Ən yaxşı maskalar hansılardır? - İnfeksionistlə MÜSAHİBƏ

Ən yaxşı maskalar hansılardır? - İnfeksionistlə MÜSAHİBƏBu ay dəfələrlə Azərbaycanda COVID-19-a yoluxmuş şəxslərin sayına görə anti-rekordun təzələndiyini eşitmişik. Son ikiqat anti-rekord 24 noyabrda qeydə alınıb- 3646 yeni koronavirus infeksiyasına yoluxma aşkar edilib, sutkada 34 nəfər xəstəlikdən ölüb. Koronavirusa yoluxanların sayının 10 qat artmasına nə səbəb oldu? Axı sentyabr ayına qədər statistikanı gündə 30 yoluxmaya endirərək vəziyyəti sabitləşdirmək mümkün olmuşdu.
Milli.Az xəbər verir ki, media.az bu mövzuda infeksionist İlahə Vəliyeva ilə söhbətləşib.
- Mövsümi xəstəliklər koronavirusla bağlı vəziyyəti çətinləşdirirmi?
- Mövsümi xəstəliklər gözlənilən idi. Hər il payız-qış dövründə qrip və kəskin respirator virus infeksiyaları ilə qarşılaşırıq. Bunun səbəbi hava şəraitindəki kəskin dəyişiklik, soyuq hava və bədənin viruslara və müxtəlif infeksiyalara qarşı müqavimətinin azalmasıdır.
Çox vaxt hərarətin artması, halsızlıq və ya öskürək kimi hər hansı bir simptom hiss edən insanlar tələsik qərar verərək koronavirusa yoluxduqlarını düşünürlər. Bu həmişə belə olmur. Burada aydın şəkildə fərqləndirmə vacibdir. Xoşbəxtlikdən, indi həm televiziyada, həm də internetdə koronavirus infeksiyası əlamətləri ilə bağlı fəal maarifləndirmə kampaniyası aparılır. Hamı onlarla tanış ola və özündə oxşar simptomların olub-olmadığını anlaya bilər. Bununla yanaşı, ən başlıcası, son bir neçə gündə koronavirus infeksiyasının olduğunu təsdiqləyən insanlarla təmasda olub-olmadığınıza diqqət yetirməkdir. Bu, həlledici rol oynayır.
- Xəstəliyin ikinci dalğası gözlənilirdi? Yoxsa bu birincisinin davamıdır?
- Mən buna ikinci dalğa deyə bilmərəm. Axı ikinci dalğanın başlaması üçün birinci dalğa bitməyib. Sadəcə, yay aylarında koronavirusa yoluxanların sayının azalması ilə insanlar arxayınlaşdılar, səhvən pis vəziyyətin geridə qaldığını hesab edərək maska ​​taxmağı dayandırdılar və sosial məsafəni qorumadılar. Bütün bunlar bugünkü vəziyyətimizə gətirib çıxardı.
İnsanların ev şəraitində özlərini sağaltmağa çalışması da burada rol oynadı. Əgər çoxları ilk simptomları hiss edən vaxt həkimə müraciət etsəydilər, vəziyyət bu qədər pisləşməzdi. Hətta bəzən insanlar başqa xəstəyə yazılan reseptdən də istifadə ediblər. Bu qətiyyən olmaz, çünki həkim resept yazarkən həm müşayiət olunan xəstəlikləri, həm də xəstəliyin gedişatının ağırlığını nəzərə alır.
- Yəni, koronavirus peyvəndinin hazırlanmasından əvvəl nəsə etmək mümkün deyil?
- Kütləvi peyvəndləməyə qədər yalnız sanitar və gigiyenik standartlara riayət etmək lazımdır, başqa çıxış yolu yoxdur. Yəni, əllərin müntəzəm dezinfeksiyası olmadan, maska ​​rejiminə əməl etmədən və sosial məsafəni qorumadan, koronavirus infeksiyasına qarşı hər hansı bir mübarizə effektsizdir. Yeri gəlmişkən, hər kəsi cərrahi maskalara üstünlük verməyə çağırıram, çünki parça maskalar o qədər də effektli deyil. İnsanların sıx toplaşdığı yerlərə getməkdən çəkinmək də çox vacibdir.
- Ölkəmiz doqquz aydır koronavirusla mübarizə aparır. Bu müddət ərzində virus necə dəyişdi?
- Əlbəttə ki, bu qədər uzun müddətdə koronavirus mutasiyaya uğrayıb. Hər şeydən əvvəl uşaqlar daha həssas olublar, onlar risk qrupuna aid olmağa başlayıblar. Bunun səbəbi virusun mutasiyaya uğramasıdır. Uşaqlar xəstəliyi fərqli şəkildə keçirməyə başlayıblar. Eyni zamanda, onlar immun sistemlərinin xüsusiyyətlərinə görə ümumiyyətlə tez sağalırlar. Xəstəliyi simptomsuz keçirən uşaqlar virusu daşımaqda davam edirlər və çox sayda insanı yoluxduraraq infeksiyanın yayılmasına səbəb olurlar. Buna görə də uşaq bağçalarının və məktəblərin bağlanmasını koronavirusla mübarizədə vacib bir addım hesab edirəm. Axı, əksəriyyət əvvəlki kimi xəstəliyi simptomsuz keçirir. Koronavirusun məkrliliyi və cəmiyyət üçün təhlükəliliyi özünü məhz bunda büruzə verir.
- Sosial şəbəkələrə görə, hələ də cəmiyyətimizdə koronavirusu qiymətləndirməyən və ya buna heç inanmayan bir çox insan var. Sizcə bu niyə baş verir və bununla necə mübarizə apara bilərik?
- Siz tamamilə haqlısınız. Davamlı olaraq koronavirusa inanmayanlarla qarşılaşıram. Məndən bu xəstəliyin həqiqətən olub-olmadığını soruşurlar. İnsanlar yalnız özləri, dostları və ya qohumlarından biri xəstələnənə qədər bunu yanaşı xəstəlikləri olanlar üçün təhlükə yaradan adi virus xəstəliyi hesab edirlər.
Burada maarifləndirmə mühüm rol oynayır, bu istiqamətdə işi davam etdirmək vacibdir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1838   Tarix: 27 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

turlar.az

geyim necə seçməli qis geyimləri 2026 toy makiyaji sekilleri azerbaycan xalq mahnilari adlari pnevmoniya xesteliyi gül buketləri metbex kosmetika qizlar hakista sozler balıq vətənə aid atalar sözləri aydin sani