"Ərim utanır yanıma gəlməyə..." - Dəbdəbəli həyat yaşayan məhkum qadın/VİDEO+FOTOLAR

"Qaynanam həbsə düşdüyümə görə sevinir, ərimi evləndirmək istəyir"

ARB TV-nin "Rezonans" verilişində bu dəfə tamahı ucbatından 6 ildir ki, məhbus həyatı yaşayan Ülkər Qədirova həyat hekayəsini danışıb.

Məhbus xanım kasıb ailədə böyümədiyini bildirib:

"Ziyalı ailədə doğulmuşam. 1 bacı, 1 qardaşım var. Anam həkimdir. Atam da yüksək vəzifələrdə işləyib. Həyat yoldaşımla təsadüfən tanış olmuşuq. Anası ilk gündən məni istəmədi. Qaynanam indi çox sevinir ki, mən içəridəyəm. 5-6 aydır ki, onunla danışmıram. Evim də olub, maşınım da. Həyatım çox yaxşı olub. Atamın bir əli mənim üstümdə olub. Amma tamah mənim evimi yıxdı".

Bir tanışı hüquq sahəsində çalışan Ülkərə işə düzəltmək üçün vasitəçilik etməyi söyləyib, o da razılaşıb:

"O adam mənə dedi ki, Ülkər xanım, adam ver mənə, işə düzəldək. Mən də hazırlayıb verdim. Gördüm ki, hər uşaqdan mənə yaxşı pul qalır. Uşağımın xərcləri, benzinimin pulu çıxırdı. Hər adama görə 3000 manat pul almışam. Bir müddət sonra göndərdiyim adamları işə düzəldəni işdən çıxartdılar. Onun yerinə gələn şəxs bizim adamları yoxlamağa başladı. Bizim adamları bir-bir işdən çıxartmağa başladılar. Məndən şikayət edənlər də oldu, etməyənlər də".

Ona verilən hökm övladının ad günündə oxunub:

"55 dəfə məhkəməyə çıxdım. Mənə verilən cinayət hökmü övladımın ad günündə oxundu. Ata mülküm buraya çox yaxındır. Küçənin o biri tayındadır. Ata mülkündən hər çıxanda buranın qarşısından keçirdim. Hər dəfə buradan keçəndə deyirdim ki, Allah uzaq eləsin".

O, anasını uzun illərdir görmədiyini bildirib:

"Mənə 11 il cəza müddəti veriləndə anam iflic oldu. Vaxtından tez pensiyaya çıxdı. Vəziyyət çox pis idi, mənə demirdilər. Anamla telefonda danışdım. Dedim ki, mənə görə oldun belə? Dedi ki, yox. Dedim ki, yox, mənə görə olmusan belə. 5 ildir ki, onu görmürəm. Atamdan çox xahiş elədim ki, gətir onu, bir dəfə görüm. Mən anamın əməliyyatında onun başının üstündə ola bilməmişəm. Özümü çox günahkar hiss edirəm. Ən böyük zərbələri vaildeynlərimə yetirmişəm. O dünyada da cavabını verə bilməyəcəm".

6 ildir ki, həbsxana həyatı yaşayan qadın həyat yoldaşının onu ziyarətə gəlmədiyini söyləyib:

"Atam dalımca gəlir. Anamı qoymur, bacımı da qoymur. Onlarla telefonda danışıram, şəkillərini görürəm. Həyat yoldaşım tutulsaydı, mən onu tək qoymazdım, bu qapının ağzından əl çəkməzdim. Amma o utanır buraya gəlməyə. Deyir ki, mən necə gəlim buraya, qrup yoldaşım qapıda işləyir. Deyir ki, dostum mənə sual verir ki, sən buraya kimin yanına gəlmisən? Cəmi 2 dəfə yanıma gəlib. Qaynanam həyat yoldaşımı evləndirmək istəyir. Efirdən onlara deyirəm ki, xoşbəxt olsun, oğullu-uşaqlı olsun. Mənimki onunla tutmayacaq, çünki mən dustaq həyatı yaşamışam. 2 uşağım qaynanamdadır. O, uşaqlara deyir ki, pis ananız cinayətkardır. Uşaq telefonda mənə deyir ki, ana, sən cinayətkarsan? Böyük oğluma isə valideynim baxır. O, hər 8 Mart günündə mənə hədiyyələr gətirir. Deyirəm ki, bu hədiyyələri necə almısan? Deyir, babamın verdiyi pulları 4 ay yığıb almışam hədiyyəni. O biri uşaqlarımı da alacağam".

