Faiq Ağayev xalqı təhqir edən deputatın cavabını verdi
Xalq artisti Faiq Ağayev millət vəkili Astan Şahverdiyevin fikirlərinə münasibət bildirib.
Azxeber.com xəbər verir ki, deputatın aksiyada saxlanılanlarla bağlı dediyi "saxlanılanlar ən "yarıy" (ruscadan tərcümədə "azğın", "qudurğan" deməkdir – red.) adamlardır, mən bir az rus təhsilliyəm, Azərbaycan dilində qarşılığını tapa bilmirəm" sözləri xalq artistini əsəbiləşdirib.
O sosial şəbəkədə yazıb: Biri o millət vəkilinə desin ki, "ярый" - Azərbaycanca "qatı, şiddətli", bəzi hallarda isə "azğın" kimi tərcümə olunur. Günümüzə bax da. Əgər, deputat Ana dilində danışmaqda çətinlik çəkirsə, sıravi vətəndaşdan hansı savadı tələb edəsən".
Deputat həmçinin müsahibəsində deyib ki, mitinqə çıxanlar nəşəli adamlardır, onların içində sərxoşlar da var, cəmiyyətin tör-töküntüsü də. Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb, səbəbi bilirsiniz nədir? Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin "otxodları"dır. Gedib bazarda işləyənlər. İndi burda baş qaldıranlar da… Hər yerdə belə tör-töküntülər var. Amma bütünlükdə cəbrayıllılar, burda 11 qəsəbədə yaşayan 22 min cəbrayıllı dövlətə, dövlətçiliyə sadiq insanlardır, prezidentə sadiq insanlardır. Prezidentin sosial dayağı əsas bu insanlardır.
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Pünhan Piriyev nişanını geri qaytarıb? - Özündən açıqlama
Azərbaycanda daha bir məşhur veriliş bağlandı
12 illik evlilik bitdi - BOŞANDILAR
Ramal desə ki, sənəti at, ataram' - Rəqqasə Fatimə
Buna görə 20 kiloqram arıqladım' - Əməkdar artist
Bu əlamətlər bağırsaq probleminin göstəricisidir
Mən aparıcı deyiləm, xanəndəyəm' - Zaur Kamalın verilişini o aparacaq?