"Gangnam Style"ın ifaçısı avtomobil qəzasına düşdü
"Gangnam Style" mahnısı ilə bütün dünyada məşhurlaşan cənubi koreyalı müğənni PSY (Pak Çe San) Çində avtomobil qəzasına düşüb.
Xarici mətbuat müğənninin avtomobilinin avtobusla toqquşduğu barədə məlumat yayıb. Xoşbəxtlikdən qəza nəticəsində xəsarət alan olmayıb.
Hadisənin kimin günahı üzündən baş verməsi haqda hələ dəqiq məlumat verilməsə də böyük ehtimalla PSY -nın günahkar olduğu düşünülür.
Çünki, koreyalı ifaçının alkoqol asılılığından əziyyət çəkdiyi heç kim üçün sirr deyil.
f Paylaş