Emin yenidən ailə quracağı ilə bağlı suallara münasibət bildirdi
"Ailə qurmağı planlaşdırmıram".
Star.hit -in verdiyi məlumata görə, Emin Ağalarov hələlik şəxsi həyatı barədə düşünmədiyini deyib.
"Mən hələlik şəxsi həyatım barədə düşünmürəm. Ailə qurmağı planlaşdırmıram. Çünki buna hələlik vaxtım yoxdur. Hələ karyeram barədə düşünürəm. Vaxtımı övladlarımı tərbiyə etməyə və böyütməyə sərf edəcəyəm", - deyə Emin Ağalarov bildirib. Tanınmış müğənni Azərbaycan Prezidentinin qızı Leyla Əliyeva ilə boşandıqdan sonra da yaxşı münasibətdə olduğunu bildirib: "Biz dost münasibətdəyik. Baxmayaraq ki, boşandıq, amma bir-brimizə olan hörməti qoruyub-saxlamışıq".
f Paylaş