Evin havasını mikroblardan təmizləyən 5 TƏBİİ ÜSUL

Evin havasını mikroblardan təmizləyən 5 TƏBİİ ÜSULSoyuq fəsillərdə evin havasını mikrob və infeksiyalardan təmizləmək xüsusilə vacibdir. Bununla biz özünüzü bir çox soyuqdəymə və infeksion xəstəliklərdən qoruya bilərik.
İlk növbədə evin havasını tez-tez dəyişin, evin bütün səthlərini, qapıların dəstələrini və s. hər gün nəm əski ilə silin. Bu sadə vasitələr havada mikrobların və virusların azalmasına kömək edir.
Bəzi təbii vasitələr var ki, onlar evin havasında olan mikrob və infeksiyalara öldürücü təsir edir, evin havasını zərərsizləşdirir.
Bu vasitələr arasında:
1. Sarımsaq və soğan güclü antiseptik və mikrobəleyhinə təsirə malikdir. Sarımsaq və soğanın efir yağları havanı çox yaxşı təmizləyir. 2-3 diş sarımsaq və 1 kiçik soğanı xırda doğrayıb kiçik nimçələrdə evdə qoyun.
2. Üzərliyin tüstüsü evin havasını mikroblardan çox yaxşı təmizləyir. Hər gün üzərliyi yandırıb tüstüsünü evlərə verin.
3. Çay yağı, ağ şam ağacı yağı, evkalipt yağı güclü antiseptik vasitələrdir. Evə xüsusi aromalampa alın və hər gün bu yağlardan birini lampaya töküb yandırın.
Aromalampa yoxdusa pulverizatora 1 stəkan su və yarım çay qaşığı istənilən efir yağı tökün və bu pulverizatorun köməyi ilə evin havasını tez-tez nəmləndirin.
4. Ev bitkiləri də evin havasını çox yaxşı təmizləyir, nəmləndirir və oksigenlə zənginləşdirir. Ən faydalı bitkilər bunlardır: ətirşah, xlorofitum, əzvay (aloe), kalanxoe, limon, fikus.
5. Sitrus meyvələri (portağal, mandarin, qreypfrut) və xüsusilə onların qabıqları mikrobları öldürən fitonsidlərlə zəngindir. Sitrus meyvələrin qabıqlarını atmayın. Qabıqları xırda doğrayıb evin müxtəlif yerlərində nimçələrdə qoyun.

Saglamolun.Az

Maraqlı     Baxılıb: 3407   Tarix: 18 oktyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Həsən Osmanov vəfat etdi

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının kafeda müdiri vəfat edib.  xəbər verir ki, bu barədə gimnaziyanın sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, tanınmış pedaqoq, "Qabaqcıl təhsi

.

Alimlər mat qaldı: bəzi heyvanlar hər gün spirt içir

Bəzi heyvanlar alimlərin düşündüyündən daha tez-tez spirt qəbul edirlər. -a istinadən xəbər verir ki, meyvə və nektar yeyən əksər canlıların pəhrizində etanol olduğu üzə çıxıb. Exeter Universitetinin britaniyalı alimlər

.

Qaravəllilər

Qaravəlli - nağıllar başlarkən söylənilən və nəzm şəklində olan kiçik müqəddimədir. Məsələn:. Hamam, hamam içində,. Xəlbir saman içində. Dəvə dəlləklik eylər. Köhnə hamam içində. Qarışqa şıllaq atdı,. Dəvənin budu batdı

.

Beş bacı-qardaşın hamısı professordur, ataları akademik

Nizami Tibb Mərkəzinin direktor müavini, doğum evinin rəhbəri təyin olunan professor Fərəh Qaraqurbanlı tanınmış ailənin nümayəndəsidir. "Yeni Sabah"a istinadən xəbər verir ki, o, akademik Afad Qurbanovun qızıdır

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

Azərbaycanlı alim vəfat etdi - FOTO

Azərbaycanda alim ölüb. Ölkə.az-a istinadla xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının sabiq dosenti, texnika üzrə fəlsəfə doktoru Qayıbəl

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

.

Prezident və Birinci xanım Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıblar

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sabiq dövlət müşaviri Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

turlar.az

geymler 2026 sade makiyaj sekilleri toy makiyajlari yalan haqqinda atalar sözləri fantaziya fatimə fətəliyeva qish geyimleri kosmetika kahfe falı vətənə aid atalar sözləri 8 mart seksual məsəllər