Firon xanımlarının gəncliyi qorumaq üçün istifadə etdikləri QƏRİBƏ VASİTƏ

Firon xanımlarının gəncliyi qorumaq üçün istifadə etdikləri QƏRİBƏ VASİTƏArı yuvasında mum güvəsi adlanan böyük və kiçik həşərat yaşayır. Arı üçün zərərverici olan həmin həşərat qiymətli xammal, müalicəvi, həm də eksklüziv arı məhsuludur.
Yüz ildən artıqdır ki, mum güvəsinin ekstraktı hazırlanaraq müalicəvi bioloji aktiv maddə kimi istifadə edilir.
Azertag.az bildirir ki, mum güvəsi yeganə həşəratdır ki, onun süfrələri yalnız mum və digər arı məhsulları ilə qidalanır.
Qədim Misirdə fironların xanımları mum güvəsinin süfrələrindən hazırlanmış maddələrdən öz gözəlliklərini qorumaq və uzun müddət cavan qalmaq üçün istifadə edirdilər.
Mum güvəsinin ekstraktı orqanizmdə bir çox bərpa proseslərini gücləndirir. Onun preparatları qadınlarda hamilə qalmaq, kişilərdə spermatozoidlərin say və hərəkətliyini artırmaq üçün istifadə olunur. Bir sıra xəstəliklər, xüsusən də öd yollarının infeksiyaları zamanı iltihab əleyhinə güclü təsir göstərir.
XIX əsrin axırlarında rus alimi İlya Meçnikov mum güvəsinin ekstraktından ağciyər vərəminin müalicəsində uğurla istifadə edib. Mum güvəsinin süfrələri mumu əridərək qidalanır. Oxşar mumabənzər maddələr vərəm çöplərinin örtük qişasında da var. Həmin süfrələrin ekstraktı vərəm mikrobakteriyalarını əridərək onların məhv olmasını sürətləndirir. Arı güvəsinin ekstraktının tərkibindəki sereza fermenti tənəffüs yollarını təmizləyir və bronxial xəstəliklərdə yüksək səmərə verir. Arıçılar və türkəçarə müalicə üsulu ilə müalicə aparanlar lap qədim zamanlardan ekstraktın cavanlaşdırıcı xüsusiyyətindən istifadə ediblər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1770   Tarix: 08 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

turlar.az

geyim şəkilləri yaz geyimleri 2026 geyim necə seçməli dirnaq maskalari analiq məktəbi sifahi xalq edebiyyati qis salatlarinin hazirlanmasi kosmetika haxışda gözəllik vətənə aid bayatı veten haqqinda atalar sozu hamilelik