Gec yaşda ana olanlara HƏKİM XƏBƏRDARLIĞI

Gec yaşda ana olanlara HƏKİM XƏBƏRDARLIĞIQadınların işləməsi və ictimai həyatda daha aktiv iştirak etmələri, təhsil müddətlərinin çox olması və həyat şərtlərinin inkişaf etməsi son 20 ildə hamiləlik üçün orta yaş həddinin artmasına səbəb olmuşdur.
Daha gec yaşda uşaq dünyaya gətirən, xüsusilə də ilk uşaq üçün 30 yaşlarını gözləyən qadınlar çoxdur. Tibdəki nailiyyətlərə paralel olaraq hamiləliyə nəzarətdə də irəliləyişlər gec yaşda hamilə qalmağa təşviq edən bir hal oldu. Uzun illər boyu sonsuzluğun müalicəsini alıb, lakin uşaq sahibi olmayan bir çox cütlüyün sonsuzluq müalicələrində yaranan inanılmaz nailiyyətlərdən faydalanmaq istəməsi də bu artımda mühüm rol oynadı. ABŞ-da 63 yaşında ana olan bir qadının televiziya və qəzetlərdə nümayiş olunması gec yaşda uşaq dünyaya gətirməkdən qorxan anaları cəsarətləndirdi.
Gec doğan qadın deyildikdə 35 və daha çox yaşı olan analığa namizədlər nəzərdə tutulur. Yaş ilə birlikdə qadının hamilə qalma ehtimalı da azalmağa başlayır. 40 yaşlarında hamilə qalma ehtimalı 50%-ə qədər azalır. Təbii üsullarla hamilə qalma şansının azalmağına baxmayaraq, sonsuzluğun müalicəsi ilə bu şans 10%-ə qədər arta bilir. Bu müalicədə vacib olan yumurtalıqların rezervidir. 40 yaşlarında hamiləlik planlaşdırarkən qadının ümumi sağlamlıq vəziyyəti də böyük əhəmiyyət kəsb edir. Gec yaşda hamilə qalan bir çox qadının sağlam körpələr dünyaya gətirməsinə baxmayaraq, ağırlaşmalar baxımından risk gənc analara nisbətən daha yüksəkdir.
Riskin hansı yaşdan sonra artması ilə bağlı fərziyyələr mövcuddur. Geniş istifadə olunan 35 yaş meyarı əslində tam olaraq düzgün deyildir. Qadının hamilə qalmaq potensialı və ağırlaşmaların yaranması riski yaşla əlaqədar olaraq dəyişir, amma demək olmaz ki, müəyyən bir yaşda bu risklər anidən artır. Belə hallarda ən çox qorxulan hal xromosom anomaliyası olan körpə dünyaya gətirməkdir. Bunlardan ən çox  rast gəlinən daun sindromudur. Bu sindromla doğulan uşaqlarda əqli çatışmazlıq ilə birlikdə bəzi ürək və digər üzvlərin anomaliyalarına rast gəlinir. Lakin hamiləlik zamanı edilən prenatal müayinələr (ikili və ya dördlü testlər), xüsusilə amniosintez və xorion xovlarının biopsiyası (CVS) ilə bu sindromun diaqnozu qoyulur. Son vaxtlar üçlü testin daun sindromunun diaqnozunun qoyulması üçün əhəmiyyəti mübahisəli olsa da, prenatal diaqnostikada istifadə olunur.
Gec yaşda ana olmaq istəyənləri maraqlandiran tibbi vəziyyətlər
Bütün insanlarda yaş artdıqca bəzi xəstəliklərin rastgəlmə tezliyi də artır. Bu xəstəliklər arasında ən əhəmiyyətliləri və ən çox rast gəlinənləri şəkər xəstəliyi və yüksək təzyiqdir.
Şəkərli diabet: Ümumiyyətlə, yaş artdıqca şəkərli diabetin də rastgəlmə tezliyi artır. Xüsusilə II tip şəkərli diabet adlandırılan (xalq arasında yaşla əlaqədar şəkər deyilir) hal hamiləlikdə bəzi arzuolunmaz vəziyyətlərə səbəb olur. Şəkərli diabet olan analığa namizədlərdə şəkərli diabet olmayanlara nisbətən preeklampsiya riski daha yüksəkdir. Həmçinin bu qadınlarda düşüklər, vaxtından qabaq doğuş, plasentada zədələnmələr və ölü doğulmalar daha çox rast gəlinir. Diabetli anaların dünyaya gətirdiyi körpələrdə neonatal dövrdə daha çox problemlər olur.
Hamiləlikdən qabaq şəkər xəstəliyi olmayan, yaşı çox olan qadınlar isə hamiləliklə əlaqədar meydana çıxan "Hestosion diabet" baxımından diqqətli olmalıdırlar. Bu qadınların hamiləliyinə nəzarət zamanı qanda şəkərin səviyyəsi daha tez-tez yoxlanılmalı və skrininqlər mütləq aparılmalıdır. Hestosional diabet aşkar edildikdə çox zaman pəhrizlə nəzarət altında saxlamq mümkün olur. 15% hallarda isə insulinlə müalicəyə başlamaq lazım gəlir. Hamiləliyin başa çatması ilə birlikdə diabet problemləri də aradan qalxır. Nadir hallarda hamiləlikdən sonra diabet qalıcı ola bilər.
Yüksək təzyiq: yaşla əlaqədar daha tez-tez rast gəlinən digər bir hal yüksək təzyiqdir. Hamiləlikdən əvvəl mövcud olan və ya hamiləlik zamanı meydana çıxan yüksək təzyiq dölün qəfləti ölümü, ciftin vaxtından qabaq ayrılması kimi ana və körpənin həyatı üçün təhlükəli olan vəziyyətlər yarada bilər. Həmçinin eklampsiyanın rastgəlmə tezliyi artır və dolayısı ilə daimi iz buraxan sinir sistemi pozğunluqları da artır.
Yaşla birlikdə xərçəng də daxil olmaqla bir çox somatik xəstəliklərin rastgəlmə tezliyi artır. Bu xəstəliklər hamiləliyə mənfi təsir göstərə bilir və ya tam əksinə, hamiləlik bu xəstəliklərə mənfi təsir edir. Buna görə də gec yaşda hamilələrə nəzarət daha çox diqqət tələb edir.
Hamiləliklə əlaqədər vəziyyətlər
Çoxdöllü hamiləlik: ananın yaşının artması ilə birlikdə çoxdöllü hamiləlik ehtimalı da artmış olur.
Düşük: düşüklərin ən əsas səbəbi xromosomal anomaliyalar olduğu və yaşla birlikdə bu anomaliyaların rastgəlmə tezliyinin artdığı üçün yaşı çox olan hamilələrdə düşüyə 4 dəfə çox rast gəlinir.
Anomaliyar: yaş ilə birlikdə daun sindormu başda olmaqla xromosom anomaliyalarının riski artır. Lakin irsi yolla keçməyən dovşandodaqlılıq  və qurdağızlılıq kimi anomaliyaların rastgəlmə tezliyində artım müşahidə olunmur.
Uşaqlıqdan kənar hamiləlik: yaş artdıqca aşkar və ya gizli çanaq infeksiyası keçirmə ehtimalı artır. Hər infeksiya borularda müəyyən qədər iz buraxır. Və eyni zamanda yaşla əlaqədar boruların hərəkətetmə potensialı azaldığı üçün bu cür qadınlarda uşaqlıqdan kənar hamiləlik daha çox müşahidə olunur.
Cift (plasenta): yaşın artması ilə birgə plasenta previa (cift gəlişi) tezliyi də artır. Dolayısı ilə hamiləlik qanaxmaları daha çox müşahidə olunur.
İnkişaf geriliyi: gec yaşlarda qan dövranında pozğunluqlar yaradan şəkərli diabet və yüksək təzyiq daha çox müşahidə olunduğu üçün bu anaların körpələrində uşaqlıqdaxili inkişaf ləngiməsinə daha çox rast gəlinir.
Vaxtından qabaq doğuş: inkişaf ləngiməsinə səbəb olan amillər vaxtından qabaq doğuşa da səbəb ola bilər.
Kesar kəsiyi: gec doğan analarda  ağırlaşmalara daha çox rast gəlindiyi üçün ana və dölün həyatını xilas etmək məqsədi ilə edilən bu əməliyyatlara 2-3 dəfə çox ehtiyac olur.
Gec yaşda hamiləlik planlaşdırılarkən
- Yüksək təzyiq və şəkər xəstəliyi kimi ümumi xəstəliklərin nəzarət altında saxlanılması lazımdır.
- Artıq çəki varsa, bundan xilas olmaq lazımdır. Kök qadınların hamiləlikləri zamanı problem yaşama ehtimalları daha çoxdur. Xüsusilə fol turşusundən ibarət vitamin preparatlarının qəbulu döldə inkişaf etməsi mümkün olan sinir sistemi anomaliyalarının rastgəlmə tezliyini azaldır.
- Gec yaşda ana olmaq istəyi qadının sağlamlığına müəyyən qədər təhlükə yaratsa da, daha yetkin qadının 20 yaşlarındakı hamilələrə görə daha real və körpəsinə daha çox bağlı olmasını da qeyd etmək lazımdır.
Analıq hər yaşda gözəldir.
Turab Canbaxışov
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1289   Tarix: 25 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu

