Enerji içkisi sevənlər oxusun
"Enerji içkiləri tərkibindəki yüksək kofein səbəbindən yuxusuzluğa yol açmaqla yanaşı, insan orqanizmində gözlənilməz və ciddi fəsadlara da səbəb ola bilər".
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri stomatoloq Antonio Longo deyib.
Həkimin sözlərinə görə, enerji içkiləri ağız boşluğunun turşuluq (pH) balansını pozur və tüpürcək bunu dərhal bərpa edə bilmir. Zaman keçdikcə bu proses diş minasının zədələnməsinə, dişləri fırçalayarkən kəskin narahatlığa və soyuğa qarşı həssaslığın artmasına səbəb olur.
A. Longo əlavə edib ki, bu içkilərin tərkibindəki kofein insanlarda təkcə yuxusuzluq deyil, həmçinin, ürəkbulanma və qarın ağrısı, ishal, narahatlıq, əsəbilik və qıcıqlanma kimi halları yaradır.
Digər mütəxəssis, Dr. Pablo Turrion isə enerji içkilərinin yan təsirlərinə qarşı xüsusilə həssas olan qrupları açıqlayıb.
O bildirib ki, bəzi insanların bu içkilərdən tamamilə uzaq durması şərtdir:
"Hamilə və südverən qadınlar, yeniyetmələr, ürək-damar xəstəliklərindən əziyyət çəkənlər və xroniki yuxu pozğunluğu olan şəxslər enerji içkilərinin zərərli təsirlərinə qarşı ən müdafiəsiz qrupdur".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)









Hakışta
Seks zamanı kişiləri dəlicəsinə ehtiraslandırmağın yolları
Astroloji proqnoz - 20 iyul
Anal seksin qadın orqanizmi üçün ziyanı və xeyiri
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda ilan görmək görün nəyə işarə edirmiş?!
Bürclər haqqında qısa və ən lazımlı məlumatlar
Xınayaxdı üçün HAKIŞTALAR
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Qızlıq və ya bakirəlik pərdəsinin yırtılması haqqında
Qadınları orqazma çatdıran 7 seks pozası
Vətən və el haqqında atalar sözləri