"Facebook"da 13 yaşlı qızla tanış olub, qızın qardaşı tərəfindən öldürülən gəncin FOTOLARI
Dünən Nəsimi rayonu ərazisində metronun Memar Əcəmi stansiyasının 3-cü mikrorayon istiqamətindəki çıxışının yaxınlığında bıçaqlanaraq qətlə yetirilən 21 yaşlı Ələkbər Muxtarovun görüntüləri yayılıb. Avrasiya.net lent.az-a istinadən xəbər verir ki, Pişəvəri adına gimnaziyanı bitirdikdən sonra hərbi xidmətə gedən və bu yaxınlarda əsgərlikdən qayıdan Ə.Muxtarov Cavadxan küçəsində tanış olduğu qızla görüşərkən həmin qızın qardaşı tərəfindən bıçaqlanaraq öldürülüb.
Qətl hadisəsi isə Ə. Muxtarovun "facebook" sosial şəbəkəsində qızla tanışlığına görə baş verib. Belə ki, Ə. Muxtarov sosial şəbəkədə bir nəfər qızla tanış olub və onunla görüş təyin edib. Görüş "Memar Əcəmi" stansiyasının qarşısında təyin edilib. Ötən gün saat 14:50 radələrində stansiyanın qarşısına gələn Ə. Muxtarov qızın verdiyi telefon nömrəsinə zəng vurub. Həmin vaxt isə qızın Ə. Muxtarova verdiyi telefon nömrəsinə oğlan cavab verib və görüş yerində qarşılaşıblar. Qızın əvəzinə gələn oğlan Ə. Muxtarova ürək nayihəsindən bıçaq zərbəsi vuraraq hadisə yerindən uzaqlaşıb. Ə. Muxtarov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Artıq Daxili İşlər Nazirliyi də, faktla bağlı rəsmi açıqlama yayıb. Bildirilir ki, dekabrın 14-də Nəsimi rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini Əliəkbər Muxtarovu bıçaqla qətlə yetirib.
Hadisəni törətmiş İmişli rayon sakini Mirismayıl Seyidov Nəsimi RPİ 19-cu PB-yə gələrək təslim olub.
O, ilkin ifadəsində öldürdüyü şəxsin sosial şəbəkədə 13 yaşlı bacısı ilə danışaraq, görüşə dəvət etdiyi üçün bu hərəkəti etdiyini deyib.














Hakışta
Seks zamanı kişiləri dəlicəsinə ehtiraslandırmağın yolları
Astroloji proqnoz - 20 iyul
Anal seksin qadın orqanizmi üçün ziyanı və xeyiri
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda ilan görmək görün nəyə işarə edirmiş?!
Bürclər haqqında qısa və ən lazımlı məlumatlar
Xınayaxdı üçün HAKIŞTALAR
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Qızlıq və ya bakirəlik pərdəsinin yırtılması haqqında
Qadınları orqazma çatdıran 7 seks pozası
Vətən və el haqqında atalar sözləri