Əsgərlərimizə təcili baş çəkilməli, onların vəziyyəti ilə bağlı məlumat verilməlidir - TƏLƏB

Əsgərlərimizə təcili baş çəkilməli, onların vəziyyəti ilə bağlı məlumat verilməlidir - TƏLƏBAzərbaycan əsgərinin əlverişsiz hava şəraiti və görmə məsafəsinin məhdudlaşdırılması səbəbindən Ermənistana əsir düşməsi və ona olmazın işgəncələr verilməsi kadrları gündəmin əsas mövzusu olaraq qalır. Erməni daşnakların törətdikləri vəhşilik faktı qardaş Türkiyə mediasında, ictimai dairələrində də hiddət doğurub. İğdırda fəaliyyət göstərən Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyi Ermənistanı sərt şəkildə qınayıb. Bildirilir ki, Ermənistan mətbuatının yaydığı foto və videolar Azərbaycan əsgərlərinə beynəlxalq hüquq sənədlərinə zidd olaraq işgəncələrə və qeyri-insani rəftara məruz qaldığını əyani şəkildə sübut edir. Belə ki, yayılan videoda Azərbaycan əsgərlərinin əlləri bağlı halda döyüldüyü, təhqir edildiyi açıq-aydın görünür. Bu fakt göstərir ki, Ermənistan Cenevrə Konvensiyası, İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzalara qarşı Konvensiya və digər mühüm beynəlxalq qaydalar üzrə öhdəliklərini yerinə yetirməyib və bu prosesdə, azərbaycanlılara qarşı geniş yayılmış etnik nifrət və irqi ayrı-seçkiliyin bariz sübutudur.
Əsgərlərimizə təcili baş çəkilməli, onların vəziyyəti ilə bağlı məlumat verilməlidir - TƏLƏBO da qeyd edilir ki, sözügedən zorakılıqdan əlavə, Ermənistanın son 30 ildə azərbaycanlı hərbi və mülki məhbuslara, 3890 itkin düşməsinə qarşı tətbiq etdiyi zorakılıq müvafiq beynəlxalq təşkilatlar tərəfindən araşdırılmalı və düzgün hüquqi qiymət verilməlidir. Biz birlik olaraq bu cinayəti qətiyyətlə pisləyir və beynəlxalq ictimaiyyəti Ermənistan hökumətinin və cinayətkarların əməllərinə hüquqi qiymət verməyə, yolunu azmış Azərbaycan əsgərlərinin dərhal və qeyd-şərtsiz azad edilməsini təmin etməyə çağırırıq.
Sonda Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistandakı nümayəndəliyindən xahiş edilir ki, Ermənistanın nəzarəti altında olan ərazilərdə Azərbaycan əsgərlərinə təcili baş çəkib onların vəziyyəti ilə bağlı məlumat versinlər. Biz dünya ictimaiyyətini bu fakta biganə qalmamağa və Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn öhdəliklərini yerinə yetirməyə qətiyyətlə dəvət edirik.
Azər Nuriyev
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1090   Tarix: 18 aprel 2023
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

turlar.az

sade makiyaj sekilleri qadin sayti toy makiyaji sekilleri soz ehtiyati artirmaq pomidorun ziyani goyemin faydasi uşaq psixologiyası kosmetika vətən haqqında atalar sözləri həsən bəy zərdabi gulmeli hakista baldiz arxadan olmag