Yeməkdən sonra yaranan şişkinlik, qaz və mədə yanması bir çox insanın üzləşdiyi narahatlıqlardandır. Bu problemlər əsasən həzm sistemindəki pozuntular və düzgün qidalanmama vərdişlərindən qaynaqlanır. Bəs şişkinlikdən nec

.

İşdə yediyi qidadan zəhərləndiyini düşünürdü, xərçəng imiş - 13 orqanı çıxarıldı

İngiltərədə yaşayan 39 yaşlı Rebekka Hind nadir rast gəlinən və müalicəsi çətin olan "jele xərçəngi"nə - Pseudomiksoma Peritoneiyə yoluxub. xarici mətbuata istinadla xəbər verir ki, hər şey 2018-ci ildə bir iş yeməyində

.

"Artıq çəkinin fəsadları və düzgün həyat tərzi" adlı konfrans başladı

Bu gün Bakıda "Sağlamlığın Qorunması" ictimai birliyinin təşkilatçılığı ilə "Artıq çəkinin fəsadları və düzgün həyat tərzi" mövzusunda konfrans başlayıb.  xəbər verir ki, konfransın əvvəlində Dövlət Himn

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az gözəllik məhsulları qadın geyimi yaz geyimleri 2025 ud hindi faydalari masin sou xalq təbabəti hakisda qiz evi dovsan bayatılar qizliq perdesi baliq burcu