Ətir almazdan əvvəl bu yazını OXUYUN

Ətir almazdan əvvəl bu yazını OXUYUNHər kəs ətir vurur. Amma hər kəs ətirdən düzgün formada istifadə edirmi? Aile.lent.az ətirdən doğru istifadə qaydaları ilə sizi tanış edir.

"Eau de Toilette" nədir?

Spirt faizi daha çox, ətir faizi az olan ətirlər kateqoriyasıdır. Tərkibinə 4-10% arası ətir daxildir. "Eau de Toilette"i paltara sıxmaq daha yaxşı nəticələr verəcək. 1,5 metrlik sahəyə qədər qoxu yaya bilən Eau de Toilette yazda istifadə üçün çox uyğundur. Saçlara da vurula bilər. Lakin ətri sıxıb sonra günəşə çıxmaq həm dəri, həm də saçlar üçün zərərli olacaq. Çölə çıxmadan 15 dəqiqə əvvəl ətir vursanız, belə bir problemlə qarşılaşmazsınız.

"Eau de parfum" nədir?

Əsas faizi ətir, spirt faizi daha az olan ətirlər kateqoriyasına aiddir. 8-15% arası ətir tərkiblidir. Əsasən markalar arasında ən çox seçilən kateqoriyadır.

Parfum nədir?

Digər ətir növlərinə nisbətən daha az tapılır. Tərkibində 15-25% arasında ətir olur. Digər növlərlə müqayisədə ən qalıcı ətirdir. Qulaq arxasına, biləklərə, boyuna bir neçə damcı vurmaq kifayətdir.

"Eau de Colonge"

Ətirlər arasında nadir seçilən növdür. 2-5% arası ətir sıxlığı baxımından yayda istifadəsi uyğundur.

"Eau Fraiche" (Fresh) nədir?

"Eau Fraiche" ətir kateqoriyasındakı ən uçucu ətir faizinə malikdir. Brendlər yay aylarında "fraiche"ləri bazara bu səbəbdən çıxarır. Tərkibində 3% və ya daha az ətir var. Duşdan sonra istifadəsi daha təsirli olur.

Ətir seçimində nələrə diqqət etmək lazımdır?

- Bədəninizin dəri rəngi, mövsüm və təbii ki, bədəninizin bu ətri necə daşıması bu məqamda əhəmiyyətlidir.

- Yay mövsümündə daha yüngül, çiçək ətirləri, qış aylarında daha ağır ətirlərə yönəlmək lazımdır.

- Başqasında bəyəndiyiniz ətir sizin bədəninizə uyğun gəlməyə bilər. Ətir alarkən mütləq öz dırinizə vurub yoxlayın.

- Ətri biləyə vuraraq seçin.

- Soyuqdəyməniz və ya yenicə xilas olduğunuz tənəffüs yolu narahatlığınız varsa, yaxşılaşdıqdan sonra ətir seçmək daha doğru olacaq.

İsti havada ətir necə istifadə edilir?

- İsti hava günlərində ətirdən çox dezodorant istifadə etmək daha çox yerinə düşər. Gün şüaları dərini korladığı üçün spirt tərkibli ətirləri bədənə sıxmaq düzgün deyil. Gün şüasına məruz qalan dəri daha sürətlə korlandığı üçün yay mövsümündə dezodorant və ya bədən kremi istifadə etmək ən doğru seçimdir.

- Əgər ətrinizdən imtina edə bilmirsinizsə, duş geli və bədən losyonu istifadə edə bilərsiniz.

- Ətriniz ədviyyatlı, şəkərli və tünd qoxuludursa, yay mövsümündə bu tip qoxuları istifadə etmək daha yaxşı nəticə verəcək. İsti havanın ağırlığı ilə ətrin ağırlığının qarışması xoş olmur.

Maraqlı     Baxılıb: 3369   Tarix: 19 oktyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Həsən Osmanov vəfat etdi

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının kafeda müdiri vəfat edib.  xəbər verir ki, bu barədə gimnaziyanın sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, tanınmış pedaqoq, "Qabaqcıl təhsi

.

Alimlər mat qaldı: bəzi heyvanlar hər gün spirt içir

Bəzi heyvanlar alimlərin düşündüyündən daha tez-tez spirt qəbul edirlər. -a istinadən xəbər verir ki, meyvə və nektar yeyən əksər canlıların pəhrizində etanol olduğu üzə çıxıb. Exeter Universitetinin britaniyalı alimlər

.

Qaravəllilər

Qaravəlli - nağıllar başlarkən söylənilən və nəzm şəklində olan kiçik müqəddimədir. Məsələn:. Hamam, hamam içində,. Xəlbir saman içində. Dəvə dəlləklik eylər. Köhnə hamam içində. Qarışqa şıllaq atdı,. Dəvənin budu batdı

.

Beş bacı-qardaşın hamısı professordur, ataları akademik

Nizami Tibb Mərkəzinin direktor müavini, doğum evinin rəhbəri təyin olunan professor Fərəh Qaraqurbanlı tanınmış ailənin nümayəndəsidir. "Yeni Sabah"a istinadən xəbər verir ki, o, akademik Afad Qurbanovun qızıdır

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

Azərbaycanlı alim vəfat etdi - FOTO

Azərbaycanda alim ölüb. Ölkə.az-a istinadla xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının sabiq dosenti, texnika üzrə fəlsəfə doktoru Qayıbəl

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

.

Prezident və Birinci xanım Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıblar

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sabiq dövlət müşaviri Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

turlar.az

geymler 2026 sade makiyaj sekilleri toy makiyajlari yalan haqqinda atalar sözləri fantaziya fatimə fətəliyeva qish geyimleri kosmetika kahfe falı vətənə aid atalar sözləri 8 mart seksual məsəllər