Flora Kərimova efirdə tanınmış bəstəkarı ağlatdı - VİDEO
ARB TV-nin "Gəlin danışaq" verilişinin növbəti qonağı tanınmış bəstəkar Sevinc Tofiqqızı olub.
Axşam.az-ın məlumatına görə, verilişdə xalq artisti Flora Kərimova bəstəkar haqqında öz fikirlərini bölüşüb:
"Yaş fərqimizə baxmayaraq, mənim Sevinc xanım kimi üzü dönməz bütöv dostum var. Mən qadınlarımıza Sevinc xanımın analıq xoşbəxtliyini arzu edirəm".
F.Kərimovanın bu sözləri qarşısında S.Tofiqqızı duyğulu anlar yaşayıb, bəstəkarın gözləri dolub:
"Flora xanım başqa bir xanımdır. Elə kədərli vaxtlarımda təsadüfən zəng edib, həmin işim düzəlib. Mən ona həmişə deyirəm ki, siz mənim mələyimsiniz. Elə bil ki, o xanım hiss edir. Kədərli anımda bir də görürdüm ki, Flora xanım zəng çaldı. Deyirəm ki, Flora xanım, nə yaxşı siz zəng elədiniz. Flora xanım mənə zəng edəndə həmin gün işlərim yoluna düşür".
Əməkdar artist Manana da bəstəkar haqda xoş sözlər deyib:
"Sevinc xanımı uzun müddətdir tanımıram, amma bu bir neçə il ərzində mən onun şəxsiyyətinə və sənətinə vurulmuşam. Çox səmimi, gözəl və ürəyiaçıq xanımdır. Çox xoşbəxtəm ki, Sevinc xanımın bəstələdiyi mahnılardan birini ifa edirəm. Sevinc xanıma can sağlığı, uzun ömür arzulayıram".
Manananın bu sözləri bəstəkarı göz yaşlarına boğub:
"Bilirsiniz, mən bunların hamısını xalqım üçün yaradıram. Mənim uğurum hamımızın uğurudur, mükafatım hamımızın mükafatıdır. Siz məni istəməsəydiniz, mənə dəyər verməsəydiniz, mən bu yerə gəlib çıxa bilərdimmi?! Mənim ən böyük mükafatım vətənimdir, xalqımdır. Hər ikisini də çox sevirəm. Nə yaradıramsa ürəklə, vətənim üçün, xalqım üçün yaradıram. İnsanların sevgisini qazanmaq lazımdır. Həyat enişli-yoxuşludur. Çətin günlərim də olub, ağır da, sevincli də".
f Paylaş








Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir