Fahişəxanada böyüyən, 15 yaşında ərə verilən əfsanəvi müğənninin DƏHŞƏTLİ HƏYATI

Fahişəxanada böyüyən, 15 yaşında ərə verilən əfsanəvi müğənninin DƏHŞƏTLİ HƏYATIYaşasaydı, 103 yaşı tamam olardı. Amma əminəm, bundan sonra əsrlər yüz yox, yüz üç illiklərə bölünsə də, ağrının Piaf səsi beşik başında layla, tabut küncündə ağı kimi hələ çox səslənəcək. Bu dünyadan yan qaçmalı idi çəlimsiz Edit... Bəs onda tanrı özündən qovduğu ağrılarından kimi yaradardı?!

Yeganə övladının ölümü, dörd aftoqəza, yeddi ağır cərahiyyə əməliyyatı, narkotik və spirtli içki aludəçiliyi, intihar cəhdləri, hepatitdən doğan üç koma, həyatını paramparça edən iki dünya müharibəsi aysberqin görünən hissəsidir desəm, qanınız donar. Amma Edit Piaf mübaliğəsiz, qadın cildinə girmiş faciə idi. Acılar içinə işıq sürəti ilə yayıldıqca, səsindən qopan manılar daha çox sevilməyə başlayırdı.

Süd yerinə şərab içən körpə...

Cənnətdə doğulan cəhənnəm körpəsi idi Edit. Valideynləri ona Edit Covanna Qasyon adı vermişdilər. İllər sonra Editin məşhurluğundan özünə mədət uman jurnalistlərdən biri, onun qaranlıq gecədə küçədə dünyaya gəldiyi haqda şaiə yayacaqdı. Məqalədə deyilirdi ki, Edit öz doğuluşunu həkimlərə yox, küçə jandarmına borcludur. Bir körpə üçün çox qəddar başlanğıcdır, deyilmi? Piaf yaradıcılığının heyranları hələ də Parisin həmin küçəsinə gəlir, zülmət eşqin doğuluşuna şahidlik edirlər.

Anası Anita ucuz səhnələri bəzəyən müğənni, atası Lüi isə akrobat idi. Edit doğulanda atası könüllü olaraq Birinci Dünya müharibəsinə yollanmışdı. Səfil ana körpəsindən can qurtarıb solaxay yolla səhnəyə qayıtmaq məcburiyyətində idi. Gənc qadın körpə qızını öz valideynlərinə etibar edir. Adətən insafsız dünya doğma balalarını nənə sevgisinə boğub günahlarını yumağa çalışır. Amma ögey Editin bəxtinə mənəviyyatı sürgündə olan nənə çıxarmışdı. Günlərlə içib yataqdan qalxmayan qadın Editin südünü şərabla qarışdırırdı ki, körpə ona mane olmasın. Əsgərlikdən dönən ata şərab qoxulu körpəsini sərxoş nənənin xarabazarında görüb qəhərlənir. Saçına daraq, başına sığal dəyməyən qızını götürüb Normandiyaya, öz anasının yanına yollanır. Editin digər nənəsi də nümunəvi işdə çalışmırdı. Yaşadığı ərazinin tanınan fahişəxanasının sahibəsi idi. Buna baxmayaraq, kifayət qədər incə qəlbə və möhkəm dini inanca sahib idi. 3 yaşlı Editin qarnı, nəhayət, sevgi ilə doymağa başlayırdı. Lakin sevimli nənəsi qızcığazın kor olduğunun fərqinə varır. Məlum olur ki, buynuz qişanın iltihabından əziyyət çəkən balacanın xəstəliyi vaxtında aşkarlanmayıb.

Edit bir neçə il müxtəlif xəstəxanalarda müalicə alsa da, nəticəsi olmur. Bütün ümidlər köhnəlmiş parça olub üzüləndə, nənəsi öz "qızları" ilə birgə Editi müqəddəs Terezanın məbədinə aparır. Fransada Müqəddəs Terezaya hələ də çox insan pənah gətirir.

