Əslində bunları yanlış bilirik

Əslində bunları yanlış bilirikBəzi insanlar üçün mətbəxdə bir-birindən ləziz yeməklər hazırlamaq xoşbəxtlik mənbəyidir. Bu halda çox diqqətli olmaq lazımdır. Yemək bişirərkən və yeyərkən etdiyimiz bəzi xətalar onun qida dəyərinin yəni vitamininin azalmasına səbəb ola bilər. Bəs bu qidaları necə və hansı formada qəbul etməliyik?
Milli.Az axşam.az-a istinadən qida qəbulu zamanı düz olduğunu bildiyimiz, əslində isə yalnış olan qaydaları təqdim edir:
1.Meyvə və tərəvəzlərin qabığını soymaq olmaz!
Çünki bir çox meyvə və tərəvəzin vitamini qabığının içərisində yerləşir. Bu qabıqlarda vitaminlə yanaşı, sümük lifləri üçün faydalı maddələr də var. Buna görə də, qabıqlı formada yeyilə bilinəcək meyvə və tərəvəzlərin qabığı soyulmamalıdır. Lakin onları o cür yemək üçün bol miqdarda su ilə yumaq lazımdır ki, üzərində dərman qalmasın.
2. Meyvə və tərəvəzlər uzun müddət suda qalmamalıdır!
Bu kateqoriyaya daxil olan meyvə və tərəvəzlər arasında tut, çiyələk və ispanaq var. Onlar incə və həssas təbəqəyə malik olduğundan, suda uzun müddət qalanda tərkibindəki vitamin azalır. Bu cür meyvə və tərəvəzlər qısa müddət ərzində axar su ilə yuyulmalıdır.
3.Yaşıl yarpaqlı tərəvəzələri suda bişirmək olmaz!
Göyərti yeməyi olan ispanaq nə qədər çox suda bişərsə, bir o qədər vitaminini itirir. Çuğundur və ispanaq kimi tərəvəzlərin tərkibində yüksək miqdarda su olur. Yaşıl yarpqalı tərəvəzlər mümkün olduqca su əlavə edilmədən bişirilməlidir.
4.Yeməyi uzun müddət bişirmək olmaz!
Meyvə və tərəvəzlər bişirilərkən tərkibindəki B və C vitaminləri itir. Tərəvəzləri mümkün olduqca qısa müddətdə bişirmək lazımdır. Bu zaman vitamin itkisi demək olar ki, olmur.
5. Tərəvəz qaynadılan suyu tökmək olmaz!
Qaynamış, ya da bişmiş tərəvəzin suyunu tökmək olmaz. Tərəvəz suyunun tərkibi C və B2 vitaminləri ilə zəngin olur. Buna görə də onun suyunu sup, sous və digər yeməklər üçün istifadə edə bilərsiniz.
6. Yumurtanı uzun müddət bişirmək olmaz!
Yumurta vitaminlə zəngin qida mənbəyidir.Tərkibində yüksək miqdarda protein dəyəri olan yumurtanı bərkiyənə qədər bişirməyin. Bu zaman yumurtanın tərkibindəki dəmir yetərincə qalmır. Lakin yumurtanı çiy yemək də olmaz. Normal olaraq onu 4-7 dəqiqə qaynatmaq məsələhət görülür.
7. Meyvə və tərəvəzləri nazik-nazik doğramaq olmaz!
Meyvə və tərəvəzlərin vitaminini və keyfiyyətini azaldan amillər isti, oksigen və işıqdır. Meyvə və tərəvəzlərin içərisi işıq və oksigendən qorunur. Kəsildikdə isə o əvvəlki təravətini itirir. Tərəvəz və meyvəni nə qədər nazik doğrasaniz o qədər vitaminini itirəcək. Onları böyük və qalın formada doğramaq lazımdır. Daha sonra sərin və qaranlıq yerdə saxlayaraq istifadə edə bilərsiniz.
8. Yuyulmuş və təmizlənmiş meyvə və tərəvəzlərin suyunu atmaq lazımdır!
Bu suyu saxlamaq olmaz. Suyu sıxılan meyvə və tərəvəz işıq və oksigenlə təmas etdiyindən içərisindəki vitaminlər yox olur. Belə olan halda meyvə və tərəvəzi bütöv halda doğramadan yesəniz daha yaxşı olar.
9. Paxlalı tərəvəzləri süd məhsulları ilə istehlak etmək olmaz!
Mərci, noxud, lobya kimi tərəvəzləri süd məhsulları ilə yedikdə dəmir azalır. Çünki paxlalı tərəvəzlərdə böyük miqdarda dəmir olur. Belə qidalar daha çox bibər və limonla yeyildikdə bədəndə dəmiri artırır.
10. Tərəvəzləri uzun müddət plastik torbada saxlamaq olmaz!
Tərəvəzlərin də hava almağa ehtiyacı var. Buna görə də, onları saxladığınız plastik torbalarda müəyyən dəliklər açaraq hava ilə təmasını təmin etmək lazımdır. Daha yaşı olardı ki, tərəvəzləri setka torbalarda saxlayasınız. Bu  onların yaxşı hava qəbul etməsini təmin edəcək. Tərəvəzlərin hamısını bir torbada saxlamaq olmaz. Bu zaman daha tez xarab ola bilərlər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1746   Tarix: 21 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

sade makiyaj sekilleri qadin dunyasi yaz geyimleri 2026 silikon dodaq toy ucun dizayn qara qarağat 2026 qadın ayaqqabı modelləri kosmetika haxisdalar faydalı məsləhətlər paxlava masqalar gozde olar