Ən faydalı ət
Dovşan əti ən dietik və faydalı ət növüdür.
Milli.Az-ın xarici mətbuata istinadən məlumatına görə, onun tərkibində zülal miqdarı 21 faiz təşkil edir ki, bu göstərici üzrə dovşan əti, hətta toyuq ətini də qabaqlayır.
Mütəxəssislər bildirirlər ki, dovşan əti insan orqanizmi tərəfindən 90 faiz həcmində mənimsənilir. Onun tərkibində digər ət növləri ilə müqayisədə daha çox vitamin və mineral var. Ən böyük üstünlüklərindən biri isə hipoallergen olmasıdır. Buna görə də, dovşan əti xüsusilə kiçik uşaqlar üçün tövsiyə edilir.
Qeyd edək ki, digər ət növlərində zülal və mənimsənilmə göstəriciləri isə belədir:
- Toyuq əti: Zülal - 20-21%, mənimsənilmə - 83-85%
- Hind quşu əti: Zülal - 20-21%, mənimsənilmə - 82-84%
- Dana əti: Zülal - 18-20%, mənimsənilmə - 75-80%
- Mal əti: Zülal - 16-19%, mənimsənilmə - 70-75%
- Qoyun əti: Zülal - 16-18%, mənimsənilmə - 70-75%
- Donuz əti: Zülal - 15-17%, mənimsənilmə - 65-70%
- Balıq əti: Zülal - 16-22% (növündən asılı olaraq), mənimsənilmə - 90-93% /Axşam.az
Milli.Az









Vətən haqqında bayatılar
Arzuolunmaz hamiləlik
Qaravəllilər
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Nigar Camal təcili əməliyyat olundu - FOTO
Yayda ən təhlükəli spirtli içki hansıdır?
Aqil Məlikov əməliyyat olundu
Fədayə Laçın həbsxana həyatından danışdı
Can Kolukısa vəfat etdi
Çətin yuxuya gedənlərdə insult riski çox artır - Diqqət
Qaraciyər sağlamlığı üçün ən faydalı 4 qida