Ət yeyilməsindən tam imtina etmək düzgün deyil

Ət yeyilməsindən tam imtina etmək düzgün deyilHər kəs hər gün olmasa da, həftə ərzində bir və ya bir neçə dəfə ət və ya ət məhsullarından istifadə edir. Milli mətbəximizin tanınmış qidaları arasında ətsiz xörək tapmaq çətindir.
Son dövrlərdə ət və ya ət məhsullarından könüllü olaraq imtina edənlərin da sayı artıb. Hazırda vegetarian və ya veqan olmaq bir növ dəbə minib. Vegetarian dedikdə ət məhsullarından imtina edib öz rasionunda bitki mənşəli qidalara üstünlük verənlər nəzərdə tutulur.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Tibb Universitetinin qidalanma və kommunal gigiyena kafedrasının müdiri İbrahim Əhmədovun dediyinə görə, vegetarianlıq inkişaf edən orqanizm üçün, daha dəqiq desək, uşaqlar və gənclər üçün əlverişli deyil: "Çünki onlarda böyümə və inkişaf, bədənin formalaşması prosesi gedir. Müəyyən patologiyalar zamanı ondan tam imtinadan yox, bəzi qidaların məhdudlaşdırılmasından, pəhriz qidalanmasından istifadə etmək daha düzgündür. Əgər kiminsə ateresklerozu, yaxud arterial hipertoniyası varsa, onun ət və ət məmulatlarından çox istifadə etməsi düzgün deyil. Ət yeyilməsi vacibdir, çünki onun orqanizmin immunitetinin formalaşmasında, parçalanan, məhv olan hüceyrələrin yerini doldurmaqda onun böyük əhəmiyyəti var. Ət və ət məmulatlarından birdəfəlik imtina etmək düzgün deyil, çünki onun tərkibində olan maddələr bitki mənşəli məhsullarda yoxdur və ya çox cüzidir. Xüsusilə onların tərkibində olan amin turşuları orqanizmi zülallarla təmin edir".
Lakin bununla birlikdə qidalanma zamanı meyvə, tərəvəz və ağartı məhsullarından istifadə etmək tövsiyə olunur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1606   Tarix: 20 mart 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

turlar.az

aksessuarlar makiyaj instagram yay geyimləri 2026 ayaq sismesi daginiq skleroz mualicesi sirin qiz statuslari dolmalar kosmetika olumu namiq qaraçuxurlu seksual novruz hakısdası badambura