Fədayənin illər öncəki ETİRAFI: Tacirdən ona görə uşaq istəmədim ki...

Fədayənin illər öncəki ETİRAFI: Tacirdən ona görə uşaq istəmədim ki...Azərbaycan musiqi dünyasına şok yaşadan Fədayə Laçının həbsi ilə bağlı ən çox sualların ünvanlandığı şəxslərdən biri Tacir Şahmalıoğlunun olması təsadüfi deyil. Cütlük illərlə bir yerdə ifa etdikləri duetləri, ən əsas isə şəxsi münasibətləri ilə xalqın ən çox müzakirə etdiyi şəxslərdən olublar. Lakin son olaylardan sonra Tacir Şahmalıoğlunun Fədayənin həbsi xəbərinə soyuqqanlı, biganə münasibəti sosial şəbəkələrdə birmənalı qarşılanmır.

"Space" telekanalında yayımlanan verilişlərdən birində iki gün öncə Tacir Şahmalıoğlunun Fədayə Laçınla bağlı dedikləri:

"Mən xəbər tutdum ki, onun öz yoldaşı həbsxanada çıxıb. Azadlığa çıxandan sonra onlar yenidən bir yerdə oldular. Mən də ona görə artıq qarışmadım. Dedim bəlkə başqa cür başa düşər, ailədə söz-söhbət olar. Niyə mən onun ailəsində problem yaratmalıyam. Düz çıxmırdı".

Ötən gün Xoşqədəmin verilişində qonaq olan Tacir Şahmaloğlunun aparıcının sualına verdiyi cavabı təqdim edirik:

"Gecə səhər 6-ya kimi mən o yazılan şərhləri oxumuşam. Nələr yazırlar mənə. Bu boyda ədalətsizlik olmaz. Mən başqa şey deyirəm, saytlar başqa şey yazır. Mən deməmişdim "Mən bilirdim Fədayə tutulcaq". Mən demişəm ki, "Onun öz sənətinə başı qarışsaydı, bu olay da ortalığa çıxmazdı". Bu faktır da, bu belədir. Bu hadisəyə görə ən çox üzülənlərdən biri vallah mənəm, oğlumun canı üçün. Mən onunla tonla çörək kəsmişəm. Fədayə yaxşı qızdır, kişi kimi qızdır. Mənim Fadayəylə aramda heç bir şey olmayıb. El şənliklərində, tədbirlərdə görüşürdük. Sadəcə, bizim duet ortaqlığımız sona yetdi. O da onun öz səhvi ucbatından oldu".

Qaçan məhbuslara kömək etməkdə təqsirləndirilən Fədayənin həbsindən sonra Tacirin oxucuların hədəfinə çevrilməsi bəlkə də boşuna deyil.

Fədayənin iki il öncə Milli.Az-a verdiyi müsahibədəki bir hissəni təqdim edirik:

- Keçmiş duet ortağınız Tacir Şahmalıoğluyla münasibətləriniz barədə qarşılıqlı açıqlamalarınız bir müddət gündəm oldu. Məsələnin bu dərəcədə şişirdilməyi məqsədli şəkildə idi?

- Taciri danışdırıblar, o da danışıb da. Mən həmişə deyirəm ki, müğənnilərin həyatı insanların gözü önündədir və burada gizlətməli bir şey yoxdur. Sadəcə, illər ötəndən sonra onu gündəmə gətirməyin adı yox idi.

- Hər ikiniz etiraf etmişdiniz ki, altı il münasibətləriniz olub...

- Bəli, mən yalan danışa bilmərəm.

- Nə əcəb istəmədiniz ki, bir övladınız olsun?

- Xasiyyətlərimiz düz gəlmədiyi üçün istəmədim. Nə olsun ki, altı il bir yerdə olmuşuq. "Adın çıxınca canın çıxsın" məsələsini düşünüb altı il münasibətləri davam etdirmişəm. Amma sonra gördüm ki, canım da çıxır (gülür). Onda dedim ki, adım çıxıb, heç olmasa, canım çıxmasın.

Xəbərlər     Baxılıb: 4982   Tarix: 02 noyabr 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

turlar.az

qadin dunyasi geymler 2026 maskalar azərbaycan haqda qadın alt paltarları idmandan sonra ne yemek lazimdi oxsamalar kosmetika novruz bayrami cinsi əlaqə kökəlmək üçün baldiza aid haxisda mikayıl abdullayev