Gecə yuxusu sinir xəstəliklərindən necə qoruyur?

Gecə yuxusu sinir xəstəliklərindən necə qoruyur?Yuxunun insan orqanizmi üçün əhəmiyyəti bəllidir. Uzun müddət qidasız yaşaya bilən insan çox az zaman yuxusuz qala bilir.
Yuxunun az məlum, lakin çox önəmli təsiri - QLİMFATİK SİSTEMdir. (Glymphatic system).
Nədir qlimfatik sistem?
İnsan beyni - metabolik aktiv orqandır, burada fasiləsiz milyardlarla biokimyəvi reaksiyalar baş verir və xeyli miqdarda metabolit, yəni tullantı maddə əmələ gəlir. Bu metabolitlərin hansı yolla xaric edilməsi uzun illər alimlərin mübahisə mövzusu olub. Belə ki, beyin toxumasında limfa damarları yoxdur, qan damarları isə hematoensefalik baryer hesabına bir çox maddələr üçün keçirici deyil. Belə olan halda beyin necə təmizlənir?
Tədqiqatlarla məlum olub ki, qan damarları ətrafında qliya adlı hüceylərər yerləşir. Damar divarı ilə bu hüceyrənin divarı arasındakı məsafə onurğa beyin mayesi ilə dolub, paravaskulyar sahə əmələ gətirir. Arterial paravaskulyar sahədən keçib beyin toxumasında işlənmiş maddələri toplayan beyin mayesi daha sonra venoz paravaskulyar sahəyə daxil olur və oradan beyin toxumasını tərk edərək beyin qabığında yerləşən limfa damarlarına axıb xaric edilir. Beləliklə, ümumən orqanizmdə limfatik sistem ilə toksinlərin təmizlənmə prosesi beyində QLİMFATİK (qliya+limfa) sistem adı almış bu mexanizm vasitəsilə həyata keçirilir. Bəs bu prosesin yuxu ilə nə əlaqəsi? Məsələ burasındadır ki, Qlimfatik sistem gecə yuxusunda, məhz onun ləng fazasında aktivləşir. İki fotonlu elektron mikroskopiya ilə aparılan tədqiqatlar göstərmişdir ki, yuxu zamanı bu sistem 90% aktivləşir, paravaskulyar boşluq və hüceyrələr arasındakı sahə genişlənir ki, bu da onların arasında mayenin axınını asanlaşdırır.
Beləliklə, gecə yuxusunun mühüm funksiyalarından biri də - beynin drenaj-detoksikasiya funksiyasını işə salmaqdır.
Müasir insanda sirkad ritmlərin, yuxunun, onun fazalarının pozulması çox müşahidə olunur. Gecə -gündüz rejiminin kobud pozulması, işıq və səs toksinləri, gec və yanlış qida və maye qəbulu, kimyəvi sakitləşdiricilər səbəbindən keyfiyyətsiz yuxu qlimfatik sistemin mükəmməl çalışmasını əngəlləyir və işlənmiş qalıqların beyin toxumasında toplanıb sinir sistemini zədələməsinə şərait yaradır. Alsheymer, Parkinson və s neyrodegenerativ xəstəliklərin mühüm səbəbi kimi hazırda qlimfatik sistemin yarıtmaz fəaliyyəti hesab edilir.
Qlimfatik sistemin mükəmməl çalışması üçün mükəmməl yuxunu təmin etmək lazımdır. Bu məqsəd üçün Neurexan preparatı uğurlu seçimdir. Neurexan məhz sirkad ritmləri tənzimləyərək, fizioloji yuxunu bərpa edir. Beləliklə, Neurexan, qlimfatik sistemin fəaliyyətini yaxşılaşdırır, bununla da tək simptomatik sakitləşdirici preparat kimi deyil, bir çox sinir xəstəliklərinin müalicə və profilaktikasında uğurla tətbiq oluna bilər.
Neurexanla insan gecə yaxşı yatır, gündüz isə gümrah olur. Almaniya istehsalı, təbii tərkibli biotənzimləyici Neurexan preparatı - asılılıq, gündüz yuxululuq yaratmır; elektrik dəzgahlarında çalışanlar, avtomobil idarə edənlər rahat istifadə edə bilər. Uzun müddət istifadəsi təhlükəsizdir. Hər yaşda təyin oluna bilər.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1037   Tarix: 04 noyabr 2022
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

qis geyimləri 2026 gozel gorunmek sac duzumleri burcler kisiler xiyar tursusu ziyafət dəbi ud hindi faydalari kosmetika vətənə aid bayatılar sanama gulmeli hakista sağlamlığa aid atalar sözləri qizliq perdesi