Ən riskli qırmızı ət növü açıqlandı

Ən riskli qırmızı ət növü açıqlandıÜmumdünya Səhiyyə Təşkilatı və qida mühəndisləri qırmızı ət istehlakında sağlamlıq risklərini artıran əsas amilləri diqqətə çatdırıblar. Araşdırmalar göstərir ki, risk ətin növündən çox, onun emalı, saxlanması və bişirilmə qaydası ilə bağlıdır.
Milli.Az xəbər verir ki, ÜST-ün karsinogenlik hesabatlarına əsasən; sucuk, salam, sosiska və bastırma kimi işlənmiş ət məhsulları "ən yüksək riskli" qrupda yer alır. Bu məhsulların yararlılıq müddətini uzatmaq üçün istifadə edilən nitrit və nitrat birləşmələrinin yüksək temperaturda "nitrozamin" kimi zərərli maddələrə çevrildiyi qeyd olunur.
Qida təhlükəsizliyi baxımından ən böyük təhdidlərdən birini nəzarətsiz mühitdə hazırlanan hazır qiymələr yaradır.
Ət çəkilərkən səth sahəsinin genişlənməsi E. coli və Salmonella kimi bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır.
Mütəxəssislər, xüsusilə kütləvi qidalanma yerlərində daxili temperaturu standartlara çatmayan (yaxşı bişməyən) dönərlərdə bakterial yükün kritik səviyyəyə çata biləcəyi barədə xəbərdarlıq edirlər.
Ətin birbaşa atəşlə təması nəticəsində yaranan kömürləşmiş təbəqələrin tərkibində toksik birləşmələrin olduğu bildirilir. Bu səbəbdən əti yandırmadan bişirmək sağlamlıq üçün vacibdir.
Riskləri minimuma endirmək üçün qidalanma mütəxəssisləri aşağıdakı qaydalara əməl etməyi məsləhət görürlər:
Bişmiş çəki ilə həftədə maksimum 500 qram ət istehlak edin.
Ətin daxili temperaturu bakteriyaları öldürəcək səviyyəyə (minimum 70°C) çatmalıdır.
Hazır qiymə almaq əvəzinə, parça ət seçərək yerində çəkdirilməsinə üstünlük verin.
Lalə Qüdrətova
Milli.Az

Xəbərlər     Baxılıb: 1419   Tarix: 11 mart 2026
f Paylaş

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

gözəllik məhsulları adlarin menasi makiyaj etmek qaydalari interyer dizayni hamileliyi pozmaq ucun goyemin faydasi ata ve qiz kosmetika tanisliq xanim.az əfsanələr vidyolar rus dili