Endokrinoloq əhvalı yüksəldən qidaları sıraladı: "Bir boşqab xoşbəxtlik

Endokrinoloq əhvalı yüksəldən qidaları sıraladı: Bizim əhvalımız əsasən hormonal səviyyələrdən asılıdır. Bəzi qidalarda sinir sisteminin normal fəaliyyəti üçün lazım olan maddələr var.
Endokrinoloq Dilyara Lebedeva əhval-ruhiyyəni yaxşılaşdıran əsas qida mənbələrindən danışıb.
O, təbii anti-stress maddələrin adlarını açıqlayıb və onları əldə edə biləcəyiniz qidaları sadalayıb.
Milli.Az medicina.az-a istinadən endokrinoloqun "bir boşqab xoşbəxtlik" düsturunu təqdim edir:
Asetilkolin
Bu, noxud, ispanaq, yumurta sarısı, balıqda var. Asetilkolin əsəbləri sakitləşdirir və heç nə yolunda getməyəndə belə güc verir.
GABA (qamma-aminobutirik turşu)
Əsasən pomidor, ispanaq, çay və qarabaşaq yarmasının tərkibində olur. Bu məhsullar stresi aradan qaldırmağa və yuxunu yaxşılaşdırmağa kömək edir.
Dopamin
Siz banan, avokado, alma və qozun köməyi ilə əhval-ruhiyyəyə birbaşa təsir edən bu hormonun istehsalını stimullaşdıra bilərsiniz.
Serotonin
Bu hormonu çiyələk, kivi, ananas və əlbəttə ki, şokolad yeməklə əldə etmək olar.
Qidalanma mütəxəssisi və tibbi psixoloq Yelena Morozova isə bu məqamda çox mühüm bir məsələyə toxunub. O qeyd edib ki, bir çox insan tez bir zamanda əhval-ruhiyyəsini yaxşılaşdırmaq üçün şəkər tərkibli qidalara, şirniyyatlara üz tutur. Ancaq tort, kruasan, keks kimi şirniyyatlarla xoşbəxt olmağa çalışmaq böyük səhvdir.
"Məsələ burasındadır ki, şəkərin psixoloji asılılıq yaratma qabiliyyəti var. Nə qədər tez-tez şirniyyat yeyiriksə, bir o qədər çox asılılıq yaranır. İnsan psixoloji tələyə düşür: şəkərsiz yaxşı hiss edə bilmir və daim öz istəyinə təslim olmaqla əhvalını pisləşdirəcək amilləri artırır. Həm çəkisi artır, həm də sağlamlığı korlayır. Bütün bunlar barəsində düşünəndə isə kədərlənib yenidən şirniyyata sığınır".
Odur ki, mütəxəssislər şəkər ehtiyyacını ancaq təbii şəkər mənbələri ilə qarşılamağı məsləhət görürlər.
Milli.Az

Xəbərlər     Baxılıb: 1344   Tarix: 14 iyul 2024
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

turlar.az

sac duzumleri qadin dunyasi geyim necə seçməli bürclər xanımlar yay paltarlari 2026 badimcan tursusu hazirlanmasi kosmetika hakisda bayatı hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz atalar sozu novruz haqistalari