Fikri səsə çevirən çip hazırlanır
"Neuralink" insan fikirlərinin nitqə çevrilməsini sınaqdan keçirəcək.
Milli.Az xəbər verir ki, Amerikalı iş adamı İlon Maskın şirkəti "Neuralink" oktyabr ayında insan beynindəki fikirlərin nitqə çevrilməsi üzrə sınaqlara başlayacaq.
Bu barədə şirkətin prezidenti Dondjin Seo Seulda yerləşən Koreya Qabaqcıl Elm və Texnologiyalar İnstitutunda (KAIST) çıxışı zamanı məlumat verib.
Seo bildirib ki, layihənin əsas məqsədi danışmaq qabiliyyətini itirən insanlara kömək etməkdir. Onun sözlərinə görə, Neuralink-in texnologiyası beynin səsi birbaşa ötürməsinə şərait yaradır və bunun üçün əlavə klaviatura və ya cihaz tələb olunmur. "Əgər siz nəsə deməyi təsəvvür edirsinizsə, biz bunu tutub nitqə çevirə biləcəyik", - deyə o vurğulayıb.
İsmayıl
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Evdə stress yaradan 5 şey
Nuran yeni layihəsini təqdim etdi
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO