Əməkdar artistin evində ŞAD GÜNDÜR - FOTOLAR
Milli.Az-a daxil olan məlumata görə tanınmış müğənni, əməkdar artist Mətanət İskəndərli qızı Ülkərə bu gün xınayaxdı mərasimi edir.
Paytaxt restoranlarından birində keçiriləcək xınayaxdıya müğənninin sənət dostu Xatun Əliyeva aparıcılıq edəcək. Müğənni xoş gününə daha bir neçə sənət dostunu dəvət edib.
Qeyd edək ki, Ülkər Türkiyə vətəndaşı olan Enginlə ailə qurur. Müğənninin qızının toyu isə sentyabrın 20-də olacaq. Oktyabrda isə Ülkərin Antalyada oğlan toyu baş tutacaq.