Ənənəvi, yoxsa elektron siqaretlər daha çox zərərlidir? - Professordan AÇIQLAMA

Ənənəvi, yoxsa elektron siqaretlər daha çox zərərlidir? - Professordan AÇIQLAMASon vaxtlar elektron siqaretdən istifadə edənlərin sayı artıb. Əvvəllər mağaza piştaxtalarında az görünən bu tip siqaretlərə indi qəzet köşklərində, market və hətta aksesuar satılan dükanlarda belə rast gəlinir.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, lakin bəzi ölkələr elektron siqaretlərin idxalını və satışını qadağan edib. Azərbaycanda da ötən ay qanunverici orqanda bu məsələ müzakirə olunub, deputatlar elektron siqaretlərin ölkədə istifadəsinin qadağan edilməsinin tərəfdarı olduqlarını bildiriblər.
Bəzi deputatlar isə adi siqaretin elektron siqaretdən daha çox zərər verdiyini bildiriblər.
Bəs elektron siqaretlər haqqında deyilənlərin hansı doğrudur? Ənənəvi, yoxsa elektron siqaretlər daha çox zərərlidir?
Mövzu ilə bağlı Bizim.media-ya danışan professor Adil Qeybulla deyib ki, elektron siqaret insanı tütün asılılığından azad eləmir:
"Elektron siqaret ideyası keçən əsrin 70-ci illərində ortaya çıxdı. Uzun müddət müzakirə mövzusu oldu, yalnız keçən əsrin sonunda kütləvi istehsala buraxıldı. Elektron siqaretlərdə istifadə olunan nikotinin miqdarı ilə adi siqaretdəki nikotinin miqdarı, demək olar ki, bir-birinə bərabərdir. 
Siqaret asılılığını yaradan nikotindir. Ona görə də elektron siqaret qətiyyən siqaret asılılığını həll etmir. Elektron siqaretdə istifadə olunan aromatik maddələrə gəldikdə isə həmin maddələrin özlərinin də kanserogen təsiri var. Yəni elektron siqaretlər faktiki olaraq adi siqaretlərdən öz zərərinə görə elə də geri qalmırlar".
Həkim hesab edir ki, insanları maarifləndirmə ilə bundan çəkindirmək mümkündür:
"Elektron siqaretlərin bu gün kifayət qədər geniş yayılması, onun insan orqanizminə zərəri ilə bağlı maarifləndirici tədbirlər aparılmalıdır. Hansısa administrativ tədbirlər nəticə vermir, insanlar onda gizli yolla bunu əldə edirlər. Ancaq siqaretlərin üzərində aparılan tədqiqatların nəticələrini əhaliyə elan etdikcə, maarifləndirmə apardıqca onlar ona daha çox diqqət edib, nəticə çıxararlar"
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1043   Tarix: 09 may 2024
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

kosmetik vasiteler sac duzumleri yay geyimləri 2026 qaragatin faydasi hicab baglama qaydasi varikosel sizanaqlara qarsi uz maskalari kosmetika usaq seirleri gulmeli hakista statuslar bahar