Evdə uşaqlardan valideynə keçən 5 xəstəlik – Böyüklər daha ağır keçirir

Evdə uşaqlardan valideynə keçən 5 xəstəlik – Böyüklər daha ağır keçirirAilədə övladınızdan sizə keçəcək bir sıra xəstəliklər var ki, istər-istəməz onlar qarşısında müdafiəsizsiz. Özü də bu xəstəlikləri uşaq nə qədər ayaqüstü, yüngül keçirirsə, böyüklər daha ağır keçirib yatağa belə düşürlər.
Milli.Az medicina.az-a istinadən balaca uşaqlardan valideynə ən çox keçən 5 xəstəliyi və bu hallarda nə etməli olduğunuzu təqdim edir:
1.Qızılca
Hava-damcı yolu ilə keçir. Əgər evdə uşaq qıcılca çıxarıbsa, qapı dəstəyi ilə belə digər ailə üzvlərinə keçə bilər. Qızılca olan uşaq ilk 4 gündə yoluxdurucu təhlükəli olur.
Uşaqlarda qrip kimi başlayır, 10 gün ərzində bədən səpir. Əgər ağırlaşma olmasa və ya uşağın immuniteti mübarizə aparsa, müalicə edilməsə belə, sadəcə yataq rejimində olmaqla qızılca 10 -12 gün ərzində özü keçir. Daha çox südəmər körpələr və 5 yaşa kimi uşaqlar təhlükə altındadır və ağır keçirir.
Böyüklərə keçərsə:
Peyvənd olunmamış, uşaqlıqda bu xəstəliyi keçirməmiş valideynlər asanlıqla yoluxur. Simptomları uşaqlarla eyni, amma daha kəskindir.
Böyüklərdə qızılcadan sonra otit, pnevmoniya, laringit, ensefalit kimi ağırlaşmalar olur.
Müdafiə yolu peyvənd olunmaqdır. Körpələr 12 aylıqda qızılca peyvəndi olunur. Yaxşı olar ki, siz də övladınızla bərabər peyvənd olunasız.
2.İnfeksion eritema
Bu xəstəlik daha çox 10 yaşa kimi uşaqlarda olur. Hava yolu ilə yayılır. Yay, qış sonu aktivdir.
Uşaqlarda qrip kimi başlayır, boğazı, başı ağrıyır, burnu axır. 3 gün sonra xarakterik qırmızı allergikə bənzər səpki olur. Xüsusən yanaqları sanki alışıb yanır. Mülaicə olunmasa belə 2 həftəyə keçib gedir.
Böyüklərdə necə keçir:
Onlar nadir halda səpir. Əvəzində bütün sümüklər, oynaqlar, bilək, dizlər ağrıyır. Ağrı revmatizmə bənzəyir. Zəif immunitetli, hamilələr, anemiyası olanlar çox ağır keçirir, çünki virus eritrositlərin böyüməsini əngəlləyir.
Bu xəstəliyə qarşı vaksin yoxdur. Sadəcə uşağı və özünüzü digərlərindən yoluxmaqdan qoruyun.  Maska taxın, xəstə olanda evdə qalın, tez-tez uşağın və özünüzün əllərini yuyun.
3.Məxmərək
Qırmızı məxmərək hava-damcı yolu ilə keçir. Uşağı qucağınıza almaq kifayətdir ki, yoluxasız. Qızılca ilə səhv salınır, amma daha yüngüldür.
Uşaqlarda yüngül soyuqdəymə, halsızlıqla başlayır, gözlər qızarır, boyun limfa düyünləri şişir. 2-3 gün sonra üz və boyunda qırmızı səpki olur və getdikcə bədənə yayılır. Sonra da gəldiyi istiqamətdə geri çəkilir. Uşaq bəzən ayaqüstə keçirir.
Böyüklərdə necə keçir:
Simptomlar daha ağır olur, oynaqlar ağrıdan dağılır. Baş ağrıları olur. Qulaq infeksiyası baş verir. Hamilə tutularsa döldə qüsur ola bilər.
Nə etməli:
Uşaqlar  1 və 6 yaşında peyvənd olunur. Əgər peyvənd olunmayıbsa, hamiləlikdən öncə peyvənd olunmaq lazımdır.
4.Su  çiçəyi
Səpkilərə toxunduqda, hava damcı ilə yayılır. Peyvənd olunmayan və uşaqlıqda bu xəstəliyi keçirməyən şəxslər üçün olduqca yayğın virusdur.
Uşaqda hərarət yüksəlir, başı ağrıyır, yemir, 3 gün ərzində bədənində suluqlu qırmızı səpkilər olur. Sonra bu suluqlar partlayır, suyu axır və yayılır. Bu suluqların yeri qaysaqlanan kimi uşaq yoluxdurucudur.
Böyüklərdə:
Bakterial infeksiya olur, Rey sinromu, bədənin susuzlaşması, şok, hətta ölüm ola bilər. Xüsusən 60 yaşdan yuxarı yaşlılar.
Nə etməli?
Əgər uşaq artıq xəstədirsə, onu evdə ayrı otağa salmalı, həkimə aparmalı, hətta xəxtəxanaya yatırtmalı. Əgər uşaq hələ xəstəliyi keçirməyibsə, vaksin vurdurmalı. Digər ailə üzvlərinin bu suluqlara əl vurmasının qarşısını almalı. Uşağın bədəninə əlcəklə toxunmalı.
5.Parotit - Svinka
Paramiksovirus törədir, tüpürcək vəziləri zədələnir. Xəstə 10 gün ərzində yoluxdurucudur.
Uşaqlarda boğaz dibi iltihablanıb şişir, yanaqları qabarır. Çətin çeynəyir, çənəsi ağrıyır, əzələləri ağrıyır. Ağırlaşma olmasa, 1 həftəyə keçib gedir.
Böyüklərdə:
Eyni əlamətlər olur, amma beyin iltihabı, süd vəzi, xaya, yumurtalıq iltihabı verə bilər.
Nə etməli?
Uşaqlar 1 yaşa kimi peyvənd olunmalıdır. Əgər olmayıbsa, 10 yaşa kimi oluna bilər. Amma böyüklər üçün peyvəndi yoxdur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2063   Tarix: 07 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

turlar.az

gozel gorunmek toy makiyajlari geyim seçimi aciq zedelenmeler yaralar donlar 2026 normal yuxu prostat vəzi kosmetika pizza burcler atalar sozu yumurta sekisler