Ərzaq böhranı davam edəcək - ekspertdən xəbərdarlıq

Ərzaq böhranı davam edəcək - ekspertdən xəbərdarlıqUkrayna, Rusiya, Türkiyə və Birləşmiş Millətlər Təşkilatının İstanbulda Ukraynanın Qara dənizdən taxıl ixracını bərpa etməsini nəzərdə tutan Saziş imzalaması buğdanın dünya bazarında qiymətinə təsirsiz ötüşməyib.
Bunu millət vəkili, iqtisadçı alim Vüqar Bayramov deyib.
O bildirib ki, sazış imzalandıqdan sonra Birləşmiş Ştatlarda fyuçer müqavilələrində buğda 3 faiz dəyər itirərək, hər buşeli 786 dollara təklif olunub. Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi buğdanın qiymətini rekord səviyyəyə - 1 300 dollaradək yüksəldib.
Ukraynanın Qara dənizdən ixracatı bərpa etməsi taxıl böhranını aradan qaldıracaqmı? Yeni saziş Azərbaycanda buğda idxalına necə təsir göstərəcək?
V.Bayramov qeyd edib ki, belə bir anlaşmanın İstanbulda imzalanması Türkiyənin regional və artıq qlobal məsələlərə təsir imkanlarının gücləndiyini göstərir: "Qardaş ölkə regional problemlərin çözülməsində xüsusi söz sahibliyinə malikdir. Taxıl ixracatının bərpa olunması buğdanın qiymətlərinə təsir etsə belə, bu, taxıl böhranının fundamental həlli anlamına gəlmir. Hələ Ukrayna müharibəsindən öncə də dünya bazarında taxılın qiymətində artımlar var idi. Artan tələbi azalan istehsal ödəyə bilmirdi və bu disbalans yenə də qalmaqdadır.
Təbii ki, son anlaşma qlobal aclıq riskini xeyli zəiflətdi. Xüsusən də bu, Şimali Afrika və Yaxın Şərqdə ərzaq təminatı baxımından vacib anlaşma idi. Bununla belə, müharibə səbəbindən bu il Ukrayna çox az sahədə ilkin şumlama apara bilib və taxıl əkini sahələrinin kəskin azalacağı gözlənilir. Bu isə o anlama gəlir ki, gələn il də qlobal ərzaq böhranı əsas gündəm olaraq qalacaq. Rusiya fərqli səbəblərdən taxıl ixracatını məhdudlaşdırıb. Sözügedən bu 2 ölkə dünyada taxıl ixracatının 30 faizini formalaşdırır və onlardan birinin bazardan çəkilməsi təklifə ciddi təsir göstərir".
Millət vəkilinin sözlərinə əsasən, Azərbaycan Rusiya-Ukrayna müharibəsindən öncə taxıl ehtiyatlarını artıran ölkələrdəndir:
"Yalnız bu ilin yanvar ayında taxıl idxalımız 4 dəfə artmışdı. İdxal daha çox Qazaxıstandan həyata keçirilmişdi. Son saziş ölkəmiz üçün də yeni idxal imkanları yarada bilər, baxmayaraq ki, Qara Dənizdən ixrac ediləcək taxılın əsas alıcıları başqa qitələrdə yerləşir.Təbii ki, ən uyğun yol idxaldan asılılığın aradan qaldırılmasıdır. 2021-ci ildə ölkədə 595 min hektar ərazidə buğda əkilib. Praktik olaraq əkin sahələrinin 38 faizi buğda əkini üçün istifadə edilir. İllik buğda istehsalı isə 1,9 milyon tondur və son illər istehsalda cüzi olsa da, artımlar müşahidə edilməkdədir. İşğaldan azad olunan ərazilərimizin də buğda istehsalına xüsusi töhfə verəcəyi gözlənir. Artıq daha çox yerli ərzaq istehsalı güclü ərzaq təhlükəsizliyi anlamına gəlməkdədir".
Milli.Az

Xəbərlər     Baxılıb: 1204   Tarix: 28 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

qadin dunyasi adlarin menasi qis geyimləri 2026 zoğalın faydaları baliq qulagi dan el isleri morugun faydalari azerbaycan xalq mahnilari adlari kosmetika qurd xəstəliklərinə qarşı mualicə nağıllar vetene aid bayatilar uşaq nece olur gülməli hakıştalar