Əzgil bu xəstəliklərə dərmandır
Əzgil çox faydalı meyvədir. Əzgilin tərkibi olduqca zəngindir. Bu meyvədə C,A, B1, B2, B3, B6, B9 vitaminləri, kalium, dəmir, maqnezium, yod, kalsium, fosfor, selen, sink, orqanik turşular, pektin və s. kimi faydalı maddələr var.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, əzgil qədimdən təbii dərman kimi də istifadə olunur. Kal əzgil ishalı, dəymiş əzgil isə qəbizliyi müalicə edir.
Fitonsidlərlə zəngin olan əzgil nəfəs yollarının iltihabları və bronxial astma zamanı çox faydalıdır. Qədimdə xalq təbibləri əzgil lətinin balla qarışığı ilə öskürək, bronxit, astma və digər xəstəlikləri müalicə edirdi.
Bu qarışıq həmçinin ürək və qaraciyər üçün də çox faydalıdır - qaraciyəri möhkəmləndirir, ürəyin fəaliyyətini yaxşılaşdırır, təzyiqi aşağı salır. Əzgilin lətini eyni miqdarda balla qarışdırın və gündə 2 dəfə 1 x.q. olmaqla qəbul edin.
Əzgilin yarpaqları da müalicəvi xüsusiyyətlərə malikdir. Yarpaqların dəmləməsi nəfəs yollarını çox yaxşı təmizləyir, bəlğəmi durulaşdırır, iltihabları azaldır. Dəmləməni hazırlamaq üçün 1 x.q. yarpaqları 1 stəkan suda 30 dəqiqə dəmləyin, süzün və gün ərzində 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla qəbul edin.
Milli.Az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Xanəndələrin bəziləri mahnı oxuya bilmir' - Əməkdar artist
Aygün Kazımova 'Nərgiz' jurnalının üz qabığında - Fotolar
Kazım Sübhanın verilişi efirə qayıtdı
Süleymansız yaşamağımın nə mənası var?' - Cığatel İsaqızı
Şəhriyarın yeni biznesi - Əsərlərini satır
Həmin qidaları soyuducuda saxlamaq olmaz - SİYAHI
Sudan sonra ən sağlıqlı içki AÇIQLANDI
Ən riskli qırmızı ət növü açıqlandı
Tahir İmanov onları məhkəmə ilə hədələdi
Aspirin gizli qanaxmaya səbəb ola bilər - Ciddi XƏBƏRDARLIQ
Elə bilirəm yuxudayam, oyanacam, möcüzə baş verəcək' - Nura