Facebook-dan daha bir YENİLİK
Mobil versiyasında yeni funksiya test edilməyə başlayıb
Yeni funksiya, City Guides adlanır və şəhər bələdçisi özəlliyini daşıyır. Bu funksiyadan istifadə edərək yerləşdiyiniz şəhərdə görməli yerlər, tədbirlər, restoranlar və digər məlumatlar barədə xəbərdar olacaqsınız. Bundan əlavə olaraq City Guides sizin dostlarınızın hansı seçilmiş şəhərlərdə və həmin şəhərlərdə hansı restoran, mehmanxana və bu kimi yerlərdə olduqlarını da göstərəcək. Sosial şəbəkə bu məlumatları, istifadəçilərin özlərini müəyyən yerlərdə qeyd etmələri üzərindən əldə edir. Facebook-un bu yeni funksiyası bir növ FourSquare və TripAdviser servislərinə bənzəyir. Şirkət bildirib ki, yeni funksiya artıq təqdim olunub və o test mərhələsindədir. Sosial şəbəkə, istifadəçiyə sözügedən məlumatları elə təqdim etməyə çalışacaq ki, həmin məlumatlar istifadəçi üçün maksimal dərəcədə faydalı olsun. Qeyd etmək lazımdır ki, City Guides funksiyası hələki bir sıra istifadəçilər üçün aktivdir. Onun nə zaman bütün istifadəçilərə təqdim olunacağı və veb versiyasının olacağı haqqında məlumat yoxdur.
İstipress









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Hər iki ailəm xəyanətə görə dağılıb' - Aysun
Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər
Fillip Alla Puqaçovanın kukla kolleksiyasını yığır
Eldəniz Məmmədov baba oldu
Nuranın "Avroviziya" arzusu
Siqaretdən 10 qat daha zərərli: Hər evdə var
Məşhur azərbaycanlı aktrisa ana olacaq
Avropa İttifaqı Timatiyə sanksiya tətbiq etdi - SƏBƏB
Böyrək çatışmazlığına səbəb olan 6 QİDA
Kanye Vest Türkiyədə dünya rekordu qıracaq