Düz bir həftə sonra balaca Editin həyatında möcüzə baş verir. Tanrı onu daha dərin qaranlığa qərq etməkçün gözünün işığını geri qaytarır. Həmin gündən Piaf Terezanın şəkilini ölənədək üzərində gəzdirir.

Fahişəxana körpəsi

6 yaşlı çəlimsiz qızı məktəbə yazdırırlar. Amma fahişəxanada böyüdüyü üçün sinif yoldaşları ona çox qəddar münasibət bəsləyir. Tənələrdən təngə gələn Edit məktəbin yolunu unudub, atası ilə birgə Parisə köçür.

Lüi Parisin küçələrində akrobatik hərəkətlər nümaiş etdirir, qızı isə mahnı oxuyurdu. İllər ötür, Editin səsi nəfəs kimi insanların ciyərinə dolub, saf su kimi Parisin küçəslərinə axırdı. Eybəcər, bəstəboy, vulqar makiyajlı yeniyetmə qız ilk baxışdan nə qədər itələyici olsa da, səsi hətta bütün dünyanı maqnit kimi özünə çəkirdi. Editin atasının ondan başqa da övladları vardı. Hətta bir müddət balaca bacısı da gənc müğənni ilə birgə küçələrdə nəğmələr söyləyirdi.

Faciələr şahzadəsinin ilk eşqi də ona sevinc gətirmir. 15 yaşı olanda gənc tacir Lüi Düponla tanış olur. Ailə qurub birgə yaşamağa qərar verirlər. Lakin Lüi Editin bütün zamanını işinə həsr etməyindən təngə gəlir. Hətta 2 yaşlı qızları Marseli də özü ilə götürüb arvadını tərk edir. Lüi ümid edirdi ki, məsuliyyətsiz ana öz anasının çizdiyi yolla getməyəcək və övlad sevgisi onu ailəsinə geri qaytaracaq. Bəli, Edit körpə Marselinə geri dönür. Amma təəssüf ki, Parisi cənginə alan meningitə yoluxmuşdu və xəstəxanada canı ilə çəkişirdi. Körpəsinin yanında Edit özü də xəstəliyə yoluxur. Amma sağalmağa müvəffəq olur. 2 yaşlı qızı isə dünyadan köçür. Özü ilə birgə Editin analığını da götürüb göylərə uçur. Piaf Marseldən sonra bir daha ana ola bilməyəcəkdi.

Çuxurdan zirvəyə

Artıq bir neçə kabaredən ona iş təklifləri gəlməyə başlayırdı. Ümumiyyətlə, Editin həyatını dəyişən iki nəfər olub. Onlardan biri Lüi Leple idi. Lüi ilə gənc müğənni 1935-ci ildə "Jernis" kabaresində tanış olmuşdu. Lüi Editi öz kabaresində daimi oxumağa dəvət edir və onu işlənməmiş almaz adlandırırdı. Onun üçün səhnə geyimləri, obrazlar, repertuar seçir. Piaf təxəllüsünü də Editə Leple verir. Paris jarqonunda "piaf" "sərçəcik" deməkdir.

Bir sıra mənbələrə inansaq, Leple "Piaf"ına qarşı heç də mərhəmətli deyildi. Yeri gələndə sərt yumruğu ilə saçını oxşamaqdan da çəkinmirdi. Amma Editin başını sərt yumruqlar yox, uğurları döndürürdü. Bir müddət sonra Lüini güllələyirlər. Şübhəlilər siyahısında Edit də vardı. Axı ustadı vəsiyyətində onun da adını qeyd etmişdi. Piafa qarşı qara PR başlanır. Hətta ifaları zamanı insanlar onu təhqir etməyə başlayırlar. Amma tezliklə Editin qətllə heç bir əlaqəsi olmadığı üzə çıxır, və bu məsələ unudulur.

Savaşın sülh quşu

Tezliklə "Sərçəcik" gənc şair Raymon Asso ilə tanış olur. Asso Editə fantastik məşhurluq qazandırır. Artıq Fransanın ən yaxşı kabareləri, müziklları müğənninin üzünə açılmışdı. Edit Piaf adı isə əsl fransız brendinə çevrilmişdi. Bu müddət ərzində hətta iki filmdə baş rola da çəkilmişdi. Çəlimsiz, eybəcər Edit Qasyon əfsanə Edit Piafa çevrilmişdi. Bəli, Fransanın oxuyan səsi idi Piaf...

İkinci Dünya müharibəsi dövründə Piaf Fransanı tərk etmir. Əksinə, zəbt olunan ərazilərdə konsertlər verirdi. Tədbirlərdən sonra isə mütləq əsir fransız əsgərləri ilə şəkil çəkdirib, doğmalarını tapmaq üçün sənəd kimi istifadə edirdi. Həmçinin əsirlərə saxta sənədlər düzəldib, düşərgələrdən qaçmaqlarına yardım edirdi. Müharibədə ölən əsgərlərin ailələrinə də bacardığı qədər dayaq olurdu. Müharibə illərində Edit Berlinə üz tutur. Onun əsir yəhudilərlə şəkdirdiyi fotoşəkillər sonralar saxta sənəd hazırlamaq məqsədilə əsl sərvət kimi istifadə olunur.

Kraliçanın sevdiyi səs...

Müharibə bitəndən sonra sevimli xalqı cəsur sərçəsinə sonsuz məhəbbəti ilə təşəkkür edir. Editi hər kəs sevirdi. Sadə fəhlələr, əsl incəsənət fədailəri, hətta İngiltərənin indiki kraliçası...

Onun eşq romanları haqda əfsanələr gəzirdi. Qəribədir, amma bu balaca, hətta karikaturaya bənzəyən eybəcər qadının kişilər üzərində böyük hökmranlığı vardı. Bütün sevgililəri ilə münasibəti ilk qıran da özü olurdu. Mənbələrə əsaslansaq, Edit gözəl qadınlara qarşı da biganə deyildi. Hollivud ulduzu Marlen Ditrixlə isti münasibəti də buna sübutdur.

Müharibədən sonra da müğənni qastrol səfərlərinə çıxırdı. Yaradıcılığının triumfu da bu dövrə təsadüf edir. Amerikadakı qastrol konsertlərinin birində Edit həmvətəni boksçu Marsel Serdanla tanış olur. Marsel əslən mərakeşli idi. O, Piafın həyatının əsl kişisinə çevrilir. Ömrünün sonunadək Editi dünya boyda məhəbbətə tay tutan Marsel ailəsini də atıb onun ardınca dünyanı gəzirdi. Bir gün Edit Amerikaya növbəti səfər edir. Sevgilisindən xahiş edir ki, o da Parisdən Nyu Yorka gəlsin. Təyyarə Azor adalarının üzərindən uçanda qəzaya uğrayır. Marselin cəsədinin qalıqlarını toplamaq çətin olsa da, onun zamanının durduğunu Editin hədiyyə etdiyi saatdan tanıyırlar.

Narkotikin yediyi qadın

Dərin depressiyaya düşən müğənni qurtuluşu alkoqol və morfidə görürdü. Nimdaş libas geyinib küçələri gəzir, hər gün bir künc-bucaqda oyanırdı.

Bir neçə ildən sonra Piaf özünə gəlir, müalicə alıb həyata dönür. Amma tanrı onun rahat həyatına yenə əngəl olur. Bu dəfə də avtomobil qəzası sərçəciyin ruhunu yerlə göy arasında saxlayır. Şarl Aznavurla birgə düşdüyü qəzada hər iki əlinin sümükləri və qabırğaları qırılır. Erməniəsilli Şarl o zamanlar Editin sağ əli, sürücüsü idi. Dözülməz ağrılarını azaltmaq üçün bədəninə narkotik yeridirdilər. Xəstəxanadan çıxandan sonra da narkotik Editin həyatının ayrılmaz parçasına çevrilir. Müğənni əzablarının səbəbini musiqiyə bəstələnmiş həyatında görürdü.

Ölümündən bir il əvvəl Edit Eyfelin ən yüksək nöqtəsində bütün Paris üçün konsert verir. 6 ay sonra isə son konserti baş tutur. Hər kəs onu ayaq üstə alqışlayır.

Xərçəng qadın, alfons kişi

Ömrünün son illərində əfsanəvi müğənninin evinə özündən 20 yaş kiçik yunan mühacir Teofanis sığınır. İncəsənət fədaisi Edit ömrü boyunca bir çox gənc müğənniyə dəstək olmuşdu. Teofanisə də sahib çıxır, ona Teo Sarapo səhnə adı düşünür. Teo həm də Piafın son həyat ehtirası idi. Uzun sürən qastrollar, konsertlər, sancılar vücudunu elə yormuşdu ki, qaraciyərində xərçəng aşkarlanmışdı. Editlə Teo ailə qururlar. Amma özündən 20 yaş cavan son ümidini səhnəyə çıxarmağa nail omur. Çünki insanlar Teofanisin simasında fırıldaqçı alfons görürdü.

Bəs Teo fırıldaqçı idimi? Əsla! Sərvəti əllərindən uçub gedən Editin quru, xərçəng dadanmış canından başqa heç nəyi qalmamışdı. Teo sevimli ilahəsini yedirir, gəzdirir, dərmanlarını içirdirdi. Cəmi 11 ay davam edən izdivac sərçəciyin ölümü ilə sona çatır. Piafın ölümündən 7 il sonra isə Teo avtomobil qəzasına uğrayıb dünyasını dəyişir.

Kilsənin rədd etdiyi möcüzə

Əfsanəvi sənətkar 47 yaşında gözlərini əbədi yumanda, kilsə həyatı günahlarla keçən Piafı dini ayinlərə əsasən dəfn etməkdən boyun qaçırır. Amma pərəstişkarları kumirlərini tək qoymurlar. Piafın qəbri üstünə 40 mindən çox insan toplaşır. Bütün qəbristanlıq güllərə qərq olur. Müğənninin ölümü yaxınlarını da sarsıdır. Yaxın dostu, rejissor, rəssam və yazıçı Jan Kokto onun haqqında "Onun kimi qəlbini bakirə saxlayan ikinci insan tanımadım. Qızıl duğularını pəncərədən xəsiscəsinə üzərimizə atırdı." deyir.

Piafın həyatından bəhs edən bir sıra filmlər çəkilib, kitablar işıq üzü görüb. Fransız xalqı musiqi ilahəsini sonsuz məhəbbətlə sevir, mahnılarını sevə-sevə ifa edir. Hətta Fransada belə bir anlayış var ki, depresiyaya düşənlər mütləq faciələrin anası Editi dinləməlidirlər.

2009-cu ildə Edit Piafın sevgilisi Lui Jerardana yazdığı məktublar ilk dəfə mediada işıqlandırıldı. Elə həmin il məktublar auksionda 59 min dollara satıldı. Daha sonra isə "Mənim mavi məhəbbətim" adlı kitaba çevrildi. Kitabdakı bir cümlə Editin ən mükəmməl xarakteristikası idi "Sevgidən alovlanıb kül olmadığım gün gözlərimi əbədi yummağa hazıram". Şübhəsiz, sonsuz sevgisi ilə Günəşi də isidən əfsanə hələ də sağdır.(Publika.az)

Xəbərlər     Baxılıb: 1899   Tarix: 07 mart 2019
f Paylaş

Oxşar xəbərlər

.

Ramazanda halsızlıq yaşamamaq üçün nə etməliyik? - Tövsiyələr

"Oruc tutarkən imsak və iftar arasındakı uzun müddət ərzində enerji səviyyəsinin stabil saxlanılması əsasən düzgün qida seçimi və metabolik tarazlığın qorunmasından asılıdır". . xəbər verir ki, bu fikirləri Səhiyy

.

Ramazanda uşaqlar oruc tuta bilərmi? - Pediatrdan vacib XƏBƏRDARLIQ

"Ramazan ayında uşaqları aclıqdan qorumaq daha məqsədəuyğundur və "özü istəyir" arqumenti keçərli sayılmamalıdır". xəbər verir ki, bu sözləri pediatr Vaqif Qarayev deyib. Onun sözlərinə görə, uşağın qızdırmas

.

Bütün ürək-damar xəstələri oruc tuta bilərmi?

Düzgün şəkildə oruc tutan insanların qan analizlərində HDL dediyimiz bədən üçün xeyirli olan, damarlarda xolesterol yığıntısı - düyünlərin əmələ gəlməsini önləyən, beləcə bizi ürək-damar xəstəliklərinə qarşı qoruyan xüsus

.

Ramazan ayında sağlam qidalanma necə olmalıdır?

Ramazan ayında uzunmüddətli oruc və susuz qalmaq bədənin enerji, maye və mineral balansına müvəqqəti təsir göstərə bilər. xəbər verir ki, qidalanma üzrə mütəxəssislər bildirirlər ki, düzgün planlaşdırılmış sahur və ifta

.

Bu qidalar uşaqların İQ səviyyəsini azaldır - Xəbərdarlıq

Alimlər müəyyən ediblər ki, erkən yaşlarda tez-tez hazır əriştə, şirniyyat, emal olunmuş ət məhsulları və qazlı içkilər istehlak edən uşaqlar 6-7 yaşlarında intellekt testlərində daha aşağı nəticələr göstərirlər. xəbər veri

.

Sahurda çay yerinə süd için

Ramazan ayında düzgün maye istehlakı orucun rahat tutulması üçün vacibdir. xəbər verir ki, mütəxəssislər bildirir ki, sahurda çay istehlakını azaltmaq lazımdır, çünki çay bədəndə maye itkisinə səbəb olur. Əvəzində süd, ayran

.

İftarda edilən bu səhvlər infarkta gətirib ÇIXARIR

Ramazan ayında iftar və sahurda edilən bəzi yanlış qidalanma vərdişləri infarkt riskini artıra bilər. xəbər verir ki, həkim Gökhan Ceyhun qan şəkərinin ani yüksəlməsi və lipit profilinin pozulmasının ürək sağlamlığına mənf

.

Dəsmalları digər geyimlərlə birlikdə yumayın – Xəbərdarlıq

Vaxta qənaət etmək üçün dəsmalları digər geyimlərlə birlikdə yumaq praktik görünsə də, mütəxəssislər bunu tövsiyə etmir. xəbər verir ki, əsas problem fərqli temperatur tələbləridir. Dəsmalların tam təmizlənməsi üçün ən az

.

Hormonal akne ilə mübarizədə yeni trend: Buruq nanə çayı

Dəri baxımı mütəxəssisləri və dermatoloqlar xüsusilə çənə xətti boyunca yaranan hormonal sızanaqlara qarşı təbii bir vasitə olan buruq nanə çayının faydalarını araşdırıblar. Bu çay sadəcə rahatlıq deyil, həm də daxili dər

turlar.az

geyim şəkilləri aksessuarlar qadin dunyasi dondurma reseptləri münasibətlər toxuma və əl işləri uşaqlar üçün kosmetika hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz intim munasibetler laylalar qizliq perdesi vətən həsrəti