Faciəvi qəzada yaralanan Əfsər: "Namiq dayı həmişə sürətli sürənləri qınayırdı ki... "
""Ford"un sürücüsü Namiq dayı deyib-gülən biri olduğu üçün həmişə tələbələr onunla getmək istəyirdi. Nə bilərdik, başımıza belə bir hadisə gələcək".
Milli.Az xəbər verir ki, bu sözləri qafqazinfo-ya martın 9-da Bakı-Sumqayıt yolunda baş vermiş qəzada yaralanan Əfsər Cəbiyev deyib. İqtisadiyyat fakültəsinin ikinci kurs tələbəsi olan Əfsər həmin günü belə xatırlayır:
"Mənim dərsim günorta başlayır. Həmin gün sərbəst işlərimi yazmaq üçün tezdən kitabxanaya gedirdim. İkinci kursam və 1 ildən çoxdur ki, həmin "Ford"un sürücüsü Namiq dayı ilə gedib gəlirəm. Namiq dayı 14 ildir ki, Bakıdan SDU-ya tələbə aparır. Digər sürücülər də nəsə səhvləri olanda birinci onun üstünə gəlirdi. Hətta sürətli sürənləri də həmişə qınayırdı ki, tələbə daşıdıqları üçün ehtiyatlı olmalıdırlar.
Qısacası, ünsiyyətcil insan olduğu üçün tələbələrin hörmətini qazanmışdı, çox vaxt onunla getmək istəyirdik. "Ford" çox vaxt dolu olur, bir neçə nəfər də ayaqüstə dururdu. Həmişə 8-ə 15 dəqiqə qalmış çıxırdılar, bu dəfə isə 8 tamamda çıxdıq. Həm də əvvəlki günlərə nisbətən daha çox tələbə minmişdi. Polis rəislərinin işə çıxdığı vaxt olduğundan çox da gözə görünməmək üçün bu dəfə həmişəkindən sürətli gedirdik. Mən həmin anı xatırlamıram, ancaq bizimlə mikroavtobusda olan bir uşaq sürücünün bir anlıq maqnitofona baxdığını və ondan sonra mişar daşlarına dəydiyini deyir. Ondan sonrasını da bilirsiz".
Əfsər Cəbiyev sabah xəstəxanadan evə buraxılacaq. Baş ağrıları hələ olsa da, sakitlik üçün müalicəsini ev şəraitində davam etdirəcək. Tələbə hazırda onunla birlikdə müalicə alan Aydan və Aytənin vəziyyətinin ağır olduğunu, Aydanın gəzə bilmədiyini deyib:
"Xəstəxana bir az səs-küylüdür. Mənə isə sakitlik lazımdır. Həm universitet heyəti, həm də həkimlər bizə qarşı çox diqqətli oldu. Ümid edirəm, bir də belə hadisə yaşanmaz".











İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi
Eşref Rüya' final edir - Tarix bilindi
Aynişan bu dəfə geyimlərini satışa çıxardı
Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB
Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir
Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma
Rusiyalı müğənni Dağıstanın bərpası üçün 5 milyon manat bağışladı
Hər iki ailəm xəyanətə görə dağılıb' - Aysun
Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər
Fillip Alla Puqaçovanın kukla kolleksiyasını yığır
Eldəniz Məmmədov baba oldu