Evli iş adamı ilə eşq macərasında adı hallanan Damladan AÇIQLAMA: "Türkiyədə proqrama çıxdım, təklif aldım " - FOTO
O qədər qəlbi qara, ürəyi xoflusuz ki, qələminizə belə hörmət etmirsiniz. Bilib-bilmədən, soruşmadan ağlınıza gələni yazırsınız!
Bu sözləri tanınmış müğənni Damla instaqram hesabında yazıb.
Müğənni yerli saytlardan birinin "Azəbaycanın evli kişiyə ərə gedən məşhurları" başlıqlı yazısında onun haqqında yazılanlara kəskin münasibət bildirib:
"Mən nə vaxt ailə qurdum? Hansı evli kişi ilə ailəliyəm? Bu adları sadalanan müğənni həmkarlarımın arasında mənim adımın nə əlaqəsi var? Bu yazılarınızı dayandırın! Niyə mənim işimdən, uğurlarımdan yazmırsınız? Məqaləniz oxunsun deyə, bizi insanların gözündən salmağa nə haqqınız var?
Türkiyədə proqrama çıxdıq, təkliflər aldıq, niyə ondan yazmadınız? Özbəkistanda televiziya proqramına qatıldıq, klip çəkilişi ilə geri döndük. Bundan niyə yazmadınız?
Getdiyim ölkələrdə müsahibələrimdə belə öz dilimizdə danışdım. Sayılı günlərdən sonra ilk solo konsertimdi. Bunu niyə işıqlandırmırsınız? Sizə məni insanların gözündən salacaq xəbərlər lazımdı? Özünüzə hörmət etmədiyiniz bəllidir! Heç olmasa, qələminizə hörmət edin!"
Sözügedən yazıda Damla haqqında bu cümlələr yer alıb: "İlk evliliyini sonlandıran müğənninin hazırda evli iş adamı ilə eşq yaşadığı iddiaları gündəmdədir. Hətta prodüser Sultan müğənni Damlanı evli kişi ilə sevgili olmaqda ittiham edib. Damlanın ilk evliliyindən bir övladı var".(teleqraf.com)
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin