Fayda mənbəyi olan üzüm haqqında

Fayda mənbəyi olan üzüm haqqındaFayda mənbəyi olan üzüm haqqında

Müxtəlif minerallar və vitaminlərlə zəngin olan üzümün insan sağlamlığındakı rolunu yəqin ki,geniş izah etməyə ehtiyac yoxdur.Üzüm təkcə fiziki əməklə məşğul olanlar üçün yox,zehni əməklə məşğul olanlar üçün də faydalıdır.İmmunitet sisteminin möhkəmlənməsi,böyrək və qaraciyərin fəaliyyətinin yaxşılaşması və qanazlığının müalicəsində üzümün rolu böyükdür.Bundan başqa,üzüm qanın təmizlənməsində və orqanizmdə yığılan zərərli maddələrin xaric edilməsində də böyük rol oynayır.Üzüm həmçinin ürək-damar sisteminin fəaliyyətini nizamlayır.Bu şəfa mənbəyi tərkibindəki resveratrol birləşməsi sayəsində orqanizmin xərçəngə qarşı müqavimətini artırır.

Üzüm özü şəfa mənbəyi olduğu kimi,çəyirdəyi də şəfa mənbəyidir.Üzüm çəyirdəyinin tərkibində katexin,epikatexin və prosianidin kimi müxtəlif təbii antioksidant birləşmələri mövcuddur.Antioksidantlar isə orqanizmdəki zərərli oksidantları (bunu başqa cür sərbəst radikallar da adlandırırlar) neytrallaşdıran çox mühüm müdafiə molekullarıdır.Üzüm çəyirdəyində kifayət qədər olan bu birləşmələr immunitet sistemini möhkəmləndirir,xərçəng toxumalarının və xəstəlik yayan bakteriyaların əmələ gəlməsinin qarşısını alır.Digər tərəfdən,üzüm çəyirdəyində olan antioksidantlar C vitaminində olan antioksidantlardan 20 dəfə çoxdur.

Kliniki araşdırmalar üzüm çəyirdəyinin bəzi göz və dəri xəstəliklərinin müalicəsində də gözəl nəticələr verdiyini göstərir.Üzüm çəyirdəyinin üstünlüklərindən biri də qocalıq və xəstəlik nəticəsində zəifləyən qan damarlarının divarlarını möhkəmləndirməsidir.Bundan əlavə, qan damarlarında varikoz genişlənməsinin də qarşısını alır.Üzüm çəyirdəyi qan damarlarını qoruduğu üçün infarkt ehtimalını da azaldır.Müsbət xolesterol miqdarını artırır.Damar çatışmasını aradan qaldırması və damarları elastikləşdirməsi baxımından da faydalıdır.Diş ətində qanama problemi olanlar üçün də məsləhətlidir.Üzüm çəyirdəyinin saçlara faydası da inkaredilməzdir.Belə ki,üzüm çəyirdəyi ilə bağlı aparılan son araşdırmalar onun saş hüceyrələrini artırdığını,orqanizmdə histamin ifrazının və "saman zökəmi" deyilən allergik reaksiyanın qarşısını aldığını göstərir.Üzüm çəyirdəyi həmçinin C vitamininin təsirini artıran vasitə kimi də çox məşhurdur.

Sağlamlıq     Baxılıb: 8561   Tarix: 13 fevral 2015
f Paylaş

Oxşar xəbərlər

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

turlar.az

geyim şəkilləri geyim necə seçməli gozel gorunmek kişi sağlamlığı yaglarin faydasi uşaqları tərbiyə soyuqdəymə kosmetika qiz evi haxista usaq seirleri rəksanə insan englishdilində qulaq