Faiq Ağayev: Valideynləri görmür ki, qızları nələr edir? - VİDEO

Faiq Ağayev: Valideynləri görmür ki, qızları nələr edir? - VİDEOFaiq Ağayev: Valideynləri görmür ki, qızları nələr edir? - VİDEO
"Kazbekə şey basım, zırlanım"ın müzakirəsi bitməmiş daha bir bayağı musiqi - "otduşi" ley-pey, bomba kayfda" ortalığa çıxıb. Gənclər kamera önünə keçib, bu "mahnı"nı oxuyub, rəqs edirlər. Daha bir bayağı mahnı və ifa gündəm olub.
Qeyri-sağlam yaşam tərzini mahnılarında əks etdirənlər cəmiyyətin həssas üzvləri - gənclərin mənəviyyatına beləcə zərbələr endirirlər. 
Ziyalılar və sənət adamları tərəfindən ədəbsiz və jarqon ifadələrin yer aldığı mahnılar qınanılsa da, ifaçılar tənqidlərdən nəticə çıxarmaq istəmirlər. 
Oxu.Az-ın əməkdaşı bununla bağlı Xalq artisti Faiq Ağayevin fikirlərini öyrənib. 
O, internetdə bunun qarşısını almağın mümkün olmadığını deyib:
"İndi işimizi-gücümüzü ataq, gedək, o insanların boğazından yapışaq? Alınmır. Biz azad ölkədə yaşayırıq. Tövsiyə oluna bilər ki, televiziya kanallarımız, radiolar bu cür mahnıların yayımını dayandırsın. Elə insanların efirə dəvət olunmasını dayandırsın. Amma azad internetlə nə edəcəksiniz? 
İnsanların daxilində öz senzurası olmalıdır ki, mən bu işə əl atmayım. Bu yaxınlarda narkotiklə bağlı bir mahnı çıxdı və mahnının ifaçısı saxlanıldı. Mən sosial şəbəkədə öz rəyimi yazdım ki yaxşı olardı ki, mahnının aranjimançısı və studiya rəhbəri də məsuliyyətə cəlb olunsun. 
Çünki bu bilavasitə mənəviyyatımıza zərbədir. Deyirlər, hansı xalqı məhv etmək istəyirsinizsə, ilk növbədə onun mənəviyyatından başlayın. Bu kimi ifalar və mahnılar bizim mənəviyyatımızın sıfırlanmasıdır". 
Xalq artisti gənc qızların bu kimi mahnıları dinləməsini pisləyib, onların valideyinlərinə səslənib:
"Baxıb görürəm ki, bu kimi mahnılara daha çox gənc xanımlar, qızlar qulaq asıb, rəqs edirlər. Mən buna qarşıyam, tamaşaçılarımızın əksəriyyəti də qarşıdır. Bəs bu valideynlər görmürlər ki, onların qızları nələr edir? Narkotikanı təbliğ edən mahnıların sədaları altında qızlar rəqs edir. Demirəm, tutub döysünlər. İzah etsinlər ki, olmaz". 

Rəşad Əliyev /oxu.az

Şou Biznes     Baxılıb: 2291   Tarix: 16 aprel 2019
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

.

"Yalı çapkını"nın aktrisası Bakıda toyda

Türkiyəli aktrisa Buçe Buse Kahraman Azərbaycana gəlib. Aktrisa Bakıda toylardan birində iştirak edir. Bu barədə paylaşım edən Buse məclisdə çəkdirdiyi fotoları yayımlayaraq azərbaycan dilində "Təki toy olsun" deyə

.

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

.

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Lvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb. Bu haqda "Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi "K" mahnıs

.

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

.

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c

.

"İflic olacağam və yataqda qalacağam

Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib. 52 yaşlı sənətçi uzun müddətdir qənaətlə yaşadığını və qocalığı üçün pul topladığını bildirib. Bu barədə "5-ci kanal" məlumat yayıb. "Qocalığı

.

Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar

Gəncədə müğənni əməliyyatdan sonra ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı vəfat edib. İlkin məlumata görə, onu

.

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

turlar.az

kosmetika mehsullari hamilelikde qidalanma geyim dəbləri dondurma reseptləri azerbaycan haqqinda qadin dunyasi net zirinc faydalari kosmetika hakıştalar laylalar baliq baldiza aid hakisda bürcler