Fateh Adəm və Həvva ilə bağlı zarafatına görə üzr istədi

Fateh Adəm və Həvva ilə bağlı zarafatına görə üzr istədiİctimai Televiziyada (İTV) yayımlanan "Fatehin divanı" proqramının ötən həftəki buraxılışı qalmaqala səbəb olub.
Open.az xəbər verir ki, aparıcı DJ Fateh "Zarafat +" adlı "Youtube" layihəsinin iştirakçılarına Hz.Adəm və Həvva haqda zarafat edib.
O, aktyor Kənan Yusifova "Adəm və Həvva cənnətdən hansı mahnının sədaları altında qovulublar?" sualını verib. K. Yusifov və komanda yoldaşları isə gülərək "Ay canı yanmış" deyə cavab veriblər. Fateh isə Kənanın yanlış dediyini, cavabın "Almanı dərdim, daha bağda qalma" olduğunu bildirib. Həmin görüntülər qısa müddətdə sosial şəbəkələrdə paylaşılıb, Adəm və Həvvanın ələ salındığı qeyd olunub.
DJ Fateh məsələ ilə bağlı sosial şəbəkədə açıqlama yayaraq hər kəsdən üzr istəyib: "Dostlar! Etiraf edirəm, "Fatehin divanı" verilişində söylədiyim bir ehtiyatsız ifadə inanclı izləyicilərim və mömin tamaşaçılarımız tərəfindən çox həssas qarşılanıb. Onların hisslərinə toxunmaq niyyətim olmasa da, bunu etmiş olmuşam. Özüm azmış kimi, verilişimin qonaqlarını da o uğursuz epizodun bir hissəsinə çevirmişəm. Amma təşəbbüsü özüm irəli sürdüyüm üçün məsuliyyəti də üzərimə götürsəm düzgündür. Bir daha qeyd edirəm ki, sözügedən epizodun niyyəti məkrli olmayıb. Çox üzülürəm ki, belə alınıb. Bu uğursuz epizoda görə hisslərinə toxunduğum hər kəsdən üzr istəyirəm".
Fateh Adəm və Həvva ilə bağlı zarafatına görə üzr istədi

Şou Biznes     Baxılıb: 2077   Tarix: 20 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

.

Məşhur aktyor 22 kilo arıqladı

Əzələli bədən quruluşu ilə tanınan Hollivud ulduzu Dueyn Conson son görünüşü ilə pərəstişkarlarını təəccübləndirib. "The Rock" ləqəbi ilə tanınan aktyor, yeni filmindəki rolu üçün təxminən bir il ərzində 22 kiloqra

.

"Qızım babası kimi siyasətçi olacaq

Mərhum energetika naziri Natiq Əliyevin nəvəsi Aliyə sosial şəbəkədə arxiv görüntüsünü paylaşıb. xəbər verir ki, Aliyə atası Fərhad Əliyev, babası, nənəsi və anası Sara ilə birlikdə yer aldığı görüntünü izləyiciləri ilə bölüşərə

.

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

.

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

.

Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək

Gürcüstan musiqisinin tanınmış simaları DATO və əfsanəvi Bravo Metehi qrupu Bakıda pərəstişkarlarının qarşısına çıxacaq. xəbər verir ki, DATO və Bravo Metehi qrupunun konserti 3 noyabr 2026-cı il tarixində Heydər Əliyev Sarayınd

.

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

.

Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto

Türkiyəli müğənni Rafet El Romanın evlənməyə hazırlaşdığı azərbaycanlı xanımın kimliyi bəlli olub. İfaçı Rəhimə Hacıyeva adlı xanımla nişanlıdır. Sosial şəbəkələrdə cütlüyün birgə çəkilmiş fotosu da yayılıb. Məlumata görə

.

Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?

ABŞ-li pop-ulduz Selena Qomes özünün "Instagram" hesabında veypdən istifadəni dayandırdığını açıqlayıb. Məşhur müğənni səsində yaranan dəyişikliklərdən sonra elektron siqaret (veyp) çəkməmək barədə qərar qəbul edib

.

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla

turlar.az

yaz geyimleri 2026 hamilelikde qidalanma geyim seçimi merlin monro toy ucun qisa donlar milli mətbəx debli cantalar 2026 kosmetika veten haqqinda atalar sozleri namiq qaraçuxurlu ginekoloq azerbaycanli is adami amerikada gullelendi ikizler