Evlilik verilişindəki azərbaycanlı qız aləmi bir-birinə qatdı - VİDEO
Zuhal Topalın izdivac verilişində iştirak edən azərbaycanlılar yenidən olay yaradıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, azərbaycanlı Naz Mila ona elçi düşən həmyerlisi Əli Əkbərdən aldığı hədiyyəni geri qaytarıb. Belə ki, Əli cəmi bir həftədir tanış olduğu Naza maşın açarı hədiyyə edib. Naz Əlinin hədiyyəsini görəndə çox sevinib və təəccübünü saxlaya bilməyib. Lakin Naz Əli Əkbərdən qiymətli hədiyyə götürməyin düzgün olmadığını bildirib. O, bunu Əli ilə yeni tanış olmaları izah edib.
Verilişin digər iştirakçıları da Əlini hədiyyəsinə görə qınayıblar. İştirakçılar bildirib ki, 5 gün tanış olduğu qıza qiymətli hədiyyə almaq yersiz hərəkətdir. Bəzi iştirakçılar isə Naza maşın əvəzinə qiymətli üzük almağı məsləhət görüb. Azərbaycanlı oğlan deyilənlərlə razılaşmayıb və o, bu hədiyyənin hələ Naz üçün başlanğıc olduğunu, bundan sonra daha böyük sürprizlərlə onu şoka salacağını söyləyib.
Xatırladaq ki, ötən həftə Əli Naza boyunbağı hədiyyə edib. Cütlük studiyada romantik rəqs edib. Azərbaycanlı qızın keçmiş türk nişanlısı Baha baş verənlərə dözə bilməyib və hirsli halda studiyanı tərk edib.
Məlumat üçün bildirək ki, Əli Əkbər bir vaxtlar Azərbaycanın məşhur modellik müsabiqələrində iştirak edib. O, hətta özünü aktyor kimi kiçik rollarda da sınayıb.
Naz Mila isə bir dəfə evli olub və onun bir qızı var.









Rusiyada qazaxıstanlı reperə cinayət işi açıldı
Məzarı açıb ölən modelin başını oğurladılar
Hüseyn Almaxanımın iddialarını yalanladı - 'Səni heç kim tanımırdı
Rihanna müəlliminə ev aldı
Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?
Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?
Madonna xalqdan kömək istəyir
Həddindən artıq yuxu niyə təhlükəlidir?
Keçmişdə saqqızı görün necə istifadə edirlərmiş
Space TV-də bu veriliş də yayımlanmayacaq
Şabaşla varlananların sonu faciə ilə bitir
Anam yaşındasan, ayıb olsun' - FOTO
Pünhan Piriyev nişanını geri qaytarıb? - Özündən açıqlama