Ülkər Qədirova həbsxanada keçən həyatından danışıb:

"Çox kitab oxuyuram, teleseriallara baxmıram. Həyətdə tək gəzirəm. Azadlığı dəhşətli dərəcədə gözləyirəm. Mən dünənə kimi geyim, qızıl, var-dövlət xəstəsi idim, amma indi yox. Amma yaxşı ki, buraya düşdüm, gözüm açıldı. Nə vaxt qapım açılsa, uşaqlarımı bir yerə yığıb, valideynlərimin yanında qalacağam".

"Ərim utanır yanıma gəlməyə..." - Dəbdəbəli həyat yaşayan məhkum qadın/VİDEO+FOTOLAR"Ərim utanır yanıma gəlməyə..." - Dəbdəbəli həyat yaşayan məhkum qadın/VİDEO+FOTOLAR"Ərim utanır yanıma gəlməyə..." - Dəbdəbəli həyat yaşayan məhkum qadın/VİDEO+FOTOLAR"Ərim utanır yanıma gəlməyə..." - Dəbdəbəli həyat yaşayan məhkum qadın/VİDEO+FOTOLAR"Ərim utanır yanıma gəlməyə..." - Dəbdəbəli həyat yaşayan məhkum qadın/VİDEO+FOTOLAR

Maraqlı     Baxılıb: 12387   Tarix: 08 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

31 yaşlı xanım prorektor təyin olundu - Nazirdən əmr

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) yeni prorektor təyin olunub. xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, Nigar Adilova ali məktəbin Beynəlxalq əlaqələ

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

.

Nəsibə Hüseynova vəfat etdi - FOTO

Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri doktoru, professor Nəsibə Ağa İsmayıl qızı Hüseynova vəfat edib.  xəbər verir ki, Nəsibə Hüseynova 1970-1992-ci illərdə ATU-nun Müalicə-profilaktika fakültəsinin Uşa

.

Bu institutlar birləşdiriləcək - 2 yeni elmi müəssisə yaradılacaq

Ölkə başçısının "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" müvafiq sərəncamın

.

Qaravəllilər

Qaravəlli - nağıllar başlarkən söylənilən və nəzm şəklində olan kiçik müqəddimədir. Məsələn:. Hamam, hamam içində,. Xəlbir saman içində. Dəvə dəlləklik eylər. Köhnə hamam içində. Qarışqa şıllaq atdı,. Dəvənin budu batdı

.

Çinlilər balığın genini dəyişdirib sümüksüz etdilər

Çin alimləri demək olar ki, sümüksüz sazan balığı növü yetişdiriblər. xəbər verir ki, Çin Elmlər Akademiyasının tədqiqatçıları gen redaktəsi texnologiyasından istifadə edərək sazan balığında çoxsaylı xırda sümükləri arada

.

Kişiləri ehtiraslandıran sözlər

Cinsi əlaqə zamanı sadəcə gözə xoş gələn, seksi alt paltarları, geyimlər, parfüm kimi nüanslar kişini başdan çıxarmağa bəs etməyə bilər. Əlbəttə, bunların da çox böyük önəmi var amma qulağa xoş gələn, onları dəli edən sözləri

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

.

Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər

Alimlər təxminən 315 min il əvvəl yaşamış erkən Homo sapiens nümayəndəsinin üz cizgilərini rəqəmsal üsulla bərpa ediblər. xəbər verir ki, söhbət Mərakeşdə yerləşən Jebel Irhoud arxeoloji ərazisindən aşkar olunan insan fosillərində

turlar.az

qadin dunyasi makiyaj etmek qaydalari qis geyimləri 2026 dolu xanimlar ucun donlar bayatilar atalar sozleri elme aid vannalar kosmetika vətən haqqında atalar sözləri kokelmek rus dilini öyrənək 2 ci dərs hakista sozler novruz bayramına aid hakıştalar