Diyetoloq Loren Manaker bir həftə ərzində hər gün brokkoli yemək qərarına gəlib və təcrübənin nəticələri onu təəccübləndirib. -a istinadən xəbər verir ki, o, "Prevention" nəşrinə müsahibəsində bu tərəvəzin rasion

.

Arıqlamaq üçün edilən bu üsul risklidir — Professordan xəbərdarlıq

Arıqlamaq və sağlam həyat tərzi məqsədilə karbohidrat qəbulunu tamamilə dayandıran insanların sayı artır. Bir çoxları bunun sürətli çəki itkisinə və daha sağlam bədənə gətirib çıxardığını düşünür. Lakin bəzi hallarda karbohidratları

.

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

Kanadanın McGill Universitetinin alimləri cəmi 20 dəqiqəlik fiziki məşqin yuxusuzluğun yaddaşa mənfi təsirlərini azaltmağa kömək edə biləcəyini müəyyən ediblər. xəbər verir ki, araşdırmada 30 saat ərzində oyaq saxlanıla

.

Susuzluğunuzu çay və qəhvə ilə yatırmayın - Səbəb

"Çay, qəhvə və şirin içkilər orqanizm üçün təmiz suyun tam əvəzi hesab oluna bilməz". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyi

.

Yayda idman edənlər bunlara diqqət etməlidir

Yay aylarında havanın temperaturunun yüksəlməsi idman zamanı orqanizmin daha çox yüklənməsinə səbəb ola bilər. xəbər verir ki, isti havada məşq edən şəxslər bəzi vacib məqamlara diqqət etməlidirlər. Məşq vaxtını düzgün seçin

.

Qırmızı və yaşıl almaların faydaları – Hansını yemək daha yaxşıdır?

Alma gündəlik qidalanmada geniş istifadə olunan, vitamin və digər faydalı maddələrlə zəngin meyvələrdən biridir. xəbər verir ki, qırmızı və yaşıl almaların hər ikisi sağlam qidalanmanın bir hissəsi ola bilər, lakin tərkibind

.

Qocalığı gecikdirən möcüzəvi çərəzlər

Çərəzlər vitaminlər, mikroelementlər, bitkimənşəli zülallar, lif və doymamış yağlarla olduqca zəngindir. İnsan sağlamlığı üçün faydalarına görə bir reytinq hazırlansa, qoz bu siyahının lideri olar. -a istinadən xəbər veri

.

Yeni orqan kəşf edildi

Alimlər kəllə sümüyündə beynin müdafiəsində rol oynaya biləcək yeni immun strukturlar aşkar ediblər. -a istinadən xəbər verir ki, araşdırma Vaşinqton Universitetinin Tibb Fakültəsinin alimləri tərəfindən aparılıb. Nəticələ

.

İnsult riskini artıran axşam vərdişləri

Uzunmüddətli perspektivdə bəzi axşam vərdişləri insult riskini artıra bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloqlar Liz Vays və Rosanna Rast "Eating Well" nəşrinə müsahibələrində xəbərdarlıq ediblər

turlar.az

gelinlikler kosmetika mehsullari qadın geyimi hekayələr sevgi uşaq yeməkləri sperma sızanaqlara qarşı maska kosmetika veten haqqinda atalar sozu qz eviyçun hakışta hüzeyir hacibəyov qiz adlari kökəlmək üçün