Gecə tərləmələri nədən baş verir və qarşısını necə almaq olar?

Gecə tərləmələri nədən baş verir və qarşısını necə almaq olar?Tərləmək insan bədəninin təbii yollarla sərinləməsidir. Tərləmə ən çox isti havalarda müşahidə edilir. Ancaq, tərləmənin hansı vaxtda baş verməsinin önəmi çoxdur. Bəzi insanlarda gecə yatarkən tərləmələr baş verir. Bu cür tərləmə isə bəzən bir təhlükəli siqnal rolu oynaya bilər Yəni, gecə tərləmələrinin səbəbini araşdırmaq üçün mütləq həkimin müayinəsi lazım gəlir. Çünki, əksər vaxt gecə tərləmələri müxtəlif xəstəliklərin əlaməti ola bilir.
1. Gecə tərləmələrinə ilk növbədə otağın havasının isti olması səbəb olur. Bunun baş verməməsi üçün isə yatmadan əvvəl otağın havasına diqqət yetirmək lazımdır.
2. Bəzən gecə tərləmələri nəmişlik olan otaqda yatan zamanda da əmələ gələ bilir.
3. Qalın paltar, sintetik alt geyimləri, həddindən artıq isti və ya sintetik yorğanlar da insanların gecələr tərləməsinə səbəb ola bilir.
4. Bədən tempraturunun yüksəlməsi insanların gecələr tərləməsinə səbəb ola bilir. Bu müxtəlif infeksiya xəstəlikləri zamanı meydana çıxır.
5. Qadınlarda gecə tərləmələrinin baş vermə səbəblərindən biri də hormonal pozğunluqlardır. Ən çox menopauza dövründə qadınlarda gecə tərləmələri baş verir.
6. Kişilərdə gecə tərləmələri testosteronun çatışmazlığı səbəbindən baş verir. Buna səbəb isə androgenlərin miqdarının aşağı düşməsidir.
7. Bəzi tərlədici dərmanları qəbul etmək gecə tərləmələrinə səbəb olur. Bu dərmanlara antipretiklər və qızdırmasalıcı dərmanlar aiddir.
8. Gecə tərləmələri vərəm və ya AİDS xəstəlikləri səbəbindən də baş verə bilir.
9. Yatmazdan əvvəl spirtli içki qəbul etmək gecə tərləmələrinı səbəb olur.
Gecə tərləmələrinin qarşısını hansı təbii vasitələrlə almaq olar?
İlk növbədə yatmazdan əvvəl otağın havasına nəzarət edilmlidir. Yatmaq üçün otağın tempraturunun 20-23*-də olması vacibdir. Otağın istiliyi insanlara görə fərqli ola bilir. Gecələr tərləyən adamlara təbii parçadan tikilmiş alt paltarı geyinmək lazımdır. Gecələr tərləyən adamlara stress və gərginlikdən uzaq durmaq tövsiyə edilir. Ada çayı və qatırquyruğu dəmləmələri gecə tərləmələrinin qarşısının alınmasına yardım edir. Bu bitki dəmləmələri insanın stressini aradan qaldırır və sinir sistemini sakitlşdirməklə tərləmənin qarşısını alır.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1502   Tarix: 11 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

turlar.az

sade makiyaj sekilleri kosmetika mehsullari geyim şəkilləri toyuqlar haqqinda hicab modelleri ziyafət dəbi boyuk qadin dosleri kosmetika novruz bayramına aid rus dilin nece orenek turpun nağlı bedii edebiyyat burclər