Fruktoza ilə aşırı dərəcədə qidalanmaq qaraciyərdə piylənməyə səbəb olur

Fruktoza ilə aşırı dərəcədə qidalanmaq qaraciyərdə piylənməyə səbəb olurQənd və şəkər tozundan normadan artıq istifadə edilməsi sağlamlığa zərər vura bilər. Təsadüfi deyil ki, bir çox xəstəliklərin müalicəsi zamanı şəkər qida rasionundan çıxarılır. Şəkərin qlükoza, saxaroza və fruktoza kimi növləri var. Təəssüf ki, bəzən fruktozanı insanlar üçün ən yaxşı şəkər əvəzedicisi olduğuna inananlar olur. Fruktoza qaraciyər hüceyrələri tərəfindən parçalanır.
Milli.Az xəbər verir ki, həkim-diyetoloq Şəfa Yadigarovanın dediyinə görə, fruktoza bədəndən daha gec sorulur: "İlk növbədə fruktoza diyetik məhsul deyil. Bir çox diyetik şöbə və marketlərdə fruktoza tərkibli qidalarla rastlaşmaq olar. Lakin fruktoza ilə qidalanmaq qətiyyən düzgün deyil. Hətta şəkərli diabetdən əziyyət çəkənlər fruktozadan aşırı dərəcədə istifadə edir və bunun faydalı olduğunu düşünürlər. Bu, çox yanlış fikirdir. Son vaxtlar endokrinoloqlar sübut ediblər ki, fruktoza özü adi şəkərdən dörd-beş dəfə şirindir".
Gün ərzində 40 qramdan çox fruktoza qəbul edəndə mədə-bağırsaq problemləri yarana bilər: "Təəssüf ki, orqanizmin fruktoza həssaslığını çox nadir hallarda yoxlatdıranlar olur. Lakin son illər artıq sübut olunub ki, fruktoza ilə əlaqədar da piylənmə var. O, aşırı şəkildə bədənə daxil olduqda qaraciyərdə toparlanmağa başlayır. Ona görə də bəzi insanlar artıq çəkiyə malik olmasalar da, ciddi sağlamlıq problemləri ilə üzləşməsələr də, onlarda qaraciyər piylənməsi baş verir. Gündəlik rasion 2 min kaloridirsə, onun 400 kalorisini fruktoza təşkil edir".
Həm artıq çəkinin, həm də qanda şəkərin miqdarının tənzimlənməsi üçün şəkərə olan ehtiyacı mövsümü meyvələrlə təmin etmək daha məqsədəuyğundur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1020   Tarix: 07 mart 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

turlar.az

kosmetoloq toy makiyaji sekilleri qis geyimləri 2026 aciq zedelenmeler yaralar qizilgul haqqinda melumat xolesterini azaldan qidalar qozlu toyuq salati kosmetika novruza aid hakışda vicdan novruz hakistalari hekaye janri bedii edebiyyat