Evliliyinin altıncı ayında şəhid olan pilotumuzun HƏYAT HEKAYƏSİ - VİDEO - FOTO

Aprel döyüşləri zamanı şəhid olan pilotumuz Əbu Bəkr İsmayılovun doğum günüdür. Yaşasaydı, bu gün qəhrəman pilotumuzun 27 yaşı olacaqdı.
Xanim.az femida.az-a istinadən qəhrəman şəhid pilotumuz haqqında hazırlanan yazını təqdim edir:

Əbu Bəkir İsmayılov 1990-cı ilin 10 fevral günündə Kürdəmir şəhərində anadan olub. Ailədə iki övladdan biri olan Əbu Bəkir ilk övlad olduğu üçün hamının sevimlisi olur. 1996- ci ildə 1-ci sinifə gedən Əbu Bəkir elə uşaq vaxtlarından hərbiyə marağı ilə seçilir. Uşaqlıqdan yaranan bu maraq Əbu Bəkiri ilk addımlar atmağa vadar etdi. 2005-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olan gənc Əbu Bəkir bununla da uşaqlıq arzusunun ilk pilləsinə çatır. 2008-ci ildə həmin liseyi bitirir. Daha sonra o, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olur. Ali Hərbi təyyarəçilik məktəbini bitirdikdən sonra hərbi hissələrin birində xidmətə başlayır.

Gənc baş leytenant ailə həyatı qurmaq üçün özünə bir qız da seçir. 2015-ci ilin avqustunda gənc pilot ailə həyatı qurur. Amma təəssüflər olsun ki, bu gün Əbu Bəkrin nişanəsi olacaq bir övladı yoxdur.

Qəhrəman pilotun səmada son uçusu...

Baş leytenant Əbu Bəkir İsmayılov da digər şəhidlərimiz kimi apreldə adlarını qızıl hərflərlə tarixə yazdıran igidlərdən oldu. Düşmənin torpaqlarımıza hücumu zamanı o da qisas hissi ilə ön cəbhəyə can atanlardan idi. Axı, qisas almaq onun kursant illərindən ən böyük arzusu idi. Səngərlərimizə hücum edən düşmənə layiqli cavab verən qəhrəman pilotumuz mayor Təbriz Musazadə və Urfan Vəlizadə ilə birgə idarə etdiyi Mi-24 helikopteri ilə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışmaya qatıldı. Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı Mi-24 helikopteri ermənilər tərəfindən vuruldu və helikopterdə olan heyət üzvləri qəhrəmancasına şəhid oldu. Onların nəşi aprelin 10-u neytral ərazidən götürüldü. Bununla da Əbu Bəkr adı tarixin yaddaşında böyük hərflərlə yazılanlardan oldu. Əbu Bəkir İsmayılov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.

Əbu Bəkr İsmayılov meyxanaya, şeir yazmağa xüsusi həvəsi də olub.

Məhəbbət gözlərdən axan yaş deyil
Süzülüb yanaqda quruya sonda
Sevgi dəryasına saldınsa meyl
Çıxmağı düşünmə quruya sonda.

Çıxma ki quruyar dəryanın özü
Sevgidən nə əsər əlamət qalar
Acı göz yaşına qərq edər bizi
Yerində acı bir həqiqət qalar.

Sevgi! Bu sözün altında dünyalar qədər
Arzular,istəklər,ümüdlər yatır
Əlimiz heç nəyə çatmasa əgər,
Bu saf məhəbbətə,sevgiyə çatır

Simsiz tar kimidir sevgisiz həyat
Birində səs yoxdur birində məna
İnsanı sevərək yaradıb Allah
Sevilib yaranıb bu qoca dünya.

Müəllifi Əbu Bəkir İsmayılov olan bu şeirdə o məhəbbəti öz sözləri ilə açmağa çalışıb.

Qəhrəman pilotumuz haqqında onun hərbi məktbədə müəlliməsi olan Flora müəllimə böyük fərəhlə danışır. Flora müəllimə Əbu Bəkirlə bağlı bir hadisədə bu günə kimi özünü bağışlaya bilmir.

"Əbu Bəkir mərd, məsuliyyətli, vətənini, xalqını sevən bir kursantım olub. Özü də çox məsuliyyətli oğlan idi. Bir gün kimya dərsi zamanı sinfə daxil olan kimi Əbu Bəkr ayağa qalxıb dedi : "Ürəyimə Qarabağ haqqında duyğular gəlib onu şeir formasında olarmı deyim?" Mən əvvəl meyxana formasında olduğu üçün etiraz etdim.Lakin o əl çəkmədi. Dedi: "müəllimə, şeiri deməsəm ürəyim partlayar". Axır ki, razı oldum. Çünki kimya dərsi idi. 4 bənddən ibarət bir şeir meyxana formasında məni çox kövrəltdi.Özümü saxlaya bilməyib, ağladım. Əbu Bəkrin o vaxt hələ 16 yaşı vardı.

Mən ona dedim ki, sənin ürəyində Qarabağ alovlanır. Cavabında dedi: "Müəllimə, Qarabağ yanır ürəklərdə onun söndürən biz olmalıyıq".

Martın 31-i axşam mənə yazdı ki, "müəllimə, sizi elə istərdim görəm. Gəldim tapa bilmədim. Deyəsən, həmin gün dərsdə deyildiniz. Sizə deyiləsi sözüm var idi. "Həqiqətən, mənim o gün dərsim yox idi. Çox təəssüflənirəm ki, sevimli kursantımı son dəfə görə bilmədim. Yəqin deyəcəkdi qisas vaxtı çatıb.
Mənə çox ağırdı onun haqda danışmaq. Anası kimi hər dərdini mənimlə bölüşürdü. "Mənim ikinci anamsız" deyirdi. Bu gün də Əbu Bəkir mənim üçün yaşayır.

Flora müəllimə sevimli kursantının şəhid olduğu günü belə xatırlayır:

"Aprelin 2-i günü mənə mesaj gəldi. Açdım, telefonu baxdım ki, Əbu Bəkirin şəkli vertolyotun üzərinə vurulmuşdu. İlk anda nə baş verdiyini anlamadım. Şoka düşdüm. Sonra yadımda heç nə qalmayıb. O günü xatırlamaq istəmirəm. Əbu Bəkir mənim xatirəmdə kursant illərimin sevimlisi kimi qalıb və qalacaq da. Şəhidlər ölmür..."

Evliliyinin altıncı ayında şəhid olan pilotumuzun HƏYAT HEKAYƏSİ - VİDEO - FOTOEvliliyinin altıncı ayında şəhid olan pilotumuzun HƏYAT HEKAYƏSİ - VİDEO - FOTOEvliliyinin altıncı ayında şəhid olan pilotumuzun HƏYAT HEKAYƏSİ - VİDEO - FOTOEvliliyinin altıncı ayında şəhid olan pilotumuzun HƏYAT HEKAYƏSİ - VİDEO - FOTO

Xəbərlər     Baxılıb: 3170   Tarix: 10 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu

Diyetoloq Loren Manaker bir həftə ərzində hər gün brokkoli yemək qərarına gəlib və təcrübənin nəticələri onu təəccübləndirib. -a istinadən xəbər verir ki, o, "Prevention" nəşrinə müsahibəsində bu tərəvəzin rasion

.

Qarpızı çox yeməyin fəsadları

Yay aylarında süfrələrdən əskik olmayan qarpız yüksək su tərkibinə görə isti havalarda ən çox seçilən meyvələrdəndir. Lakin mütəxəssislər qarpızın da ölçülü şəkildə istehlak edilməsinin vacib olduğunu bildirirlər. xəbər veri

.

Kivini qabığı ilə yeməyin bu faydaları varmış

Kivinin lətli hissəsi C vitamini ilə zəngindir, həmçinin lif, kalium və K vitamini kimi vacib qida maddələri ehtiva edir. -a istinadən bildirir ki, kivini qabığı ilə birlikdə yemək orqanizm üçün daha çox fayda təmin edə bilər

.

Stress bu xəstəliyini kəskinləşdirə bilər

Güclü və uzunmüddətli stress orqanizmdə gizli qalan herpes viruslarının yenidən aktivləşməsinə səbəb ola bilər. Herpes simplex viruslarının I və II tipləri, eləcə də suçiçəyi virusu ilkin infeksiyadan sonra sinir hüceyrələrind

.

Quru göz sindromunun yaranma səbəbləri

Gözlərin kifayət qədər nəmlənməməsi, eləcə də uzun müddət qadcetlərdən (smartfon, kompüter və s.) istifadə "quru göz sindromu"nun yaranmasına səbəb olur. -a istinadən xəbər verir ki, bu barədə tibb elmləri doktoru

.

4 saatdan çox yol gedirsinizsə, bu təhlükə sizi gözləyir - Ölə bilərsiniz

Uzunmüddətli avtobus və təyyarə səfərlərinin artması hərəkətsiz qalmaqla bağlı sağlamlıq risklərini də gündəmə gətirir. Mütəxəssislər xüsusilə risk qrupunda olan şəxsləri diqqətli olmağa çağırır. xəbər verir ki, Trakya Universitet

.

Çətin yuxuya gedənlərdə insult riski çox artır - Diqqət

Yuxu problemləri insult riskini 16% artırır. xəbər verir ki, nevroloq Aleksandra Alekhina beş və ya daha çox yuxu pozğunluğu simptomundan əziyyət çəkən insanlarda insult riskinin ikiqat artdığını deyib. İnsult ciddi və həyat

.

Nanə yağı təzyiqi aşağı sala bilər

Yeni araşdırma nanə yağının yüngül yüksək qan təzyiqi olan insanlarda təzyiq göstəricilərinə müsbət təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, bu barədə ScienceDaily məlumat yayıb. Tədqiqatda iştirak edən şəxslər

.

Qaraciyər sağlamlığı üçün ən faydalı 4 qida

Qaraciyər orqanizmin əsas filtrasiya orqanlarından biridir və hər gün toksinləri, dərman qalıqlarını və maddələr mübadiləsi nəticəsində yaranan tullantıları emal edir. "Euroonco" federal ekspert onkologiya klinikalar

turlar.az

toy makiyajlari sade makiyaj sekilleri kosmetika mehsullari dirnaq ucun maskalar soz ehtiyati artirmaq yuxu yozmalar bu ilin cantalari kosmetika muellim seiri sirin qogal məsəllər vetene aid atalar sozu xərçəng bürcü